Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib
05.12.2017 [10:23]
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı - Müstəqillik Günü münasibətilə dekabrın 4-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Mohamed Hamel Alqubaisi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır.
Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin son illərdə genişləndiyini qeyd edib. Səfir münasibətlərimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Azərbaycan hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırıb.
Nazir müavini Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə hökumətlərarası komissiyasının fəaliyyətinin əlaqələrimizin inkişafında rolunu qeyd edib. O vurğulayıb ki, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52

