Baş nazirin müavini: Yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq
15.06.2018 [07:55]
“Hazırda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Mingəçevir, Yevlax və Ağsu rayonunda pilot layihələr həyata keçirilir. Hazırda pilot layihələrin təcrübəsi ümumiləşdirilir, dəqiqləşmələr aparılır və hər bir rayonda tətbiqi üçün baza yaradılır. Güman edirəm ki, yaxın illərdə bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə başlanacaq”. Bu fikirləri Baş nazirin müavini Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, payız aylarında icbari tibbi sığorta ilə əlaqədar Milli Məclisə yeni qanun layihəsinin və ya mövcud qanunvericiliyə dəyişikliklərin təqdim olunması nəzərdə tutulur. Bu sənəd qəbul olunduqdan sonra bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq.
“Dünyanın tətbiq etdiyi model belədir ki, vətəndaşlar icbari tibbi sığortanın həyata keçirilməsində iştirak edirlər. Azərbaycanda da işləyənlər bu məqsədlə əmək haqqından faiz ödəyəcəklər. Pensiyaçılar, uşaqlar və əlillərin sığorta haqqını isə dövlət öz üzərinə götürəcək. Çalışacağıq ki, tibbi sığorta insanlar üçün ağır yük olmasın. Eyni zamanda, çalışmaq lazımdır ki, icbari tibbi sığorta real tibbi xidmətlər göstərmək qüdrətində olsun. Yəni bu iki məqam uzlaşmalıdır və hazırda müvafiq dövlət qurumları bu məsələ üzərində ciddi şəkildə işləyirlər”, - deyə Baş nazirin müavini vurğulayıb.
Saxta dərman vasitələrinin ölkəyə gətirilməsinə qarşı mübarizədən də danışan Əli Əhmədov deyib ki, bu məqsədlə Nazirlər Kabinetində toplantı keçirilib və müvafiq işçi qrupu yaradılıb: “İşçi qrupu məsələ ilə bağlı təkliflər hazırlayır. Bu prosesə bir sıra qurumlar da cəlb olunub. Elə bir sistemin yaradılmasına çalışırıq ki, saxta dərmanların Azərbaycana gətirilməsinin qarşısı alınsın. Əlbəttə, saxta dərman problemi bütün ölkələrdə mövcuddur. Amma biz çalışacağıq ki, bu problem ölkəmizdə maksimum dərəcədə aşağı salınsın və insanlarımız əziyyət çəkməsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

