ABŞ Dövlət Departamentinin Ermənistanla bağlı bəyanatı ikili standartların növbəti nümunəsidir
19.04.2018 [09:41]
Bu bəyanat ermənilərin milli iradəsini heçə saymaqla yanaşı, cinayətkar Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa hesablanıb
Xəbər verildiyi kimi, Ermənistanda başlanan etiraz mitinqləri daha da genişlənməkdədir. Belə ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyanın baş nazir elan olunmasının ardından daha da alovlanan etiraz aksiyalarında minlərlə insan iştirak edir. Yayılan məlumatlara görə, təkcə aprelin 18-də İrəvanda keçirilən etiraz aksiyalarında iştirak edən 68 nəfər saxlanılıb. Bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib. Paytaxt İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezidentin, indiki baş nazirin iqamətgahına doğru yürüş ediblər. Bundan başqa, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb. Gümrü şəhərində daha şiddətli toqquşmalar qeydə alınıb. Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını alıb. Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib.
Göründüyü kimi, işğalçı ölkəni idarə edən hərbi xuntaya etiraz edənlərin sayı gündən-günə artır. Hazırda İrəvanda və işğalçı ölkənin müxtəlif bölgələrində baş verən şiddətli etirazlar erməni xalqının Serj Sarkisyana qarşı haqlı narazılığını göstərir. Bu da səbəbsiz deyil. İllərdir ki, Ermənistanda hakimiyyəti zorakı yollarla zəbt etmiş Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Ölkənin iqtisadiyyatı tamamilə çöküb, siyasi azadlıqlar məhdudlaşdırılıb, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı hakimiyyətin təzyiqləri artıb. Ölkənin bütün sənaye müəssisələrini, enerji sektorunu faktiki olaraq xarici dövlətlərə məxsus şirkətlərə satan Serj Sarkisyan hakimiyyəti erməni diaspor təşkilatlarını da narazı salıb ki, bu da diaspor təşkilatlarından gələn ianələrin dayandırılmasına səbəb olub. Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qalan Ermənistanın gələcəyi ilə bağlı hətta Sarkisyana yaxın, iqtidaryönlü politoloqlar belə hər hansı nikbin proqnozlar verə bilmirlər. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır. Belə olduğu halda, Serj Sarkisyanın yenidən öz hakimiyyətinin ömrünü uzatmaq üçün saxtakarlıqlara əl atması, xalqının iradəsini tanımaması ermənilərin səbrini daşırıb və ölkə vətəndaşları artıq bu rejimə dözmək istəmirlər.
Vurğulamaq lazımdır ki, işğalçı ölkədə ciddi iğtişaşlarla müşayiət olunan hadisələrin bu şəkildə cərəyan etməsi həm də beynəlxalq ictimaiyyətin, bir sıra təşkilatların bu dövlətə, daha doğrusu, Sarkisyan hakimiyyətinə qarşı loyal münasibətindən irəli gəlir. Belə ki, Ermənistanın işğalçılıq siyasətinə, bu ölkədə demokratik dəyərlərin, insan hüquqlarının pozulmasına, hakimiyyətdəki hərbi xuntanın təmsilçilərinin törətdikləri cinayətlərə göz yumulması, bəzi beynəlxalq dairələrin loyal münasibəti, Ermənistana qarşı lazımi sanksiyaların, cəzaların tətbiq olunmaması bu gün müşahidə olunanlara rəvac verib. Cəzasızlıq mühiti Sarkisyan hakimiyyətini şirnikləndirib, o, faktiki olaraq özünü islaholunmaz birisi kimi aparır. Vaxtilə Ermənistan parlamentinin gülləbaran edilməsi, siyasətçilərin qətli, qanlı mart hadisələri, bu gün isə kütləvi etirazlarda Ermənistan polisinin insanlara qarşı qeyri-insani davranışları, yüzlərlə nümayişçinin həbsi, onlara qarşı güc tətbiqi də bir daha Sarkisyanın kriminal rejiminin, işğalçı ölkədə idarəetmə institutlarının antidemokratik, despot mahiyyətini ortaya qoyur.
Təəssüf ki, artıq ciddi toqquşmalarla müşayiət olunan bu gərginliklərə münasibətdə bir sıra xarici ölkələrin tutduqları mövqe yenə də dəyişmir. Ermənistanda yaşanan hadisələrlə bağlı ABŞ Dövlət Departamentinin yaydığı loyal bəyanat buna misaldır. Qeyd edək ki, bəyanatda “minlərlə erməni vətəndaşı ifadə və dinc toplaşma hüquqlarından istifadə etmək üçün küçələrə çıxıb”, - deyə vurğulanır. Dövlət Departamenti Yerevan və digər şəhərlərdə gedən etirazları “yaxından izlədiyini” bildirib və qeyd edib ki, son bir neçə gün ərzində etirazçıların və polisin əksəriyyətinin məsuliyyətli və hörmətli davranışlarını müsbət qarşılayıb. “Buna baxmayaraq, bəzi xəsarətlər daxil olmaqla, polis və etirazçılar arasında ardıcıl qarşıdurmaların olması barədə narahatlıqlar var”, - deyə bəyanatda qeyd olunur. ABŞ Dövlət Departamenti hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır.
Göründüyü kimi, ABŞ Dövlət Departamentinin verdiyi bəyanat Ermənistanda yaşananlara adekvat deyil. Erməni xalqının istəklərini göz ardı edən polisin vətəndaşlara qarşı qeyri-insani rəftarını, kütləvi həbsləri, nümayişçilərin vəhşicəsinə döyülməsini “hörmətli” davranış kimi qiymətləndirən Dövlət Departamentinin bu bəyanatı daha çox Sarkisyan rejiminin saxtakarlıqlarını və cinayətlərini ört-basdır etməyə yönəlib. Ermənilərin milli iradəsini heçə sayan, bunun qarşılığında isə cinayətkar Sarkisyan hakimiyyətinin ömrünü uzatmağa hesablanan bu bəyanat bir daha Qərbin demokratiya məsələsinə öz maraqları çərçivəsindən yanaşdığını təsdiqləyir. Bu fakt növbəti dəfə göstərir ki, Qərb dairələri üçün xalqın iradəsi əsas deyil. Demokratiyanı özünün manipulyasiya alətinə çevirən bu cür dairələr məsələlərə yalnız korporativ maraqları müstəvisində münasibət bildirirlər. Bu isə həmin dairələrin ikili standartlardan çıxış etdiyini bir daha təsdiqləyir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39

