/ / Bahar Muradova: Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Bahar Muradova: Azərbaycanda qısa zamanda qazanılan uğurlar ilk növbədə Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
13.12.2017 [10:47]
Azərbaycanda qısa zaman kəsiyində iqtisadi, mədəni, sosial və hərbi-siyasi sahələrdə qazanılan uğurlar ilk növbədə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bunu Trend-ə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, əldə olunan iqtisadi uğurların əsası hələ Ulu öndər Heydər Əliyevin Sovet İttifaqı zamanında Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdu: “Həmin dövrdə keçmiş İttifaq ərazisində aqrar ölkə kimi tanınan Azərbaycanın sənaye mərkəzinə çevrilməsi, qısa zaman kəsiyində ölkəmizdə mühüm sənaye komplekslərinin fəaliyyətə başlaması, respublikamızda həyata keçirilən əhəmiyyətli iqtisadi-siyasi layihələr bunu deməyə əsas verir”.
Vitse-spiker qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməli qoyuldu: “Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir”.
B.Muradova əlavə edib ki, Azərbaycanın qazandığı nailiyyətlər, müstəqilliyimizin qorunub saxlanılması, dövlətçiliyimizin inkişafı Ulu öndər Heydər Əliyevin ideyaları əsasında hazırlanan, ölkəmizin milli maraqlarına söykənən dövlət quruculuğu kursuna əsaslanır.
O bildirib ki, ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf Azərbaycanda həyata keçirilən uğurlu daxili iqtisadi-sosial siyasətin bəhrəsidir: “Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçirilməkdədir. İnkar etmək mümkün deyil ki, Azərbaycan xalqının rifahının yüksəldilməsinə, daxili sabitliyin qorunmasına və cəmiyyətin bütün sahələrində enerji, nəqliyyat, turizm, təhsil, səhiyyə və digər sahələrdə önəmli layihələrin həyata keçirilməsinə istiqamətlənmiş siyasət Heydər Əliyev ideyalarının tərkib hissəsidir. Cənubi Qafqaz regionunun lider dövləti olan, ildən-ilə Avropanın enerji təhlükəsizliyi məsələsində əhəmiyyətli tərəfdaşa çevrilən və dünya miqyasında nüfuzu artan Azərbaycanın inkişaf səviyyəsi istər dünya ölkələri, istərsə də beynəlxalq təşkilatlar tərəfindən xüsusi olaraq vurğulanır”.
B.Muradova qeyd edib ki, dayanıqlı iqtisadi siyasət, habelə müstəqil və tarazlı şəkildə həyata keçirilən xarici siyasət kursu Azərbaycan dövlətinin istər daxili sabitliyinin, inkişafının təminatında, istərsə də beynəlxalq dayaqlarının möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Heydər Əliyev ideyalarına söykənən xarici siyasət kursunun mahiyyəti Azərbaycanın daha təkmil bir dövlət kimi yeni və qüdrətli imicini və nüfuzunu formalaşdırmaqla yanaşı, həm milli-mənəvi dəyərləri, həm də müasirliyi özündə əks etdirən üçrəngli Azərbaycan bayrağının daha uca zirvələrdə dalğalanacağına əminlik yaradan başlıca amildir.
Milli Məclis sədrinin müavini deyib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən daha da modernləşdirilir, müasir beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılır və inkişaf etdirilir: “İstər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən və ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin yürüdülməsi ölkəmizin bütün mənalarda yüksək nailiyyətlərə imza atmasına şərait yaradıb. Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində lider, Avropa və digər kontinentlər üçünsə kifayət qədər ciddi tərəfdaş kimi qəbul edilməsinə yol açıb. Azərbaycan bu gün də dünya dövlətləri ilə açıq və ikitərəfli münasibətlərin inkişafını özündə ehtiva edən xarici siyasət kursu yürüdür. Azərbaycan hakimiyyətinin ortaya qoyduğu bu məramın aydın və səmimi olması nəticə etibarı ilə dünya tərəfindən təqdir edilir”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

