“Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?”
17.03.2018 [09:28]
Martın 16-da - VI Qlobal Bakı Forumunun ikinci gününün sonuncu panel iclasında “Kapitalizm: İqtisadi inkişaf ətraf mühitin deqradasiyasına ziddir?” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, panel iclasında iqtisadi istismarın və ticari maraqların məhsuldarlıqdan maksimum fayda götürməyi hədəfə alması ilə əlaqədar təbii sərvətlərin bəşəriyyətin varlığına təhlükə yaradacaq qədər tükənməsi nəticəsində ortaya çıxan boşluqların aradan qaldırılması yolları müzakirə olunub.
Panel iclasının moderatoru, Dünya Bankının sabiq baş məsləhətçisi xanım Nadereh Şamlu bildirib ki, texnoloji inkişaf bəşəriyyətin əvvəllər heç vaxt olmadığı qədər sürətli tərəqqisi ilə müşahidə edilir. Bu sürətli inkişaf həyatımızda müsbət dəyişikliklərlə yanaşı, ciddi problemlərə, xüsusən ətraf mühit və qlobal istiləşmə nəticəsində təbii fəlakətlərə də gətirib çıxarıb. Bütün bu problemlər gələcək nəsillərə daha sağlam cəmiyyət miras qoymağımız barədə bizim üçün ciddi məsuliyyət müəyyən edir. Məhz bu baxımdan belə səmərəli müzakirələrin aparılmasına böyük ehtiyac yaranır.
Ekvador Respublikasının sabiq Prezidenti xanım Rosaliya Arteaqa Serrano bəşəriyyəti narahat edən mühüm problemlərin həlli baxımından gözəl imkan təqdim edən Forumun təşkilinə görə Azərbaycan hökumətinə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib.
Dünyanın imkanlarının və təbii resurslarının tükənməkdə olduğunu deyən Rosaliya Arteaqa Serrano təəssüflə bildirib ki, müasir elm bu problemin qarşısını almaqda acizdir. Bu baxımdan elmin və texnologiyanın, ölkələrin və bölgələrin ahəngdar inkişafı təmin edilməlidir. Əgər biz elmi etika ilə tamamlaya bilsək, o zaman gələcək nəsillər üçün daha sağlam və təmiz dünya miras qoya bilərik.
Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici ticari-iqtisadi münasibətlər naziri Mirko Saroviç bildirib ki, eyni mənbəyə əsaslanan iqtisadiyyat və ekologiya bir-birindən çox asılıdır. Ona görə də iqtisadi inkişafa daha çox təkan verməklə biz əslində ətraf mühitin qurbanına çevrilirik.
Ekosistemin yaxşılaşdırılması istiqamətində Avropa İttifaqının tövsiyəsi ilə ölkəsində mühüm qərarların qəbul edildiyini vurğulayan M.Saroviç Bosniya və Herseqovinada alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ətraf mühitin mühafizəsi sahəsində mühüm irəliləyişlərə nail olunduğunu deyib. Bildirib ki, əgər biz ətraf mühit problemlərinin qarşısını indidən almağa çalışmasaq sonra bu çətinliklərin öhdəsindən gəlmək gec olacaq.
“Müasir bəşəriyyət ətraf mühit və ya iqtisadi inkişaf arasında seçim qarşısında qalıb”, - deyən Yeni Zelandiyanın sabiq Baş naziri Ceyms Bolger bildirib ki, elmi-texniki tərəqqi bu baxımdan ciddi alternativlər təqdim edir. Ətraf mühit problemləri arasında əhalinin sürətli artımını xüsusi qeyd edən Ceyms Bolger diqqətə çatdırıb ki, təmiz ətraf mühit hər kəsin təbii hüququdur. Bu baxımdan insanların hüquqlarının təmin olunmasını biz əsas hədəf və uğur kimi görməliyik. Lakin reallığa baxsaq, ölkələrin əsas uğuru ümumi daxili məhsulun səviyyəsi qəbul edilir. Buna görə də biz ən əvvəl qiymətləndirmə meyarlarında radikal dəyişikliklər etməliyik.
Moldova Respublikasının sabiq Baş naziri Zinaida Qreccanii sürətli iqtisadi inkişaf prosesində təbii resurslardan qənaət edilmədən istifadə nəticəsində bəşəriyyətin hazırda onların tükənməsi problemi ilə yanaşı, ətraf mühitin korlanması ilə də qarşı-qarşıya qaldığını deyib. Ətraf mühit probleminin Moldovada əsasən təmiz içməli su ehtiyatlarının azalmasında özünü göstərdiyini vurğulayan sabiq Baş nazir bildirib ki, bu göstərici ölkədə adambaşına 500 kubmetr təşkil edir. Moldovanın əsas içməli su mənbəyi olan Dnestr çayında suyun səviyyəsi son iki il ərzində daha da azalıb. Bununla əlaqədar yaradılan müvafiq komissiya Ukrayna hökuməti ilə danışıqlar aparır. Ətraf mühiti qorumaq üçün iqtisadi mənfəət naminə təbiətin imkanlarından gen-bol istifadəyə nəzarət artırılmalıdır. Çünki bütün iqtisadi proseslər təbiətin imkanları olmadan həyata keçirilə bilməz. Ona görə də təbiətdən alınanlar mütləq geri qaytarılmalıdır.
Fransa Respublikasının sabiq iqtisadiyyat naziri Edmond Alfanderi deyib ki, bazar iqtisadiyyatının mövcud olduğu ölkələrdə qiymətlər ehtiyacları müəyyənləşdirir. Bu gün ətraf mühitin çirklənməsi planeti çətin vəziyyətə salıb. Müasir dövrdə iqtisadi inkişafın səviyyəsi qaneedicidir. Buna görə də artıq ətraf mühitə daha çox diqqət yetirilməlidir. Lakin ətraf mühitin qiymətləndirilməsinə baxsaq, görərik ki, ona verilən dəyər olduqca aşağıdır.
Edmond Alfanderi bildirib ki, ətraf mühiti çirkləndirən zərərli qazların tərkibində karbon emissiyasının payı 50 faiz təşkil edir. Ona görə də son dövrdə bəzi ölkələr karbon qazının emissiyasının qiymətləndirməsini aparırlar. Bu sahədə Böyük Britaniya, Kanada, ABŞ-ın Kaliforniya ştatı xüsusilə seçilirlər. Qiymətləndirmənin aparılması nəticəsində bu sahədə ciddi irəliləyiş müşahidə olunur.
Niderland Krallığının sabiq Baş naziri Vim Kok bildirib ki, hazırda inkişaf etmiş ölkələr ətraf mühitin deqradasiyasının qarşısının alınması üçün iqtisadi tərəqqi proseslərini nizamlamaqla onu nəzarətdə saxlamağa çalışırlar. Bu baxımdan Paris razılaşmasının prinsiplərinə əməl etmək və bu dəyərlərə sadiq qalmaq çox önəmlidir. Təəssüf ki, bu məsələdə müəyyən istisnalar da yaşanır.
Vim Kuk deyib ki, müasir cəmiyyətlər ətraf mühiti qorumaqla gələcək nəsillərə daha az zərər görmüş dünya miras qoymağa çalışırlar. Ekoloji problemlərin qarşısını almaq üçün iqtisadiyyatları necə yenidən qurmağımız çox vacibdir. Əslində, bu, mümkündür və beynəlxalq əməkdaşlıq bu baxımdan çox əhəmiyyətlidir. Niderland Paris razılaşmasına sadiq olmağa çalışır. Çünki Paris razılaşmasının əsas hədəfi ölkələr və onların müvafiq qurumları arasında əlaqələndirmə işinin aparılmasıdır.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39

