/ / Azərbaycan və Rusiya liderlərinin səmimi münasibətləri ölkələrimiz arasında əməkdaşlığın inkişafına kömək edir
Azərbaycan və Rusiya liderlərinin səmimi münasibətləri ölkələrimiz arasında əməkdaşlığın inkişafına kömək edir
05.09.2018 [09:21]
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri və Prezident Vladimir Putinlə görüşü iqtisadi əməkdaşlığın prioritet istiqamətləri barədə Birgə Bəyanatın, habelə bir sıra mühüm sənədlərin, o cümlədən nəqliyyat, neft-qaz, idman, turizm, rəqəmsal sistemlər sahələrində sazişlərin imzalanması ilə başa çatdı. Prezidentlərimiz arasında gözəl şəxsi münasibətlər sonda bu müqavilələrə transformasiya edir.
RF Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Rusiyalı deputat qeyd edib ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir. Leonid Kalaşnikov vurğulayıb: “Deməliyəm ki, “quru” rəqəmlər və faktlar arxasında uzun illər boyu bizim münasibətlərimizdə təzahür edən səmimiyyət var. Mən Prezident İlham Əliyevi yaxşı tanıyıram və bilirəm ki, O, Rusiyaya çox səmimi münasibət bəsləyir. Bu həm də onda təzahür edir ki, Azərbaycanda rus dili təbliğ edilir, rus məktəbləri fəaliyyət göstərir. Mən özüm dəfələrlə həmin məktəblərdə olmuşam. Azərbaycanın necə inkişaf etdiyi, Bakının necə gözəlləşməsi göz qabağındadır. Mən heç yerdə belə gözəl Dənizkənarı Bulvar görməmişəm”.
Deputatın fikrincə, Rusiya və Azərbaycan bütün problemləri birgə həll edə bilərlər. O vurğulayıb: “Əlbəttə, Azərbaycanda da, bizim ölkədə də elə daxili və xarici problemlər var ki, onları birgə həll etmək, neft-qaz sahəsinin, turizm sahəsinin inkişafı üçün səyləri birləşdirmək lazımdır”.
Rusiyalı deputat Azərbaycanın turizm potensialının Rusiyada təbliğini gücləndirməyin vacibliyini qeyd edərək deyib: “Azərbaycandakı bəzi turizm obyektləri xarici ölkələrdəki kurortlarla müqayisədə qat-qat yaxşı və maraqlıdır. Mən heç gözləməzdim ki, Rusiyadakı kimi təbii şəraiti olmayan Azərbaycan qış turizmi sahəsində bu qədər irəliləyib. Mən tez-tez deyirəm ki, Azərbaycanın kurort potensialını rusiyalılar arasında daha çox təbliğ etmək lazımdır”.
L.Kalaşnikov parlamentlərarası münasibətlər mövzusuna toxunaraq qeyd edib ki, ölkələrimizin parlamentləri arasında praktiki dialoq nizamlanıb. Deputat deyib: “Bu yaxınlarda Rusiya parlament nümayəndə heyətinin Azərbaycana səfəri zamanı biz bir təklif irəli sürdük və həmin təklif Azərbaycan tərəfindən dəstəkləndi. Hazırda Azərbaycanda Rusiyanın ondan çox şəhəri ilə qardaşlaşmış şəhərlər var. Bu, regionlararası əməkdaşlığın genişlənməsi üçün yaxşı təməl yaradır. Biz Rusiya Dövlət Duması ilə Azərbaycan Milli Məclisi arasında yüksək səviyyəli parlamentlərarası komissiya yaradılması formatını da təklif etdik”.
L.Kalaşnikov ölkəmizin müasir inkişaf səviyyəsinə çatmasında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi vurğulayıb. Deputat deyib: “Dünən mən “Zvezda” telekanalının “Yeri gəlmişkən” (“Mejdu tem”) verilişində çıxış edərkən Heydər Əliyevi nümunə göstərdim və Prezidentin Öz vədlərini necə yerinə yetirməli olması barədə danışdım. Heydər Əliyev xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıdanda Bakının küçələrində silahlı dəstələr qaynaşırdı, bütün oriyentasiya pozulmuşdu. Onda Heydər Əliyev dedi: “Mən qayda yaradacağam, hamı ilə razılığa gələcəyəm”. O, prezident olandan sonra həmin silahlı adamların yanına getdi, rus diasporunun və digər icmaların nümayəndələri ilə görüşdü. Deməliyəm ki, bu, bizim bu gün hakimiyyətdə olanların çoxu üçün örnəkdir - rəhbərin öz xalqına və öz dövlətinə necə münasibət bəsləməli, bütün xırda məqamları kənara ataraq xalq haqqında düşünməli olması barədə örnək. Mənim iş kabinetimdəki şkafda bir fotoşəkil var: mən, Gennadi Zuqanov və İlham Əliyev birlikdə çəkdirmişik. İlham Əliyevin dövlətə necə rəhbərlik etdiyini mən çox yüksək qiymətləndirirəm, Ona uğurlar arzulamaq və Onu əmin etmək istəyirəm ki, mən bir parlamentari kimi Azərbaycana kömək etməyə həmişə hazıram”.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43

