Milli Məclisin komitə iclasında “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunub
16.11.2017 [10:26]
Noyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunub.
Komitə sədri İsa Həbibbəyli bildirib ki, peşə təhsili ölkəmizdə prioritet istiqamətlərdən biridir. Bu sahədə həm Bakıda, həm də bölgələrdə müasir standartlara uyğun təhsil məktəbləri yaradılır. Bu gün peşə təhsili müasir standartlara uyğun olaraq tamamilə yenidən qurulur. Bununla bağlı bir sıra ölkələrin qanunvericilik sənədləri və təcrübəsi öyrənilib, eyni zamanda, yerli reallıqlar da nəzərə alınaraq yeni qanun layihəsi hazırlanıb. Həmçinin Avropa İttifaqının nümayəndələri ilə görüşlər keçirilib, Avropa peşə təhsili sistemi, bunun ölkəmizdə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, qanun layihəsi işçi qrupunda, Peşə Təhsili üzrə Dövlət Agentliyində Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə bir neçə dəfə müzakirə olunub. Qanunun hazırlanması zamanı dövlət maraqları, milli məfkurə, ölkənin reallıqları nəzərə alınıb.
İsa Həbibbəyli qeyd edib ki, sənəd ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. Qanun təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqisi üçün peşə hazırlığının bütün formalarına şamil edilir.
Diqqətə çatdırılıb ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Layihədə formal, informal, qeyri-formal peşə təhsili, ixtisaslaşma, peşə standartları, peşə təhsilinin inkişafı fondu, təhsildə inteqrasiya və digər əsas anlayışların mənası açıqlanır. Sənəddə peşə təhsili almaq üçün bərabər imkanların yaradılması, peşə təhsilinin milli və dünya təhsil sisteminin, elmin, iqtisadiyyatın nailiyyətləri, ailə və ictimai tərbiyənin məqsədyönlü inteqrasiyası əsasında təşkili, bu sahədə fasiləsiz öyrənmənin, varisliyin və mobilliyin təmin olunması, peşə təhsilinin müasir standartlara, habelə şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu kimi dövlət siyasətinin əsas prinsipləri müəyyən olunur. Sənəddə, eyni zamanda, stimullaşdırıcı tədbirlərin tətbiqi, məlumat bazasının yaradılması, nəticələrə əsaslanan maliyyələşdirmə sisteminin və əmək bazarında rəqabətədavamlı əməkhaqqı sisteminin yaradılması, sağlamlıq imkanı məhdud olan şəxslərin inklüziv təhsilinin təşkili, məqsədli peşə inkişafı proqramlarının hazırlanması kimi dövlət siyasətinin əsas istiqamətləri ehtiva edilir.
Qanuna əsasən peşə təhsilinə dair normativ hüquqi aktların qəbulu, təhsil standartlarının və proqramların hazırlanması üçün sahibkarlar, sahə və peşə assosiasiyaları ilə əməkdaşlıq, dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alanların təhsil haqlarının müəyyən edilməsi, peşə təhsilinin qeyri-dövlət sektorunun dəstəklənməsi, peşə təhsili müəssisələrinin fəaliyyətinə lisenziyanın verilməsi, onun ləğvi kimi məsələlərin dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulub.
İclasda çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev, deputatlar Bəxtiyar Əliyev, Asim Mollazadə, Şəmsəddin Hacıyev, Sona Əliyeva, Musa Qasımlı qanun layihəsini təhsil sahəsində aparılan islahatlar çərçivəsində mühüm addım kimi dəyərləndiriblər. Bildirilib ki, sənəd, eyni zamanda, gənclərin peşə təhsilinə marağının artırılması istiqamətində önəmli rol oynayacaq. Bu gün dinamik inkişaf edən ölkəmizdə yeni sahələr yaradılır, müasir texnologiyalar tətbiq edilir və bununla bağlı müxtəlif peşələrə ehtiyac duyulur. Bu baxımdan da yeni qanun peşə təhsilinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Müzakirələrin sonunda “Peşə təhsili haqqında” qanun layihəsi səsləndirilən fikirlər nəzərə alınmaqla Milli Məclisin plenar sessiyasında birinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18

