/ / Türkiyə prezidenti Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunlarını yüksək dəyərləndirib
Türkiyə prezidenti Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunlarını yüksək dəyərləndirib
06.10.2009 [09:37]
Türkiyə Prezidenti Abdullah Gül Ankaranın “Esenboğa” hava limanında keçirdiyi mətbuat konfransında Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün yekunlarını yüksək dəyərləndirib.
Abdullah Gül zirvə görüşünün böyük uğurla keçdiyini vurğulayıb və yüksək qonaqpərvərliyə görə Prezident İlham Əliyevə, dost və qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Prezident deyib ki, zirvə görüşü türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı, əlaqələrin daha da möhkəmləndirilməsi baxımından olduqca faydalı keçib, çox mühüm qərarlar qəbul olunub. Tədbir çərçivəsində dövlət başçıları ikitərəfli görüşlər də keçirib, xüsusilə xarici işlər nazirlərinin də iştirakı ilə Azərbaycanla Türkiyə arasında keçirilmiş görüş çox mühüm və dəyərli olub. Görüşdə son hadisələr gözdən keçirilib, bir-birimizə etimadımız yenilənib. Əməkdaşlığımız güclü bir şəkildə davam edəcək.
Zirvə görüşünü tarixi hadisə adlandıran Abdullah Gül deyib ki, bunun əsas səbəbi Türkdilli ölkələrin Əməkdaşlıq Şurası adlanan yeni bir beynəlxalq təşkilatın yaradılmasıdır. Bu təşkilatın Nizamnaməsi təsdiq olunub, bütün dövlət başçıları tərəfindən imzalanıb, Katibliyi və strukturları formalaşdırılıb. Beləliklə, Şura beynəlxalq təşkilatlar arasında ayrı bir qurum olaraq öz yerini alıb. Biz buna çox sevinirik. çünki, 1992-ci ildən başlayan bu zirvə toplantıları sadəcə bir görüşmə şəklində davam edirdi, amma son iki ildə gördüyümüz işlər və aparılan danışıqlar nəticəsində bunu təşkilatlandırma, bir təşkilata çevirmə məsələsində fikir birliyi əldə etmişik. Bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Şübhəsiz ki, bu toplantılarda əvvəllər iştirak etmiş prezidentlərin də böyük töhfələri olub.
Türkiyə Prezidenti diqqətə çatdırıb ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası ilə barəbər müxtəlif strukturlar da mövcuddur. Bunlardan biri, bütün türk respublikalarının qanunverici orqanlarını bir araya gətirən Türkdilli ölkələrin Parlament Assambleyasıdır. Bundan başqa, mədəniyyət sahəsində fəaliyyəti əlaqələndirən TüRKSOY var. Naxçıvanda yeni bir qərar da qəbul olunub. Qərara əsasən Qazaxıstanda yerləşəcək Türk Akademiyası da qurulacaq. Zirvə görüşündə əldə olunan razılaşmaya görə, dövlət başçıları ildə bir dəfə rəsmi, bir dəfə isə işgüzar toplantı keçirəcəklər. Bütün bunların çox mühüm əhəmiyyəti var.
Beləliklə, Türkdili ölkələrin Əməkdaşlıq Şurasının baş katibliyi İstanbulda, Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibliyi Bakıda, Türk Akademiyası isə Qazaxıstanda fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04

