Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəyanətkar Rüstəm İbrahimbəyovun erməni sevgisindən doğan “Qafqaz üçlüyü”

Xəyanətkar Rüstəm İbrahimbəyovun erməni sevgisindən doğan “Qafqaz üçlüyü”

24.05.2018 [09:32]

Ssenari müəllifi olduğu filmdə Azərbaycan xalqını vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, erməniləri isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edən satqın İbrahimbəyov xalqımıza düşmən münasibətdə olduğunu bir daha təsdiqlədi
İştirak etdiyi xəyanətkar planlardakı rolları, anti-azərbaycançı dairələrlə işbirliyi və onlara göstərdiyi xidmətləri ilə “məşhur” olan Rüstəm İbrahimbəyov yenidən öz ermənipərəst simasını nümayiş etdirməkdədir. Daha doğrusu, dəfələrlə erməni lobbisinin fitvası və pulu ilə Azərbaycan xalqının tarixinə, milli-mədəni irsinə, ərazi bütövlüyünə dil uzadan İbrahimbəyov kimi yarımkonservantlar, deyəsən, yenidən özlərinə “meydan açmaq” niyyətindədirlər. Belə ki, bir zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti dilə gətirmək istəməyən bu “erməni vurğunu”nun qorxaq, topuq vuran dillə “danışması” bir daha İbrahimbəyovun hansı maraqlara xidmət etdiyini açıq şəkildə göstərirdi. Deyəsən, onun bu “mərəzi”, daha doğrusu, erməni sevgisi yenidən qabarıb.
“Daşlaşan yuxuları çin olmayan” ermənilərin yeni planını İbrahimbəyov həyata keçirmək niyyətindədir
Belə ki, 2015-ci ildə çəkilmiş və ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov olan “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə alicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunurlar. Vurğulanmalıdır ki, filmin başlanğıcında tamaşaçılara azərbaycanlı uşağın qorxaq obrazı fonunda mərd, güclü, təmənnasız və genişürəkli erməni uşağının obrazı təqdim olunur. Azərbaycanda yaşayan erməni əsilli bir şəxsin kənd uşaqları tərəfindən quyuya atılması, daşlanması epizodunun əsas məqsədi “vəhşi azərbaycanlıların” “dinc ermənilərə” qarşı qəddarlığını göstərməkdir. Filmdə erməninin “cəzalandırılması” aksiyasının sakinlər tərəfindən necə coşqu ilə qarşılandığı və əslində, bu qəddarlığın guya xalqımızın mentalitetində oturuşduğunu beynəlxalq auditoriyaya təqdim etmək niyyəti aydın şəkildə özünü büruzə verir. Hətta öldürülən oğlunun xəbərini almaq niyyətilə Azərbaycana gələn qoca erməninin sonda hava limanında Sərhəd Xidmətinin əməkdaşı tərəfindən necə qəddarcasına döyüldüyünün təsviri belə bu filmin əsl məqsədlərini ortaya qoyur.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan xalqını aşağılayan, sanki bundan zövq alan və özünü “elita” sayaraq millətinə yuxarıdan aşağı baxmağa cəhd edən Rüstəm İbrahimbəyov deyirdi ki, Bakıdan ermənilərin çıxıb getməsindən sonra “buradakı mühit onu boğur”. İbrahimbəyov açıq şəkildə Azərbaycanın bölgələrindən paytaxta gələn vətəndaşlarımızı təhqir edir, onlara yuxarıdan aşağı münasibət sərgiləyirdi. İndi bəlli olur ki, ötən 10 il ərzində İbrahimbəyovun erməni sevdalısı olan beyni nəinki bu cür naqolay fikirlərdən arıtlanmayıb, əksinə, onun içindəki erməni sevgisi və paralel olaraq Azərbaycan xalqına qarşı olan nifrəti daha da artıb. Bu film də məhz R.İbrahimbəyovun əsl simasının üstünə işıq salır.
Beləliklə görünən odur ki, xəyanətkar Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun öz xalqına qarşı bu yaramaz, xəyanətkar və şərəfsiz davranışı bütün dünyada azərbaycanlıları ən neqativ fonda təqdim etmək üçün yeni əsas yaratmağa planlaşdırılıb. Azərbaycanlı tərəfindən “etiraf” olunan bu “həqiqətlər” dünya erməniliyi üçün əsl hədiyyədir.
“Qafqaz üçlüyü” İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür
Birmənalı olaraq vurğulanmalıdır ki, torpaqlarının 20 faizi işğal altında olan, həmin ərazilərdə bütün milli-mədəni irsi dağıdılmış, on minlərlə azərbaycanlının həlak olduğu, uşaqlarının, qadınlarının, qocalarının qəddarcasına, işgəncə ilə qətlə yetirildiyi bir xalqın nümayəndəsinin bu “etirafları” milli xəyanətin, insan mənəviyyatının deqradasiyasının və alçalmasının, öz milli köklərinə, xalqına nifrətin bariz nümunəsidir. Bu “film” sadə vətəndaşından tutmuş yüksəkvəzifəli məmuruna kimi bütün azərbaycanlıları yaramaz kimi təqdim edir. Sanki hazırda 30 min erməninin yaşadığı bir ölkədə hər kəs gecə-gündüz bu millətdən olan nümayəndələri tapıb cəzalandırmaq arzusu ilə yaşayır. “Qəddar” Bakının fonunda isə bütün məsələlərin həll olunduğu, xoşbəxtlik adasını xatırladan, cənnət kimi təsvir olunan Moskva ucaldılır. Azərbaycanda döyülən, söyülən, əzilən, işgəncələrə məruz qalan ermənilər bu şəhərə sığınıb əsl xoşbəxt həyat əldə edirlər. Rüstəm İbrahimbəyov Bakı ilə Moskvanın kontrastı fonunda öz həyatını təsvir edir: onu inkar edən və lənətləyən Bakı ilə müqayisədə alicənab Moskvanın açdığı imkanları vəsf edir. Təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alırlar. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib.
Qeyd edək ki, R.İbrahimbəyov ciddi-cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabaş münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur. Bu isə R.İbrahimbəyovun zaman-zaman dilə gətirdiyi xəyanətkar fikirləridir ki, artıq film olaraq ortaya çıxır. Bu film həm də Rüstəm İbrahimbəyovun öz xalqının “vəhşi” obrazını yaratmaqla aşağılaması fonunda şəxsini böyük “humanist” kimi qələmə vermək cəhdi, İbrahimbəyovun azərbaycanlılara və Azərbaycan adına olan hər şeyə dərin nifrətinin və düşmən münasibətinin təzahürüdür.
Bu film Əli Kərimli, Cəmil Həsənli və digərlərinin də antimilli və ermənipərəst simasını aydın göstərir
Ən əsası, bu film Rüstəm İbrahimbəyov kimi düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə, onu prezident kürsüsünə yüksəltməyə çalışan “Milli şura” adlı qurumun, onun başında duran Əli Kərimli, Cəmil Həsənli və digərlərinin də antimilli və ermənipərəst simasını aydın göstərir. Bu şəxslər buyursunlar, özlərinin “sənət əsərlərinə” diqqət kəsilsinlər. Erməni oyununun mühüm bir parçası qismində çıxış edən İbrahimbəyov artıq özünü gizlətmir, əksinə, açıq-aşkar ermənilərlə işbirliyində olmasını ortaya qoyur. Görəsən, bütün bunlardan sonra kərimlilər və həsənlilər nə deyəcəklər? Xalqın qarşısına çıxıb öz mənfur əməllərinə necə bəraət qazandıracaqlar? Rüstəm İbrahimbəyovun bu xəyanətkar əməli, onun həmsədri olduğu “Milli şura” başçılarının satqın və düşmən xisləti Azərbaycan cəmiyyətində dərin hiddətə səbəb olub.
Görünür, İbrahimbəyov Azərbaycandan kənarda o qədər yaşayıb, düşmənlərlə o qədər qol-boyun olub ki, bu elin, bu yurdun adətini, ənənəsini yaddan çıxarıb. Azərbaycan xalqı heç bir zaman satqınlıq yolu tutan, dövlətinə, xalqına yan gözlə baxan xəyanətkarları cəzasız qoymayıb. Yəqin ki, xalqın bu cəzası İbrahimbəyovun da yaxasını haqlayacaq. Bunun təzahürüdür ki, bu gün ictimaiyyət nümayəndələri, ziyalılar, siyasi partiya, QHT, media nümayəndələri öz xalqına qarşı bu dərəcədə xəyanətkarlıq edən İbrahimbəyovu, onun yaxın ətrafını, o cümlədən də “Milli şura” başçılarını sərt tənqid edir və onlara qarşı ciddi tədbir görülməsini tələb edirlər.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30