Rusiya və Azərbaycan mövqeləri tutuşdururlar
14.09.2018 [09:22]
Moskva ilə Bakı arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Buna görə Rusiya və Azərbaycan regionda və dünyada vəziyyətin dəyişməsinə uyğun olaraq vaxtaşırı öz hərəkətlərini əlaqələndirirlər. Belə görüşlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Rusiyaya səfəri olub. RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin görüşdəki danışıqların əhəmiyyəti barədə məlumat verib.
- Dmitri İvanoviç, Siz Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan Rusiyanın etibarlı tərəfdaşı, dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri, müstəqil qərarlar qəbul edən və qonşuları ilə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürüdən güclü dövlətdir. SSRİ dağılandan sonra postsovet məkanındakı ölkələrin çoxundan fərqli olaraq Azərbaycan Rusiyaya həmişə hörmətlə yanaşıb və Qərbin təşəbbüsü ilə başlanan antirusiya xarakterli hər hansı sanksiyalara qoşulmayıb. Rusiya bu cür münasibəti həmişə yüksək qiymətləndirib və eyni şəkildə cavab verib. Bu gün Rusiya və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, oxşar mövqe tuturlar. 2008-ci ildə ölkələrimiz Dostluq və Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə imzalayıblar. Rəmzi haldır ki, həmin hadisənin onillik yubileyi ilində ölkələrimizin prezidentləri arasında əlaqələr xüsusilə fəallaşıb. Təkcə son yarım ildə Vladimir Vladimiroviç Putin və İlham Heydər oğlu Əliyev müxtəlif məkanlarda bir neçə dəfə görüşüblər və hər dəfə onların səmərəli danışıqları dövlətlərarası əməkdaşlığın genişləndirilməsi üçün yeni stimul olub.
- Prezidentlər İlham Əliyev ilə Vladimir Putinin Soçi görüşündə əməkdaşlığın hansı aspektləri xüsusi vurğulanıb?
- Ölkələrimizin iqtisadi əməkdaşlığı xüsusilə fəal inkişaf edir: Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard dollara çatıb. Azərbaycan Prezidentinin səfəri çərçivəsində tərəflər energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinə aid bir sıra sənədlər imzalayıblar. Maşınqayırma, əczaçılıq, daşınmaz əmlak sahələrinə qarşılıqlı investisiyalar barəsində həm Azərbaycanın, həm də Rusiyanın böyük planları var. Azərbaycan üçün Rusiya - kənd təsərrüfatı məhsullarının sərfəli bazarı, Rusiya üçün onun cənub qonşusu - ağır sənaye məhsulları bazarıdır. Bundan əlavə, son dövrlərdə “Rosneft” ilə SOCAR arasında müqavilələr imzalanıb, “Azərmaş” ASC və “Avtozavod QAZ” MMC əməkdaşlıq barədə razılığa gəliblər, Soçidə aparılmış danışıqların yekunlarına əsasən iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə təsdiq edilmiş beş “yol xəritəsi” isə Rusiya-Azərbaycan əlaqələrini daha da möhkəmlətməyə imkan verəcək.
- İki ölkənin Xəzərdə və nəqliyyat sahəsində müştərək layihələri mövzusuna bir qədər ətraflı toxunasınız...
- Yaxın vaxtlarda imzalanmış Xəzər Dənizinin Hüquqi Statusu barədə Konvensiya bütün Xəzəryanı dövlətlərin diplomatiyasının birgə uğurudur. Xəzərin statusunun dəqiq müəyyən edilməsi əsas aktorlar arasında qarşılıqlı fəaliyyət üçün yeni imkanlar açır: karbohidrogenlərin birgə hasilatı, balıq ovu, Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması üzrə Moskvanın və Bakının layihələri var. Ölkələrimiz, o cümlədən “Qoşadaş” blokunun və Xəzər dənizinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının dayazsulu şimal hissəsinin öyrənilməsi ilə məşğul olmağı planlaşdırırlar.
“Şimal-Cənub” nəqliyyat dəhlizində qarşılıqlı iqtisadi fəaliyyət çox uğurla inkişaf edir. Bu məsələdə Azərbaycan mühüm rol oynayır, Rusiya isə şimala çıxışı təmin edir. Keçən il bu dəhliz üzrə yük axını cəmi 1700 ton olduğu halda, cari ilin yeddi ayı ərzində yük axını artaraq 170 min tona çatıb, yəni yüz dəfə artıb. Özü də bu, hələ başlanğıcdır!
- Cari ildə Azərbaycan Milli Məclisinin yaradılmasının 100 illiyi qeyd olunur. Siz bu hadisənin tarixi əhəmiyyətini nədə görürsünüz və yaxın vaxtlar üçün hansı parlamentlərarası layihələr planlaşdırılır?
- Azərbaycan müsəlman Şərqinin bütün ölkələri üçün parlamentarizm yolunu açıb. O vaxta qədər həmin ölkələrdə monarxiya və hərbi-feodal rejimləri hökm sürürdü. Azərbaycanda ilk dəfə olaraq dünyəvi respublika qurulub və siyasi plüralizm əsasında parlament yaradılıb. Bu parlament demokratiya, xalq hakimiyyəti və çoxpartiyalılıq prinsiplərini həyata keçirib: parlamentdə praktiki olaraq Azərbaycanda yaşayan bütün millətlərin və xalqların təmsil olunduğu 11 fraksiya vardı. Birinci parlamentin ömrü iki ildən az olub, lakin həmin dövrdə əsası qoyulmuş ənənələrdən 1991-ci ildə, Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilən vaxt da istifadə edilib.
Rusiya və Azərbaycan parlamentarilərinin yeni nəsli parlamentlərarası işi intensivləşdirir və gücləndirir. Bu, hər iki ölkə üçün çox vacibdir, çünki ölkələrimizin liderləri tərəfindən əldə edilmiş razılaşmaların reallaşmasının təmin olunmasında qanunverici hakimiyyət mühüm rol oynayır. Artıq vitse-spikerlərin sədrliyi ilə yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması barədə qərar qəbul edilib və Dövlət Dumasının vitse-spikeri Sergey Neverov iki ölkənin parlamentlərarası əlaqələrinin möhkəmlənməsi məsələsini müzakirə etmək üçün sentyabrın sonunda Bakıya növbəti səfər edəcək. İdarə heyətinin sədri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu olan Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) xətti üzrə bir sıra müştərək tədbirlər keçirilməsi planlaşdırılıb və Milli Məclisin 100 illiyi ilə bağlı şənliklərdə, əlbəttə, Rusiya parlamentinin nümayəndə heyəti də iştirak edəcək.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

