Aparılan islahatlar və müvafiq Dövlət proqramları Azərbaycanın dayanıqlı inkişafını təmin edir
22.11.2017 [09:46]
Prezident İlham Əliyev: Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük
Azərbaycanın bir sıra spesifik cəhətləri ilə fərqlənən inkişaf modeli bütün dünyada böyük maraqla izlənilir. Bu da təsadüfi deyil. Son 14 ildə qlobal miqyasda Azərbaycan kimi hərtərəfli və sürətlə inkişaf edən ölkə olmayıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki nitqində vurğuladığı kimi, Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız üç dəfədən çox genişlənib və ölkənin maliyyə imkanları əhəmiyyətli dərəcədə artıb. Hazırda respublikanın valyuta ehtiyatları ümumi daxili məhsulun 100 faizini təşkil edir ki, bu da olduqca yaxşı göstəricidir.
Həyata keçirilən məqsədyönlü siyasət sayəsində hərtərəfli və uzunmüddətli inkişafa nail olan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 2015-ci il 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulan ölkələr sırasında yer alır. Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq təsdiqlənən sənəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” adlanır və 17 dayanıqlı inkişaf məqsədini, 169 hədəfi və 231 göstəricini əhatə edir.
Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın qurulması, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Qurum uğurla fəaliyyət göstərərək Dayanıqlı İnkişaf Məqsədlərinə çatılmasını təmin etmək üçün müxtəlif icra orqanlarının koordinasiya olunmuş fəaliyyətini təmin edir.
Respublikamız öz inkişaf strategiyasını milli prioritetlər və qlobal çağırışlar əsasında formalaşdırır
Dayanıqlı inkişaf ümumi məqsədlərə xidmət edən qlobal konsepsiya səciyyəsi daşıyır. Hər bir milli dövlət isə özünün əhatəli və uzunmüddətli dövrə hesablanan inkişafı ilə bütün dünyanı narahat edən problemlərin həllinə öz töhfəsini verməlidir. Bu baxımdan Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Yuxarıda deyilənlərdən də göründüyü kimi, özünün məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycan, eyni zamanda, qlobal çağırışlara adekvat olaraq ölkədə daha dayanıqlı inkişafın təmin olunmasına güclü siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkəmizdə həyata keçirilən siyasətin strateji hədəfinə diqqət çəkərək vurğulayıb: “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük”.
Ölkəmizin dayanıqlı inkişafı şərtləndirən əsas prinsiplərlə, o cümlədən də iqtisadi inkişafla bağlı özünəməxsus proqram və konsepsiyası var. Son illərdə Azərbaycanın mənzərəsi qlobal miqyasda meydana çıxan çağırışlara adekvat olan mükəmməl islahatlarla səciyyələnir. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə əsasən həyata keçirilən bu islahatlar davamlı xarakter daşımaqla yanaşı, çoxşaxəlidir və sosial-iqtisadi inkişafla bağlı müxtəlif istiqamətləri əhatə edir.
Ölkəmiz 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. Respublikada qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Ötən 9 ayda respublikamızın strateji valyuta ehtiyatları daha 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Qeyd olunan statistik göstəricilər qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda dayanıqlı inkişaf üçün münbit zəmin olduğuna dəlalət edir. Şübhə yoxdur ki, konseptual əsaslarla həyata keçirilən islahatlar, qəbul edilən Dövlət proqramları və strateji yol xəritələri perspektivdə də Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimindəki nitqində buna əminliyini ifadə edərək deyib: “... Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın qlobal çağırışlara uyğun olaraq ölkədə dayanıqlı inkişafın təmin edilməsinə nail olması beynəlxalq reytiq agentlikləri tərəfindən də yüksək qiymətləndirilib. Xəbər verildiyi kimi, bir qədər bundan əvvəl Dünya İqtisadi Forumu “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nı yayıb. Bəhs olunan hesabatda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub.
Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq təsdiqlənən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” sənədində yoxsulluğun azaldılması, insanların rifah halının yaxşılaşdırılması kimi məsələlərə də geniş yer verilib. Bu da onunla bağlıdır ki, ayrı-ayrı regionlarda yaşanan kataklizmlər, müharibələr, iqtisadi-maliyyə böhranları qlobal miqyasda əmək bazarına inteqrasiyanı hədsiz dərəcədə çətinləşdirib. Nəticədə, milyonlarla insan yoxsulluq şəraitində yaşamaq məcburiyyətində qalıb ki, bu da bəşəriyyətin gələcəyi üçün daha böyük fəsadlara yol aça bilər.
Deyilənlər baxımından Azərbaycanda vəziyyət tamam fərqlidir. Respublikamızda iki istiqamət paralel şəkildə inkişaf etdirilir. Ölkənin iqtisadi potensialının artırılması üçün konseptual əsaslar hazırlanır, Dövlət proqramları qəbul edilir, genişmiqyaslı maddi dəstək tədbirləri həyata keçirilir. Eyni zamanda, sosial sfera adekvat şəkildə diqqət mərkəzində saxlanılır. Başqa sözlə desək, respublikamızda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Qarşıya qoyulan vəzifə ondan ibarətdir ki, ölkəmizdə sosial sferada vəziyyət dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Prezident İlham Əliyev yuxarıda bəhs olunan yubiley mərasimindəki nitqində diqqəti sosial ədalətin daha da böyük dərəcədə təmin edilməsinin zəruriliyinə yönəldərək bildirib: “Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Yeri gəlmişkən, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda respublikamız sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilib. Hesabata əsasən, Azərbaycanın mövqeyi həmçinin əmək bazarının təkmilləşdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində də əhəmiyyətli dərəcədə yaxşılaşıb. Dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əmək bazarının inkişafına yönələn islahatlar ölkəmizin bu sahədə də reytinqinin artması ilə nəticələnib. Belə ki, Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə 9 pillə irəliləyərək 17-ci yerə yüksəlib. Bununla da Azərbaycan əmək bazarının səmərəliliyi indikatoru üzrə sıralamada digər bütün MDB ölkələrindən, eyni zamanda, İsrail, Fransa, İsveç, Belçika, Avstriya, Qətər, Yaponiya, İspaniya, İtaliya, Finlandiya, Latviya, Çin, Malayziya və digər ölkələrdən öndə qərarlaşıb.
İnsan kapitalı yaradılmasına göstərilən davamlı səylər nəticəsində Azərbaycan qabaqcıl ölkələr sırasına yüksəlib
Dayanıqlı inkişafın təmin olunmasında insan resursları özünəməxsus əhəmiyyətə malikdir. Hər hansı bir ölkənin fiziki resursları, o cümlədən də təbii ehtiyatları potensialdır. Onların istismarı və bu resurslardan səmərəli istifadə edilməsi isə məhz insan faktoru ilə bilavasitə bağlıdır. Məlumdur ki, neft, qaz kimi karbohidrogen ehtiyatları ilə, uran, almaz, qızıl yataqları kimi yeraltı sərvətlərlə zəngin olan ayrı-ayrı etno-siyasi coğrafiyalarda bu resurslar sosial bərabərlik və davamlı inkişaf yaratmaq əvəzinə, bəzi hallarda sosial fərqlilik inkişafa mane olan digər neqativ hallara gətirib çıxardır. Beləliklə, dayanıqlı inkişafı təmin edən başlıca amil kimi insan resursları çıxış edir. İnsan resursları vasitəsilə mövcud ehtiyatlardan səmərəli istifadə olunması sosial, iqtisadi və ekoloji ahəngdarlığı təmin etməklə davamlı inkişafı şərtləndirir.
Ölkəmizdə neft gəlirlərinin səmərəli idarə edilməsi məqsədilə Neft Fondu yaradılıb. Bura toplanan vəsaitlər həm gələcək nəsillər üçün qorunub saxlanılır, həm də ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin icrasına yönəldilir. Bu barədə söhbət açarkən Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında insan kapitalının inkişafına böyük qayğı göstərildiyini xüsusi qeyd etmək lazımdır. Bu sahədə respublikamız dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad edib. Müasir dövr elm, təhsil, yeni texnologiyalar, innovasiyalar dövrüdür. Ayrı-ayrı ölkələr ilk növbədə insan kapitalının formalaşdırılması sayəsində yüksək inkişaf səviyyəsinə çatıb. Azərbaycan da məhz bu yolu tutub. Prezident İlham Əliyev Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində Azərbaycanda yeni neft bumu başlayanda qarşıya qoyulan məqsədlər barədə söhbət açaraq deyib: “Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, neft gəlirlərini insan kapitalına çevirək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün”.
Bu gün paytaxt Bakının və regionların müsbət reallıqlarından da göründüyü kimi, insan kapitalının formalaşmasına müsbət təsir göstərən infrastrukturun yaradılması Azərbaycanın prioritetləri sırasında mühüm yer tutur. Müstəqillik illərində bütün ölkə boyunca məktəblərin maddi-texniki bazası möhkəmləndirilib, təhsilin keyfiyyətini yüksəltmək məqsədilə zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, paytaxt Bakıda və bölgələrdə yeni səhiyyə müəssisələri açılıb, insanlara göstərilən tibbi xidmətin səviyyəsi yüksəldilib. Bütün bunların arxasında isə, təbii ki, dövlətin güclü siyasi iradəsi ilə yanaşı, eyni zamanda, neft gəlirlərinin məqsədyönlü şəkildə insan kapitalının inkişafına yönəldilməsi amili dayanır. Prezident İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında ölkəmizdə insan kapitalının yaradılması siyasətinin uğurlu nəticələrindən məmnuniyyətlə söhbət açaraq bildirib: “2015-ci ildə Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin icrasında əldə etdiyi böyük nailiyyətinə görə həmin ilin “Cənub-Cənub” mükafatını almış və 2010-cu ildən etibarən yüksək insan inkişafı kateqoriyalı ölkələr sırasına daxil edilmişdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28

