/ / Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Rostropoviçlər adına Musiqi Məktəbinin yeni binasının açılışında iştirak edib
07.12.2017 [09:45]
Dekabrın 6-da Bakıda Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin yeni binasının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəb binasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məktəbin yeni binasında görülən işlər barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məlumat verib.
Bildirilib ki, bu musiqi məktəbi 1967-ci ildən fəaliyyət göstərib. 1997-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı ilə məktəbə Leopold və Mstislav Rostropoviçlərin adı verilib. 2014-cü ildə məktəbin köhnə binası sökülərək yerində yenisinin inşasına başlanılıb.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında mədəniyyət sahəsinin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 14 avqust tarixli Sərəncamına əsasən musiqi məktəbinin tikintisinin və təchizatının tamamlanması üçün vəsait ayrılıb. Qısa vaxt ərzində görülən işlər nəticəsində məktəb şagirdlərini yenidən qəbul etməyə hazırdır.
Birinci vitse-prezident Mehriban Əliyeva musiqi məktəbində yaradılan şəraitlə tanış olub.
Hazırda bu məktəbdə 600 şagird təhsil alır. Onlara 114 müəllim - professor, Bakı Musiqi Akademiyasının müəllimləri, Əməkdar incəsənət xadimləri, Xalq artistləri sənətin sirlərini öyrədirlər. Musiqi məktəbində 110 yerlik akt zalı, 34 sinif otağı, habelə 5 inzibati otaq, kitabxana və səsyazma studiyası var. Məktəbin bütün avadanlığı və inventarı təzələnib, o cümlədən təhsil müəssisəsinə 12 royal, 24 fortepiano alınıb. Burada 7 yaşından təhsillərinə başlayan şagirdlər fortepiano, simli və nəfəs alətləri və xalq çalğı alətləri şöbələrində musiqi biliklərinə yiyələnirlər. Son 10 il ərzində məktəbin 23 şagirdi Prezident təqaüdünə layiq görülüb. Həmçinin son iki ildə məktəbin 25 şagirdi beynəlxalq və respublika müsabiqələrinin qalibi olub. Onların əksəriyyəti nadir ixtisaslar - saksofon, fleyta və trambon üzrə qalib olanlardır. Bu gün musiqi məktəbinin məzunları Simfonik, Kamera orkestrlərində ifa edirlər, Musiqi Akademiyasında fəaliyyət göstərirlər. Vətəni Azərbaycanla hər zaman fəxr edən Mstislav Rostropoviç etiraf edirdi ki, onun enerjisinin sirri - genetika və Bakı iqlimindədir. Azərbaycana olduqca bağlı olan dahi musiqiçinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq. Musiqiçinin vətənində onu yad edir və sevirlər. Azərbaycan paytaxtında Rostropoviçin bir çox xatirə yerləri var. Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalının keçirilməsi də bir ənənəyə çevrilib. Leopold və Mstislav Rostropoviçlərin adını daşıyan musiqi məktəbi isə bu dahi sənətkarın xatirəsinə hörmətin daha bir təzahürüdür.
Birinci vitse-prezident Mehriban Əliyeva məktəbin kollektivinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22

