/ / Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr beynəlxalq miqyasda yüksək qiymətləndirilir
Azərbaycanın regional və qlobal əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr beynəlxalq miqyasda yüksək qiymətləndirilir
03.07.2018 [09:36]
Azərbaycanı müsbət imicə malik bir dövlət kimi səciyyələndirən fərqli cəhətlərdən biri ondan ibarətdir ki, ölkəmiz mütəmadi olaraq dövlətlər və cəmiyyətlər arasında etimad, qarşılıqlı hörmət mühitinin möhkəmlənməsinə töhfə verən yeni təşəbbüslərlə çıxış edir və bu məqsədlə müxtəlif tədbirlər həyata keçirir. Eyni zamanda, Azərbaycanın bu müsbət niyyəti və rolu beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, qısa müstəqillik tarixinə malik ölkəmiz 155 dövlətin dəstəyini qazanaraq BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilib, həmçinin Avropa Şurası Nazirlər Komitəsinə uğurla sədrlik edib. Regional və qlobal miqyasda respublikamızın fəal iştirakı ilə formalaşan əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərərək tərəfdaş dövlətlərə böyük dividendlər qazandırır.
Azərbaycanın müxtəlif əməkdaşlıq platformalarında fəaliyyətinin mərkəzində milli maraqlar dayanır
Müstəqilliyinin yaşı çox da böyük olmayan Azərbaycan əksər beynəlxalq təşkilatlarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurası Parlament Assambleyasında, İslam Konfransı Təşkilatında, Qoşulmama Hərəkatında fəal şəkildə təmsil olunur. Bundan başqa, respublikamız regional və qlobal müstəvidə müxtəlif əməkdaşlıq platformalarının fəaliyyətində yaxından iştirak edir. Beynəlxalq təşkilatlarda və ayrı-ayrı əməkdaşlıq platformalarında fəal təmsilçilik hüququ qazanmaq ərazisinə və əhalisinin sayına görə çox da böyük dövlət olmayan Azərbaycanın dünya çapında tanınması, respublikamızın imkanlarının təqdim edilməsi üçün strateji önəm daşıyır.
Bununla belə, müstəqil Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda və əməkdaşlıq platformalarında təmsilçiliyi və fəaliyyəti fundamental prinsiplərə əsaslanır. Başqa sözlə desək, Azərbaycanın regional və qlobal əməkdaşlıq platformalarında fəaliyyətinin mərkəzində milli maraqlar dayanır. Ölkəmiz heç vaxt bu və ya digər təşkilatlarda təmsilçilik və yaxud hansısa bir dövlətlə münasibətlər qurmaq naminə özünün milli maraqlarını arxa plana keçirtmir. Eyni zamanda, özünün malik olduğu üstünlüklərdən tərəfdaşlarına qarşı təzyiq vasitəsi kimi istifadə etmir. Ölkəmizin ədalətli mövqeyi belədir ki, beynəlxalq təşkilatlarda, ikitərəfli və çoxtərəfli formatlarda əlaqələr mütləq paritet əsaslarda qurulmalıdır, əməkdaşlıqdan bütün tərəflər faydalanmalıdır.
Respublikamız səmərəli əməkdaşlıq şəraitində uğurlu enerji siyasəti həyata keçirir
Azərbaycanın regional və qlobal əməkdaşlığa sanballı töhfələr verməsindən söhbət açarkən ölkəmizin moderatorluğu ilə reallaşdırılan enerji layihələrinin önəmini xüsusi qeyd etmək lazımdır. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. 2017-ci ildə bağlanan yeni Sazişə əsasən isə “Əsrin müqaviləsi”nin icra müddəti 2050-ci ilədək uzadılıb.
Hazırda beynəlxalq əməkdaşlıq formatı çərçivəsində daha bir enerji layihəsi reallaşdırılır. Söhbət Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və şaxələndirilmiş marşrutlarla Aralıq və Adriatik dənizlərinə, oradan isə Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizindən gedir.
Respublikamızın regional və qlobal əhəmiyyət daşıyan enerji layihələrinin həyata vəsiqə almasında Azərbaycan dövlətinin siyasi iradəsi ilə yanaşı, ayrı-ayrı ölkələrin hökumətlərinin, transmilli şirkətlərin və iri maliyyə qurumlarının birgə səyləri də mühüm rol oynayıb. Son illərdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın iştirakı ilə səmərəli regional əməkdaşlıq platforması yaranıb. Üç ölkənin birgə fəaliyyəti sayəsində regionun inkişafına güclü təkan verən Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da üç ölkənin qarşılıqlı səyləri mühüm rol oynayır.
Enerji layihələrinin ərsəyə gəlməsində həmçinin uğurlu beynəlxalq əməkdaşlıq da öz müsbət təsirini göstərib. Belə ki, bəhs olunan enerji layihələrinin reallaşdırılmasına Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa və digər dövlətlər də töhfələrini veriblər. Xatırladaq ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyadır. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro isə perspektivdə layihəyə qoşulmaq niyyətlərini bildiriblər.
Azərbaycan, Rusiya və İran arasında formalaşan üçtərəfli format əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar açıb
Azərbaycan, Rusiya və İran arasında siyasi münasibətlər yüksək səviyyədədir. Azərbaycan o mövqedən çıxış edir ki, hər üç dövlətin birgə səyləri ilə Xəzər hövzəsi regionunun zəngin iqtisadi, o cümlədən də enerji resurslarını inkişafa, xalqların rifahına yönəltmək mümkündür. Region dövlətləri arasında getdikcə güclənən yeni üçtərəfli formatın əsası Azərbaycan, Rusiya və İran prezidentlərinin 2016-cı il avqustun 8-də Bakıda keçirilən Zirvə görüşündə qoyulub. Yeni format çərçivəsində növbəti Zirvə görüşü prezidentlərin iştirakı ilə 2017-ci il 1 noyabr tarixində Tehranda baş tutub. Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə növbəti üçtərəfli Zirvə görüşü keçirilib. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında vurğulayıb ki, üçtərəfli format iqtisadi əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması üçün yaxşı imkan yaratmışdır.
Qeyd edək ki, ötən il Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 60 faiz, İranla ticarət dövriyyəsi isə 30 faiz civarında artıb. Qarşılıqlı investisiya qoyuluşunun artırılması da gündəlikdə duran vacib məsələlər sırasında yer alır. Hazırda Pirallahı Sənaye Parkında Azərbaycan, Rusiya və İran şirkətlərinin iştirakı ilə əczaçılıq zavodları inşa olunur.
Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu tikilib. Artıq müəssisədə buraxılan ilk avtomobillərin təqdimatı keçirilib.
Hazırda hər üç dövlətin iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Azərbaycan Şimal-Cənub dəlizinin yaradılmasında üzərinə düşən bütün öhdəlikləri qısa müddətdə yüksək səviyyədə yerinə yetirib. Layihə çərçivəsində ölkəmiz 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini reallaşdırıb.
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsində iştirak etmək təşəbbüsünü irəli sürüb. İran Prezidenti Həsən Ruhaninin 2018-ci ilin mart ayında Bakıya səfəri çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı sənədlərlə yanaşı, həmçinin “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında” Saziş də imzalanıb. Qeyd edək ki, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb.
İkitərəfli əlaqələrin intensivləşməsi Azərbaycan-Avropa İttifaqı münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərir
Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin, demək olar ki, yarısı Avropa İttifaqının üzvü olan ölkələr ilə aparılır. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas investorlarıdır. Respublikamıza xarici sərmayələrin 50 faizi məhz Avropa İttifaqından daxil olur. Perspektivdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha yüksək səviyyəyə qalxacağı ehtimal olunur. Qeyd edək ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.
Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru çox böyük yer tutur. Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində Avropa İttifaqı önəmli rol oynayıb. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanıb. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir.
Azərbaycanın Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli formatlarda siyasi və iqtisadi əlaqələrini dərinləşdirməsi də son nəticədə ölkəmizlə Avropa İttifaqı münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərir. İqtisadi maraqlarla yanaşı, siyasi sahədə də Azərbaycanla Avropa İttifaqı ölkələrini ortaq məxrəcə gətirən çağırışlar kifayət qədər çoxdur. Qeyd edək ki, indiyədək respublikamız Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx münasibətlər qurub, eyni zamanda, qurumda təmsil olunan 9 dövlətlə strateji əməkdaşlıq haqqında sazişlər imzalayıb.
İƏT-in fəal üzvü olan Azərbaycan dünyada İslam həmrəyliyinin gücləndirilməsinə sanballı töhfələr verir
Son illərdə İslam ölkələri üçün meydana çıxan çağırışlardan biri həmrəyliklə bağlıdır. Azərbaycan öz nümunəsində İslam həmrəyliyinin güclənməsinə nail olmağa çalışır və bu məqsədlə daim yeni təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın müsəlman aləmində həmrəyliyin möhkəmlənməsinə göstərdiyi siyasi iradəsini, xoş niyyətini ifadə edir.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib.
Respublikamız ötən il Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə İslam həmrəyliyinin güclənməsinə növbəti töhfəsini verdi. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar. IV İslam Həmrəyliyi Oyunlarının tarixi əhəmiyyəti məhz bundadır.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxElm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18

