Türkiyədə müxalifət liderləri "erməni açılımı"nı sərt tənqid edirlər
18.09.2009 [10:50]
Ermənistanla Türkiyə arasında sərhədlərin açılması istiqamətində aparılan danışıqlar qardaş ölkənin mətbuatında da geniş şəkildə şərh olunmaqdadır. Türkiyənin “Radikal” qəzeti yazır ki, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan danışıqlar barədə müxalifət liderlərini məlumatlandırmaq üçün görüşlər keçirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu sərt tənqidlərə məruz qalıb.
Belə ki, Ə.Davudoğlu Səadət Partiyası, CHP, DSP, BBP və DP liderləri görüş keçirib.
Səadət Partiyasının lideri Numan Kurtulmuş Davudoğlu ilə keçirdiyi görüşdə xarici işlər nazirinə söyləyib ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoyulacağına dair zəmanət vermədən Türkiyə Ermənistanla sərhədləri açarsa, bu böyük yalnışlıq olar.
BBP lideri Yaşar Topçu keçirilmiş görüşdən sonra Azərbaycan bayrağının qoyulduğu kürsüdən açıqlama verərək “Türk xalqı, aman ha, AKP yeni bir açılım həyata keçirir. Sağlam qorunun” deyib.
DP lideri Hüsaməddin Cindrok isə Davudoğlunun “Strateji dərinlik” kitabını oxuduğunu söylədikdən sonra növbəti mesajları verib: “Kitabınız çox gözəldir, əyləncəlidir, hörmət edirəm, amma fantaziya ilə dövlət siyasəti yürüdülməz. Siz kitabınızda Şimali İraqla inteqrasiyadan söz açırsınız. Türkiyə Şimali İraqla deyil, Azərbaycanla inteqrasiya olunacaq”.
Bu arada Davudoğlunun CHP lideri Dəniz Baykalla keçirdiyi görüşün detalları bəlli olmağa başlayıb. D.Baykal jurnalistlərə açıqlamasında görüşdə Qafqazdakı vəziyyət, enerji məsələsi və Kipr problemini müzakirə etdiklərini, bu mövzularda cərəyan edən hadisələrlə bağlı xarici işlər nazirinin açıqlamalarını dinlədiklərini bildirib. Bu açıqlamaların onların düşüncələrinin haqlı olduğunu göstərdiyini də söyləyib.
D.Baykal Qafqazda 4 fundamental problem olduğunu bəyan edib. Onun fikrincə, 1-ci problem hüquqi qeyri-müəyyənlikdir, yəni ölkələr arasındakı münasibətlərin hüquqi çərçivəsi bəlli deyil: “Türkiyə-Ermənistan münasibətlərini konkretləşdirən başlıca hüquqi sənəd Qars müqaviləsidir. Bu müqavilə həm sərhədi müəyyənləşdirir, həm Türkiyənin suverenliyini təminat altına alır, həm də Türkiyənin Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzərində qarantorluq hüququnu təsbit edir. Ancaq Ermənistan bütün bunları rədd edir və tanımır”.
D.Baykal 2-ci problem kimi Qafqazdakı işğalı göstərib: “Ermənistan Azərbaycan torpaqlarının beşdə birini işğal edib. Bu, Qafqazdakı qeyri-sabitliyin təməl səbəbidir. Qafqazda sülhə nail olmaq üçün bu məsələnin həlli tapılmalıdır”.
Cümhuriyyət Xalq Partiyasının lideri 3-cü təməl problem kimi Ermənistanın “soyqırım” iddiaları ilə Türkiyəyə qarşı düşmənçilik siyasəti aparmasını göstərib: “Bu, iki dövlətin əməkdaşlıq etməsini əngəlləyən əsas məsələlərdən biridir”.
D.Baykal 4-cü məsələ kimi sərhəd məsələsini qeyd edərək protokollarda yalnız sərhədlərin açılması ilə bağlı konkretlik olduğunu və buna dair təqvimin (sərhədlərin ratifikasiyadan 2 ay sonra açılması) əksini tapdığını vurğulayıb: “Sərhədin açılması məsələsi mərhələlər göstərilməklə çox yaxşı hazırlanaraq ortaya qoyulub. Ancaq digər 3 məsələ haqqında bu cür konkretlik yoxdur. Qars anlaşmasının qüvvədə olduğu söylənilmir, Türkiyənin Naxçıvan üzərində qarantorluq hüququ təminat altına alınmır. Tarixçilərdən ibarət komissiya yaradılacağı qeyd olunur, amma bu komissiyaya kimlərin hansı səlahiyyətlə qatılacağı və hansı qərarların qəbul ediləcəyi qeyri-müəyyəndir. İşğala son qoyulacağına dair bir kəlmə də yoxdur”.
DSP lideri Masum Türkərlə görüşən Ə.Davudoğlu “müxalifətdən dəstək varmı?” sualına “bunu bilmirəm, biz üzərimizə düşəni edirik” açıqlamasını verib.
“Radikal” qəzetində nəşr olunmuş digər yazıda bildirilir ki, paraf edilmiş protokollarla bağlı mexanizmlərin işə salınması üçün verilmiş altı həftə sürətlə başa çatır. Əgər Türkiyə bu protokolları söz verdiyi kimi imzalayacaqsa, bu altı həftəlik müddət ərzində bəzi məsələlərin də reallaşdırılması vacibdir. Lakin Azərbaycan torpaqlarında erməni işğalı davam etməkdədir. Bu işğalın sona çatması üçün Ermənistanla Azərbaycan arasında münaqişənin həll edilməsi vacibdir...
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

