Vüqar Rəhimzadə: Rüstəm İbrahimbəyovun damarında erməni qanı axır
24.05.2018 [09:29]
Peşəsindən, cəmiyyətdəki sosial statusundan asılı olmayaraq ümummilli məsələlərdə hər kəs vətəndaşlıq mövqeyi nümayiş etdirməli, dövlətçilik və milli maraqları hər şeydən uca tutmalıdır. Xalqımız hər zaman bu kimi məsələlərdə vahid mövqedən çıxış etməyi bacarıb. Təəssüf ki, “sapı özümüzdən olan” bəzi “baltalar” hələ də çirkin niyyətlərindən əl çəkmək fikrində deyillər. Daim Vətənə, xalqa qarşı təbliğat aparan bu cür ünsürlər erməni maraqlarına xidmət edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər kimi təqdim olunması İbrahimbəyov kimi antimilli ünsürlərin hansı qaranlıq mənbələrdən “qidalandığı”nı açıq şəkildə nümayiş etdirir. “Filmə diqqət yetirdikdə burada tarixi faktların, mövcud reallıqların, baş verən hadisələrin təhrif olunduğunu, qərəzli və yalan məlumatların yer aldığını görürük. Rüstəm İbrahimbəyova sual vermək lazımdır, Dağlıq Qarabağda baş verən hadisələr, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal olunması nə tez yadından çıxıb? Bəs, Xocalı soyqırımı, qətlə yetirilən 613 Xocalı sakininin ruhu qarşısında necə cavab verəcəksən? Bütün bunları inkar etmək üçün ən azı erməni olmaq lazımdır. Görünür, İbrahimbəyovun damarında erməni qanı axır. O, öz əməlləri ilə bu faktı bir daha təsdiq edir”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, filmin əvvəlində azərbaycanlı uşaqların qorxaq, erməni uşaqların isə mərd, güclü, geniş ürəkli obraz kimi təqdim olunması İbrahimbəyovun ermənilərin əlində alət olduğunu, onların çirkin maraqlarına xidmət etdiyini nümayiş etdirir. İbrahimbəyov kimi milli xəyanətkarların iç üzü, əsl “niyyətləri” hər kəsə məlumdur. Bu kimi ünsürlər hər zaman pul, şöhrət üçün milli maraqları satmağa hazırdırlar. Bir vaxtlar Əkrəm Əylisli “Daş yuxular” əsəri ilə xalqımıza xəyanət etdiyi kimi, Rüstəm İbrahimbəyov da “Qafqaz üçlüyü” filmi ilə öz xislətini ortaya qoydu. Bəlkə də erməni “qardaşları” buna görə onun boynundan medal da asacaqlar. Ancaq Azərbaycan xalqı bu cür namərdləri bir daha qəbul etməyəcək. Məncə, insan üçün ən böyük əzab, dərd öz Vətənindən, torpağından qovulmaqdır. Əminəm ki, milli mənsubiyyəti olmayan, kökü bilinməyən İbrahimbəyov insani hisslərini itirdiyinə görə, bu, onun üçün bir o qədər də önəm daşımır.
V.Rəhimzadə əlavə edib ki, İbrahimbəyovun bu əməli bir daha “Milli şura” adlı qurumun fəaliyyətini antimilli ideyalar əsasında qurduğunu göstərir: “Bir vaxtlar Əli Kərimli, Cəmil Həsənli kimilər “Milli şura”da birləşərək Rüstəm İbrahimbəyovu cəmiyyətə “ziyalı” kimi təqdim etməyə çalışırdılar. İndi bu şəxslər Rüstəm İbrahimbəyovun bu “əməllərinə” necə bəraət qazandıracaqlar? Təbii ki, bu, mümkün deyil. Çünki elə “Milli şura” və bu cür ünsürlər də ermənipərəst dairələrə xidmət edirlər. Bu cür faktlar onların əsl simasını bir daha xalqa nümayiş etdirir”.
“İki sahil” qəzetinin baş redaktoru İbrahimbəyovun “Qafqaz üçlüyü” filmi ilə özünü “humanist” kimi tanıtmağa çalışdığını, ancaq bu filmin bir daha İbrahimbəyovun Azərbaycanın və xalqımızın düşməni olduğunu təsdiqlədiyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45

