Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naqif Həmzəyev: Hər bir Azərbaycan gənci belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur

Naqif Həmzəyev: Hər bir Azərbaycan gənci belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur

03.02.2018 [01:06]

“Gənclər hər bir xalqın ayıq-sayıq və ən itigörən gözü, ümumiyyətlə, tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Sağlam və intellektual gənc nəslin yetişdirilməsi dövlətin, xalqın əsas strateji hədəflərindən sayılıb. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə mənsub olduğu xalqın rifahının yüksəlməsi, ölkənin çiçəklənməsi deməkdir”. Bu sözləri Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev bildirib.
Naqif Həmzəyev qeyd edib ki, bu gün böyük iftixarla demək olar ki, müstəqil Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin prinsip və məqsədləri ölkəmizin xoşbəxt gələcəyinə hesablanıb. Ölkə rəhbərinin sayca 3-cü “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, gənclər haqqında imzaladığı sərəncamlar, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradır, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləyir, gənc nəslin sağlamlığını qoruyur, gənclərin təhsil və məşğulluq məsələlərini diqqətdə saxlayır.
“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir”, - deyərək Azərbaycan gəncliyinə etimad göstərən Ümummilli lider Heydər Əliyevin bu fikirlərinə sadiqlik göstərən gənc nəsil cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevrilib. Son illər gənclər siyasəti sahəsində görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə nəinki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.
Millət vəkili deyib ki, Nizami yurdu Gəncədə də gənclərin sağlam, vətənpərvər ruhda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün şəhərdə əhalinin 32 faizinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan, etimaddan xəbər verir. Ölkəmizdə sayca 40-cı olan Gənclər Evinin, ali təhsil müəssisələrində yeni tədris korpuslarının, yeni məktəb binalarının, kitabxanaların, parkların, əyləncə mərkəzlərinin, idman komplekslərinin tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilməsi Gəncədə vətənpərvər, yüksək intellektə malik, geniş dünyagörüşlü gənc nəslin formalaşmasına xidmət edir: “Sevindirici haldır ki, Gəncə gəncləri dövlət gənclər siyasəti sahəsində qazandıqları uğurların məsuliyyətini yaxşı dərk edir, dövlətə, dövlətçiliyə bağlılıqlarını, ölkə Prezidenti cənab İlham Əliyevə sadiqliklərini nümayiş etdirir və hər zaman ölkə başçısının yanında olduqlarını bidirirlər.
Bu gün harda yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan gənci belə güclü, qüdrətli dövlətin vətəndaşı olmağı ilə qürur duyur, respublikamızın daha da güclənməsinə, qüdrətlənməsinə öz töhfələrini verməyə çalışır, əsl vətəndaşlıq məsuliyyətlərini ölkənin ictimai-siyasi həyatında tutduqları sağlam mövqe ilə təsdiqləyirlər”.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30