Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək

08.10.2009 [09:46]

1718 bələdiyyə üzrə seçkilərdə namizədlər ümumilikdə 15682 yer uğrunda mübarizə aparacaqlar
Azərbaycanda növbəti bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında qərar qəbul olunub. Komissiyanın sədri Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinin tələbinə əsasən səsvermə gününə 75 gün qalmış seçkilərə rəsmi start verilməlidir. öz növbəsində MSK Azərbaycan Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq seçkilərin dekabrın 23-də çərşənbə günü keçirilməsinə qərar verib. Bələdiyyələrin 10 illik fəaliyyətinə münasibət bildirən MSK sədri qeyd edib ki, ötən müddət ərzində yerli özünüidarəetmə orqanları təşəkkül tapıb, onların hüquqi bazası təkmilləşdirilib. “Bələdiyyələr gənc institutdur və hazırda inkişaf mərhələsindədirlər. Yerli özünüidarəetmə orqanları demokratik cəmiyyətin əsas göstəricilərindən biridir. Bütövlükdə 10 illik müddəti bələdiyyələr üçün müvəffəqiyyətli saymaq olar. Bu müddət ərzində başqa ölkələrin bələdiyyyə orqanları ilə əməkdaşlıq edən, geniş maarifləndirmə işləri aparan yerli özünüidarəetmə orqanları da olub” deyə M.Pənahov vurğulayıb.
Komissiya sədrinin sözlərinə görə, ölkədə 1718 bələdiyyə üzrə seçkilər keçiriləcək. Namizədlər isə ümumilikdə 15682 yer uğrunda mübarizə aparacaqlar. O, bildirib ki, səlahiyyət müddəti başa çatmamış 81 bələdiyyəyə də seçkilər məhz onların müraciəti əsasında dekabrın 23-də keçiriləcək. M.Pənahov onu da bildirib ki, seçkisi keçiriləcək bələdiyyələrin siyahısı mətbuatda dərc olunacaq. ölkədə təxminən 4,5 milyon seçicinin olduğunu xatırladan MSK sədri məcburi köçkünlərdən başqa bütün vətəndaşların səsvermədə iştirak hüququnun olduğunu deyib. 125 seçki dairəsinin hamısı fəaliyyətdə olacaq. MSK isə 118 DSK-dan seçki protokollarını qəbul edəcək. “Bilirsiniz ki, bələdiyyə seçkiləri çox mürəkkəb prosesdir. Əgər bələdiyyələrdə ümumilikdə 15682 yer varsa, bu yer uğrunda təxminən 60000-70000 namizəd mübarizə aparacaq. Biz seçkidə iştirak edən bütün namizədlərə bərabər imkanlar yaradacağıq. Bu prosesdə kütləvi informasiya vasitələrinin də yaxından iştirak etməsində maraqlıyıq. Eyni zamanda, MSK tərəfindən seçkiləri müşahidə etmək üçün beynəlxalq təşkilatlara dəvət göndəriləcək” deyə o, vurğulayıb.
M.Pənahov seçkilərdə siyasi partiyalar üçün də geniş imkanların yaradıldığını bildirib. Onun sözlərinə görə, bələdiyyələrin 50 faizindən çoxuna namizəd irəli sürən siyasi partiyanın MSK-ya məşvərətçi səshüquqlu üzv təyin etmək hüququ var. Müxalifətin seçki komissiyalarının formatına etiraz etməsinə gəlincə, MSK sədri komissiyaların Seçki Məcəlləsinin müddəaları əsasında formalaşdırıldığını xatırladıb. M.Pənahov bildirib ki, MSK hazırda bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üçün üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirir. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin azad və demokratik keçirilməsi üçün bütün zəruri tədbirlər görülür. Seçkilərlə bağlı qəbul olunmuş təlimatlar və digər sənədlər aşağı seçki komissiyalarına çatdırılıb.
MSK-nın iclasında həmçinin, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilib. Təqvim Planı haqqında məlumat verən MSK-nın katibi Natiq Məmmədov bildirib ki, 61 bənddən ibarət olan sənəddə bütün seçki hərəkətləri ilə bağlı müddəalar əks olunub. Plana əsasən, DSK-lar 5 gün müddətində namizədlərin təsdiq olunması məsələsinə baxmalıdır. Təsdiqdən sonra namizədlərə imza vərəqələri təqdim olunacaq. öz növbəsində namizədlər qeydiyyata alınmaq üçün sənədləri səsverməyə 65-40 gün qalmış DSK-lara təqdim etməlidir. Təqvim planında müşahidəçilər üçün də tələblər mövcuddur. Belə ki, bələdiyyə seçkilərini respublika üzrə müşahidə etmək istəyənlər səsvermə gününə 10 gün qalmışa qədər MSK-da, konkret dairə üzrə müşahidə aparmaq istəyənlər isə səsvermə gününə 5 gün qalmışa qədər müvafiq DSK-da qeydiyyatdan keçməlidirlər. Təşviqat kampaniyasına isə səsvermə gününə 28 gün qalmış, yəni noyabrın 25-də start veriləcək.
MSK-nın sədr müavini Svetlana Qasımova isə çıxışında komissiyanın seçkilərin uğurla keçirilməsi üçün səylə çalışacağını vurğulayıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1408 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30