/ / YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin nümayəndə heyətini qəbul edib
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin nümayəndə heyətini qəbul edib
22.05.2018 [09:37]
Mayın 21-də Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ölkəmizdə səfərdə olan Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Əli Əhmədov bu səfərin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. O deyib ki, Yeni Azərbaycan Partiyası və Laos Xalq İnqilabı Partiyası iqtidar partiyalarıdır və hər iki siyasi təşkilat əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycan dövlətinin xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin vacib yer tutduğunu deyən Əli Əhmədov hələ sovetlər birliyi dövründə Laos vətəndaşları olan gənclərin Azərbaycanda ali təhsil aldıqlarını xatırladıb.
YAP Sədrinin müavini iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb və YAP ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın bütövlükdə ölkələrimiz arasında münasbətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək iki ölkə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını bildirib. Azərbaycanın dinamik inkişaf etdiyini deyən qonaq ölkəmizin regionda oynadığı rolun əhəmiyyətini vurğulayıb. O, Laos Xalq İnqilabı Partiyasının Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatıdırıb.
Görüşdə qarşılıqlı əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu YAP tərəfindən İcra katibinin müavini Siyavuş Novruzov və Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin Xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak imzalayıblar.
Görüşdə YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20

