Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
21.09.2018 [09:14]
Sentyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov Məhəmməd Sadiq Səncarini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Pakistan münasibətlərindən danışan Novruz Məmmədov ölkələrimiz və xalqlarımız arasındakı əlaqələrin böyük tarixi köklərə malik olduğunu vurğulayaraq deyib: “Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
Baş nazir Azərbaycan-Pakistan münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Novruz Məmmədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edib.
Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Novruz Məmmədovu Baş nazir təyin edilməsi və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik edib. O, Pakistanın Baş naziri İmran Xanın salamlarını Novruz Məmmədova çatdırıb. Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Senatın sədri yüksək səviyyəli səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini deyib. Məhəmməd Sadiq Səncari Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində Pakistan Prezidentinin, Baş nazirinin, Senat sədrinin ölkəmizə bir neçə dəfə səfər etdiklərini xatırladıb, həmin səfərlər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.
Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35

