/ / Aydın Quliyev: Azərbaycanın tolerant və inkluziv cəmiyyətində xaricdən gələnlərin baxışları müsbətə doğru dəyişilirsə, buna nailiyyətimiz kimi baxmalıyıq
Aydın Quliyev: Azərbaycanın tolerant və inkluziv cəmiyyətində xaricdən gələnlərin baxışları müsbətə doğru dəyişilirsə, buna nailiyyətimiz kimi baxmalıyıq
27.07.2018 [09:47]
Azərbaycanın indiyədək keçirdiyi bütün beynəlxalq miqyaslı tədbirlər ölkəmizin böyük təskilatçılıq işi ilə bərabər, həm də ona görə uğur qazanıb ki, irqi, milli, dini fərqlərlə yanaşmalara qəti şəkildə yol verilməyib və humanitar, bəşəri prinsiplərə birmənalı şəkildə üstünlük verilib.
Bunu Trend-ə “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev erməni əsilli Zara Mqoyanın “Jara” festivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.
A.Quliyev bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər ölkəmizin nail olduğu tolerant dəyərlərdən çıxan köklü fenomen kimi nümayiş etdirilib: “Jara” beynəlxalq mahnı festivalına da bu kontekstdə baxmaq lazımdır. Belə tədbirlər ölkəmizin mənəvi, iqtisadi, siyasi, demoqrafik gücünün nümayiş etdirilməsi üçün əla imkandır. Dostların da, bizə dost kimi baxmayanların da ölkəmizin ev sahibliyi etdiyi tədbirlərdə iştirakı ölkəmizin ancaq maraqlarına işləyir. Çoxlu faktlar gətirməklə sübüt etmək olar ki, hansısa bir olkəyə öncədən pis niyyətlə gələn adi, hətta tanınmış adamlar reallığın təsiri altında fikirlərini dəyişiblər, həm də müsbət tərəfə dəyişiblər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi tək bir iddia ilə bağlıdır: “Bu iddia dostlarımızı özümüzə daha çox yaxınlaşdırmaq, bədxah və düşmən kimi baxanların təsəvvürlərini dəyişmək, bununla da ölkəmizin dünyada manevr meydanını genişləndirməkdir. Ortada bu qədər aydın və uzaq hədəflərə işləyən məqsəd varsa, ölkəmizə hər bir əcnəbinin qanuni şəkildə edilən səfərinə belə baxmalıyıq. Həqiqətən də Azərbaycanın tolerant və inkluziv cəmiyyətində xarici ölkələrdən gələnlərin istər idmançı, müğənni və ya diplomat olsun, fərq etməz, davranış və baxışları təkmilləşirsə, və ya müsbətə doğru dəyişilirsə biz buna böyük nailiyyətimiz kimi baxmalıyıq. Pis hesab etdiyin qonağın üzünə qapı bağlamaq ən bəsit, ən emosional, ən düşüncəsiz və ən ziyanlı davranışdır. Azərbaycan heç vaxt belə zəif mövqe göstərməyib və yəqin göstərməyəcək də”.
Baş redaktor qeyd edib ki, ölkəmiz qanunların və müvafiq dövlət orqanlarının tam nəzarəti altında hər kəsin üzünə açıqdır: “Kimlərdənsə gizlədiləsi eybimiz və ya kimlərinsə qarşısında arqumentsiz bir dövlət mövqeyimiz yoxdur. “Jara” festivalına dostlarımızı daha da yaxınlaşdıran, bədxahlarımızı islah edən, tanımayanlara ölkəmizin tanınması üçün real bir arena kimi baxılmalıdır. Azərbaycana dostlar da düşmənlər də gələ bilər, ancaq oğru kimi və gizli yox, dövlətimizin tam nəzarəti altında gəlib getməlidirlər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

