Azərbaycan regionda ən güclü orduya malik dövlətdir
22.06.2018 [09:07]
Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir
Bu il Azərbaycan Milli Ordusunun yaranmasının 100-cü ildönümüdür. Qeyd edək ki, Azərbaycan Milli Ordusunun tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordudan başlanır. Belə ki, 1918-ci ildən başlayaraq ermənilərin bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədi ilə hücumlar təşkil etməsi, günahsız insanlara qarşı terror aksiyaları həyata keçirməsi, ən əsası isə, yeni yaranan milli dövlətin sərhədlərini pozması Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün güclü ordunun yaranmasını zəruri etdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən başlanan ordu quruculuğu və müdafiə tədbirləri böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət qazanmış general Əliağa Şıxlinski Azərbaycanda ordu quruculuğunu sürətləndirmək məqsədi ilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
1918-ci ilin dekabrın 26-da rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç isə baş qərargah rəisi təyin edildi. Maliyyə çətinliklərinə baxmayaraq, milli zabitlər hazırlamaq məqsədi ilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu quruculuğuna başlandı. Həmin vaxt ordu quruculuğu proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədi ilə AXC parlamentində 9 qanunvericilik aktı müzakirə edildi, hərbi nazirliyi kifayət qədər vəsaitlə təmin etmək üçün müvafiq qərarlar qəbul olundu. 1918-1920-ci illərdə Azərbaycanda piyada və atlı polklar, artilleriya briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun tərkibində 2 piyada diviziyası, bir kavaleriya diviziyası var idi. Xəzər hərbi donanması yenidən quruldu, “Qars” və “Ərdahan” adlı gəmilər, “Astrabad”, “Araz” və “Nargin” adlı qayıqlar onun sərəncamına verildi.
1918-ci ildə müstəqillik əldə edən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə Rusiya tərəfindən işğalı və Sovet İttifaqına ilhaqı o dövrdə başlanan ordu quruculuğu prosesini dayandırsa da, 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən Ulu öndər Heydər Əliyev milli hərbi kadrların yetişdirilməsinin əsasını qoydu. Həmin dövrdə Ümummilli lider Heydər Əliyevin səyi ilə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin yaradılması respublikamızın hərbi təhsil tarixində yeni bir səhifə açdı. Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılması ilə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olan azərbaycanlıların sayında da nəzərəçarpacaq dərəcədə artım müşahidə olundu. Həmin dövrdə Ulu öndər Heydər Əliyevin birbaşa rəhbərliyi ilə keçmiş ittifaqın ayrı-ayrı hərbi məktəblərinə oxumaq üçün azərbaycanlı gənclərin göndərilməsinə başlanıldı. 1972-ci ildən etibarən hər il 300-400, 1970-ci illərin axırlarına doğru isə hər il ittifaqın müxtəlif şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün ümumən 800-900 gənc kadr göndərilirdi.
Məlum olduğu kimi, 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətlə üzləşdi. Ordu səriştəsiz insanların fəaliyyəti nəticəsində səhv istiqamətə yönləndirildi, daxili siyasi mübarizəyə cəlb olundu, ayrı-ayrı şəxslərə və siyasi qruplara xidmət edən silahlı dəstələrə çevrildi. Bunun nəticəsində də Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal edildi, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. İşğalçı Ermənistan torpaqlarımızı zəbt etdiyi bir zamanda Azərbaycanın Müdafiə Nazirliyinə təsadüfi, hərb sənətindən konkret anlayışı olmayan insanların başçılıq etməsi isə vəziyyəti daha da kritikləşdirdi.
Xoşbəxtlikdən 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də mühüm addımlar atıldı. Belə ki, Ulu öndər Heydər Əliyevin səyi ilə qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı. Möhkəm nizam-intizama malik ordunun yaradılması, Silahlı Qüvvələrdə vahid komandanlığın təmin edilməsi sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hərbi hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə təsərrüfatı fəaliyyəti nizama salındı. 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması barədə Prezident Fərmanı imzalandı. Müasir, müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu öndər Heydər Əliyev 26 iyunu Silahlı Qüvvələr Günü kimi rəsmiləşdirdi.
Öz növbəsində Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanda müasir ordu quruculuğu siyasətini uğurla həyata keçirir. Milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsini təşkil edən hərbi təhlükəsizliyin möhkəmləndirilməsi milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən xeyli dərəcədə asılıdır. Son illər ərzində bu sahədə həyata keçirilən davamlı islahatlar nəticəsində Azərbaycanda çox sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işi artıq öz bəhrəsini verib. Bu illər ərzində hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti yüksək səviyyədə olub, əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bunlarla yanaşı, aviasiyada hava hücumundan müdafiə üzrə yeni texnikaların alınması, mövcud texnikanın təmiri və modernləşdirilməsi nəticəsində hissə və bölmələrin müxtəlif hava şəraitində döyüş fəaliyyəti imkanları artırılıb. Ümumiyyətlə, həyata keçirilən hərbi təlimlər nümayiş etdirir ki, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır, Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir.
Müasir texnologiyaların tətbiqi ilə qoşunlarda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi onların əməliyyat imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən üzərindəki üstünlüyü təmin edib. Bunlarla yanaşı, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin arsenalında olan müasir silah kompleksləri və idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib. Eləcə də bu gün dağıdıcı gücə və uzaq məsafədən yüksək dəqiqliklə zərbə endirmək xüsusiyyətinə malik sistemlər müvafiq bölmələrin istənilən vaxt effektiv fəaliyyətinin tətbiqini mümkün edir. Bir sözlə, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və texniki təminatı ən müasir standartlara əsaslanır.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti sayəsində bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdəndir. Dövlət başçısının orduya qayğısı, hərbi hissələrə davamlı olaraq baş çəkməsi, cəbhə bölgəsində xidmət göstərən hərbçilərlə görüşməsi onlarda ruh yüksəkliyini daha da artırır. Ümumiyyətlə, güclü ordu həm də müstəqilliyin qarantıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

