Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub
21.06.2018 [10:19]
İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları salamlayaraq, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb.
Nuh peyğəmbərin vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışan Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayıb, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” tədbirlərinin uğurla keçəcəyinə əminliyini bildirib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, İslam Mədəniyyətinin Paytaxtı seçilmiş şəhərlər və bu layihə üzrə görülən işlər barədə danışıb. Baş direktor bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi düzgün qərar idi. Çünki Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda, Naxçıvan şəhərinin müasir inkişafı, təmizliyi, havası və İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.
Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlərin təbliğ olunması və tanıdılmasının vacibliyini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirib, fikirlərini “Yaşasın Azərbaycan və onun İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan şəhəri, yaşasın İslam Həmrəyliyi” sözləri ilə tamamlayıb.
Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində İslam ölkələrinin yüksək səviyyəli nümayəndələrlə təmsil olunduğunu və tədbirə böyük marağın olduğunu bildirib.
Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova təqdim edib.
Sonda xatirə fotosu çəkilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

