/ / Populyar amerikan radio-şousunun efirində Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan bəhs edilib
Populyar amerikan radio-şousunun efirində Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan bəhs edilib
04.08.2018 [08:42]
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov populyar amerikan radio şousu “John Batchelor Show”da Azərbaycanın neft-qaz sektorunda qazandığı nailiyyətlərdən bəhs edib.
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan radioaparıcı Con Batçelor ölkəmizin ABŞ, digər Qərb tərəfdaşları, habelə region üçün əhəmiyyətindən danışaraq qeyd edib ki, Qərblə Şərq arasındakı əlverişli məkanda yerləşən Azərbaycan Avrasiyanı transformasiya etmək imkanına malikdir.
Azərbaycanın energetika siyasətindən bəhs edən Elşad Nəsirov deyib ki, hazırda ölkəmiz təbii qaz ixracatçısına çevrilir. Xəzər dənizin sahilindən Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyaya uzanan boru xətti ilə Avropaya qaz tədarük ediləcək. SOCAR rəsmisi daha sonra “John Batchelor Show”nun dinləyicilərinə Azərbaycanın ixrac boru kəmərləri şəbəkəsinin tarixi haqqında məlumat verib. O bildirib ki, Bakıdan Batumiyə uzanan ilk boru kəməri 1907-ci ildə çəkilib.
E.Nəsirov diqqətə çatdırıb ki, Cənub Qaz Dəhlizi bütün dünyada ən iri və bahalı layihələrdən biridir. Yeddi ölkə, on iki sərmayəçi və alıcıları birləşdirən Cənub Qaz Dəhlizinin təsir dairəsi çox böyük olacaq. Məsələn, Azərbaycan Albaniyanın energetika tarixində ilk dəfə olaraq bu ölkəyə qaz tədarük edəcək. Cənub Qaz Dəhlizi boyu yerləşən bütün ölkələr ondan gəlir əldə edəcəklər.
SOCAR-ın vitse-prezidenti Azərbaycanın qazandığı nailiyyətlərdən də ətraflı bəhs edib. Vurğulayıb ki, ölkəmizdə qadınlara seçki hüququ bir çox Avropa ölkələrindən tez verilib. O diqqətə çatdırıb ki, 30 ilə yaxındır torpaqlarımızın işğalını davam etdirən Ermənistan istisna olmaqla, Azərbaycan bütün qonşu ölkələrlə mehriban dostluq münasibətləri saxlayır.
Söhbət əsnasında Con Batçelor dinləyicilərinə bildirib ki, Avropanın enerji təhlükəsizliyi öz başlanğıcını Azərbaycandan götürür. Aparıcı onu da qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda İtaliyanın Baş naziri Cüzeppe Konte ilə görüşü zamanı Trans-Adriatik qaz boru kəmərinin Avropa üçün əhəmiyyətini də müzakirə edib. Bu, Azərbaycandan Avropaya çəkilən boru kəmərinin ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyi üçün mühüm olmasını göstərir.
Avropanın enerji təhlükəsizliyi siyasətindən danışan E.Nəsirov qeyd edib ki, enerji ehtiyatları idxalında bir neçə alternativin olması hər bir dövlət üçün zəruridir və bu da, öz növbəsində, müxtəlif siyasi təsirlərə qarşı təhlükəsizliyi təmin edir. Prezident Trampın Avropaya alternativ mənbələrdən enerji ehtiyatları tədarükünü dəstəkləməsi “köhnə qitə” üçün çox vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

