Yaşar Əliyev Sülh Mədəniyyəti Forumunda Azərbaycanda tolerantlıq və sülh ənənələrindən danışıb
07.09.2018 [08:41]
Azərbaycan milli və beynəlxalq səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun dəstəklənməsinə birinci dərəcəli əhəmiyyət verir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev bu fikirləri sentyabrın 5-də BMT-nin Yüksək Səviyyəli Sülh Mədəniyyəti Forumundakı çıxışında söyləyib.
2012-ci ildən başlayaraq hər il keçirilən Yüksək Səviyyəli Forumun əsas məqsədi düzgün insani münasibətlər kimi məlum olan sülh mədəniyyəti yaradılması sahəsində fəal çalışan vətəndaşların, beynəlxalq təşkilatların və hökumətlərin qlobal hərəkatını gücləndirməkdir.
Y.Əliyev bu mühüm forumun çağırılmasına görə BMT Baş Assambleyasının sədri Miroslav Layçaka təşəkkürünü bildirərək qeyd edib ki, beynəlxalq birliyin sülh mədəniyyətini dəstəkləməyə yönəlmiş səyləri Baş Assambleyanın müvafiq qətnamələrindən güclü impuls alıb. Bu qətnamələrdə əsas prinsiplər və öhdəliklər elan olunub, milli, regional və qlobal səviyyələrdə bir sıra tədbirlər müəyyən edilib.
“2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində Gündəlik”də hər kəs üçün bərabər imkanlar verən dinc cəmiyyətlərin möhkəmlənməsinə nail olmaq üçün ambisiyalı oriyentirlər müəyyən edilir. Dünya birliyi sülhün bərqərar olmasına və qorunub saxlanmasına yönəlmiş səylərdə bütün ölkələrin bərabər səviyyədə iştirakının tərəfdarıdır, dünyanın təbii və mədəni müxtəlifliyini tanıyır və hesab edir ki, bütün mədəniyyətlər və sivilizasiyalar davamlı inkişafın dəstəklənməsinə öz töhfələrini verə bilər.
Azərbaycanlı diplomat vurğulayıb ki, sülh mədəniyyətinin təşviq edilməsi həm də münaqişələrin nizamlanması baxımından vacibdir. O qeyd edib ki, Azərbaycan münaqişələrin qarşısının alınması, böhranlı vəziyyətlərə vaxtında və təsirli münasibət bildirilməsi, üzv dövlətlərin sülhün dəstəklənməsinə, sabit və firavanlaşan cəmiyyətlər yaradılmasına yönəlmiş səylərində onlara kömək göstərilməsi üçün baş katibin səylərini tamamilə dəstəkləyir.
Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında təbii körpü rolu oynayır. Bu rol Azərbaycanda bir sıra səmərəli beynəlxalq tədbirlər keçirilməsində, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş mühüm təşəbbüslər irəli sürülməsində təzahür edib. Belə təşəbbüslərdən biri də Azərbaycanın rəhbərliyi altında uğurla həyata keçirilən, dinlərarası və mədəniyyətlərarası dialoq haqqında biliklərin mübadiləsi üçün genişmiqyaslı platformanı təmin edən Bakı prosesidir. Y.Əliyev bildirib ki, baş katib sülh mədəniyyətinə kömək, dinlərarası və mədəniyyətlərarası dialoq, sülh naminə anlaşma və əməkdaşlıq haqqında son məruzəsində mədəniyyətlərarası dialoqun təbliğində Bakı prosesinin mühüm rolunu xüsusi qeyd edib. Bakı prosesinin ayrılmaz tərkib hissəsi olan, iki ildə bir dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan tərəfindən UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, həmçinin Təhsil, Elm və Mədəniyyət Məsələlərinə dair İslam Təşkilatı ilə əməkdaşlıq şəraitində təşkil edilir.
Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbəri qeyd edib ki, Baş Assambleya özünün 72/136 nömrəli, “Dinlərarası və mədəniyyətlərarası dialoqa, sülh naminə qarşılıqlı anlaşmaya və əməkdaşlığa kömək” adlı qətnaməsində mədəniyyətlərarası dialoqa yardım üçün mühüm qlobal platforma kimi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edib. Bu il Bakı prosesi özünün 10 illiyini qeyd edir. Bu il 4-cü Yüksək Səviyyəli Humanitar Forum Bakıda hökumətlərin, beynəlxalq təşkilatların, alimlərin, gənclərin və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə bu kontekstdə keçiriləcək.
Mədəniyyətlərarası dialoqa, sülh mədəniyyətinə və multikulturalizmə dair uğurlu təşəbbüslərin həyata keçirilməsi üçün BMT və daha geniş beynəlxalq ictimaiyyət tərəfindən daimi dəstək dinc və inklüziv cəmiyyətlər qurulması, stereotiplərin və yanlış təsəvvürlərin aradan qaldırılması, kompleks inkişaf konsepsiyasının həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Y.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası qarşılıqlı anlaşmanın və müxtəlifliyə hörmətin dəstəklənməsinə yönəlmiş səylərini davam etdirməyə çalışır və bu məqsədlə əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33

