Moskvada “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfrans işə başlayıb
05.12.2017 [10:25]
Dekabrın 4-də Moskvada, Rusiya Dövlət Dumasında “Parlamentarilər narkotiklərə qarşı” beynəlxalq konfrans işə başlayıb. BMT-nin himayəsi ilə keçirilən konfransda Azərbaycanın Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti iştirak edir.
AZƏRTAC xəbər verir ki, tədbirə dünyanın 44 ölkəsinin parlament rəhbərləri, məsul şəxslər və aparıcı ekspertlər dəvət olunublar.
Beynəlxalq konfransın plenar iclasında BMT Baş katibinin müavini Yuri Fedotov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokoltsev, səhiyyə naziri Veronika Skvortsova, İndoneziya, İran, Meksika, Pakistan, Özbəkistan, Ekvador parlamentlərinin sədrləri, bir sıra ölkələrin parlament sədrlərinin müavinləri, QHT-lərin nümayəndələri çıxış ediblər.
Plenar iclasdan sonra konfrans işini “Narkotik asılılıq: müalicəyə və reabilitasiyaya müasir yanaşma”, “Narkotiklərin qeyri-qanunu dövriyyəsi ilə mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi”, “Narkotik təhlükəsi ilə mübarizədə QHT-lərin rolu” mövzularında seksiyalarda davam etdirib.
Milli Məclis sədrinin birinci müavini Z.Əsgərov “Narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizənin qanunvericiliklə tənzimlənməsinin təkmilləşdirilməsi” mövzusunda seksiyada aparılan müzakirələrdə iştirak edib. Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair fikirlərini bölüşüb. O bildirib ki, narkotik vasitələrin yayılması və ticarəti ilə mübarizə qlobal miqyasda, beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalıdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin terrorizmin, separatizmin, qeyri-qanuni silahlı birləşmələrin maliyyələşdirilməsi ilə bilavasitə bağlı olduğunu vurğulayan Z.Əsgərov qeyd edib ki, müxtəlif şüarlar, eləcə də öz müqəddəratını müəyyənetmə hüququnun beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan interpretasiyası altında suveren dövlətlərin ərazilərində istənilən qanunsuz fəaliyyətin, o cümlədən narkotiklərin qeyri-qanuni dövriyyəsinin həyata keçirildiyi “boz zonalar” yaradılır. Bu baxımdan, separatizm, dövlətlərin ərazi bütövlüyünün pozulması ilə narkotrafik, qanunsuz silah dövriyyəsi və terrorizmin maliyyələşdirilməsi kimi cinayətlərin sıx əlaqəsi aydın görünür. Bu, Azərbaycan Respublikasında xüsusilə Dağlıq Qarabağla bağlı ciddi narahatlıq doğurur. Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ölkənin mərkəzi hakimiyyətinin fəaliyyəti tamamilə istisna edilib. Bu isə müxtəlif cinayətkar qrupların, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların fəaliyyəti üçün münbit zəmin yaradır.
Ziyafət Əsgərov çıxışında, həmçinin Azərbaycanda narkotik vasitələrdən istifadə edənlərin sosial həyata qaytarılması üçün də kompleks tədbirlər görüldüyünü qeyd edib. O, narkotik vasitələrlə əlaqədar Azərbaycan qanunvericiliyində əksini tapmış cəza təbirləri ilə yanaşı, ölkədə narkomanların resosializasiyası üçün yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, iki gün davam edəcək konfrans çərçivəsində iştirakçıların Rusiya Milli Antinarkotik İttifaqının sosial reabilitasiya mərkəzlərinə gedəcəyi gözlənilir.
Konfransın yekunlarına dair birgə bəyannamə qəbul ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

