Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri mətbuat konfransı keçiriblər
21.12.2017 [10:00]
Dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri mətbuat konfransı keçiriblər.
AZƏRTAC xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif beşinci üçtərəfli görüşün nəticələri barədə danışıblar.
Elmar Məmmədyarov bildirib ki, bu formatda görüşləri davam etdirmək, əməkdaşlığı daha da genişləndirmək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə etmək barədə razılığa gəlinib. O, görüşdə Fələstin məsələsi ilə bağlı da müzakirələrin aparıldığını deyib. Qeyd edib ki, Azərbaycan bu məsələ ilə əlaqədar BMT Baş Assambleyasında qəbul olunacaq sənədin lehinə səs verəcək. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq.
Enerji sahəsində əməkdaşlığa toxunan nazir vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək. Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. Türkiyədə keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələr dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik.
Mövlud Çavuşoğlu deyib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir. Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpa olunması üçün əvvəlcə Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.
Nazir qeyd edib ki, bu gün (dünən - red.) Bakıda Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb. Üçtərəfli görüşün faydasını daha da artırmaq üçün bu formatın genişləndirilməsi nəzərdə tutulur. İran tərəfinin təklifi nəzərə alınaraq növbəti görüş Türkiyədə keçiriləcək.
Məhəmməd Cavad Zərif isə söyləyib ki, üçtərəfli görüş formatı həm ölkələrimiz, həm də region üçün olduqca faydalıdır. Hər üç ölkə geniş əlaqələrə, birgə tarixi ənənələrə malikdir.
Nazir vurğulayıb ki, beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerji və turizm sahələrində məsələlər müzakirə edilib, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

