Naxçıvanda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
08.03.2018 [08:39]
Martın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını və muxtar respublika qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək deyib: “Hər bir cəmiyyətin mədəni inkişaf səviyyəsi və yüksəlişi, qabaqcıl dəyərlərə malik olması anaya, qadına olan münasibətlə sıx bağlıdır. Azərbaycan cəmiyyətində ana və qadın adının müqəddəs tutulması səbəbsiz deyil. Əsas səbəblərindən biri qədim türk adət-ənənələrinin yaşadılmasıdırsa, ikinci səbəbi isə müqəddəs dinimiz olan İslam dinidir. Bu dinin ehkamları da qadına, qıza və anaya yüksək ehtiram ifadə etmiş, Qurani-Kərimdə qadın hüquqlarına hörmətlə yanaşılması mənəvi öhdəlik kimi qoyulmuşdur”.
Ali Məclisin Sədri deyib: “Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olundu. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradıldı. Ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşuldu. Bu gün Azərbaycan qadını ictimai-siyasi həyatda, elm, təhsil, mədəniyyət, dövlət qulluğu və ordu quruculuğunda, hüquq mühafizə, məhkəmə və digər orqanlarda çalışır. Bu, Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətidir!”.
Qeyd olunub ki, muxtar respublika qadınları da tarixin bütün dövrlərində öz fədakarlıqları və vətənpərvərlikləri ilə seçiliblər. İkinci Dünya müharibəsində Naxçıvandan 127 könüllü qadın iştirak edib, onların hamısı döyüş orden və medalları ilə təltif olunublar. Müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunub, qadınlarımızdan 11 nəfəri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Muxtar respublikanın təşkil olunduğu 1924-cü illə müqayisədə bu gün qadınların sayı 5 dəfə artaraq 226 min 847 nəfərə çatıb ki, bu da muxtar respublika əhalisinin 50,1 faizini təşkil edir. Muxtar respublikada dövlət qulluğunda işləyənlərin 513 nəfəri, yaxud 20 faizi, təhsil sahəsində işləyənlərin 10 min nəfəri, yaxud 66 faizi, səhiyyə və sosial təminat sahəsində işləyənlərin 4 min 491 nəfəri, yaxud 76 faizi, mədəniyyət sahəsində işləyənlərin 2 min 692 nəfəri, yaxud 68 faizi, özəl sektorda işləyənlərin 11 min 323 nəfəri, yaxud 20 faizi qadınlardır. Ümumiyyətlə, muxtar respublikada qadınların 32 min 543 nəfəri işləyir ki, bu da işləyən əhalinin 33 faizini təşkil edir.
Ali Məclisin Sədri deyib ki, muxtar respublika qadınları təhsil sahəsində də fərqlənirlər. Bunun əyani ifadəsi özünü ali və orta ixtisas məktəblərinə qəbulda qızların fəallığının artmasında göstərir. 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayanların 174 nəfərini, yaxud 60 faizini qızlar təşkil edib. Hazırda muxtar respublikada elmlər doktorlarının 2-si, fəlsəfə doktorlarının isə 88-i qadınlardır. Muxtar respublika qadınlarından 23 min 175-i Yeni Azərbaycan Partiyasının üzvüdür ki, onların da 111-i ərazi ilk partiya təşkilatının sədridir. Bütün bunlar onu deməyə əsas verir ki, artıq muxtar respublika qadınları cəmiyyət həyatının bütün sahələrində uğurla təmsil olunurlar. Ona görə də muxtar respublika qadınlarının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində qadınların 147-si Azərbaycan Respublikasının, 133-ü isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 105 qadın orden, medal və nişanlarla təltif olunub.
Ali Məclisin Sədri bu gün muxtar respublikamızın inkişafında əməyi olan bütün qadınlara muxtar respublikanın Ali Məclisi və hökuməti adından təşəkkürünü bildirib, bir daha qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir. Ümidvaram ki, qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək, daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.
Sonra Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin təqdimatı olub.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 mart tarixli Sərəncamı ilə Azərbaycan respublikasının ictimai həyatında, təhsil, səhiyyə və mədəniyyət sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə muxtar respublikadan olan 8 qadın “Tərəqqi” medalı ilə təltif olunub, 1 qadın isə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə muxtar respublikada səmərəli fəaliyyətlərinə görə 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi”, 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”, 1 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar mədəniyyət işçisi” və 2 qadın Naxçıvan Muxtar Respublikasının “Əməkdar tibb işçisi” fəxri adlarına layiq görülüb, 5 qadın isə Naxçıvan Muxtar Respublikasının “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Ali Məclisin Sədri təltiflərin vəsiqə və nişanlarını təqdim edib.
Təltif olunanlardan Nina Abdullayeva, Kəmalə Əliyeva, Çiçək Əlizadə, Aləmzər İbrahimova, Mahizər Orucova, Xırda Ağayeva, Siyatel Cəfərova və Rəna Fətullayeva əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıq edib, bundan sonra da muxtar respublikanın inkişafına töhfə verəcəklərini bildiriblər.
Tədbirin bədii hissəsində Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının uşaqlarının ifasında kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

