Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin uzadılması kimlərə və niyə sərf edir?
15.11.2017 [10:20]
“Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin zahiri tərəfinə nəzər yetirsək görərik ki, bu məsələ haqqında çox danışılır, çoxsaylı səfərlər olur, görüşlər keçirilir, söyləmək olar ki, ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirməklə məşğuldur, amma fəaliyyətin nəticəsinə qiymət versək, əlbəttə ki, bunu qənaətbəxş hesab etmək olmaz”.
Bunu “Trend”-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, əgər münaqişənin həlli istiqamətində konkret nəticə yoxdursa, təbii ki, Azərbaycan Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazıdır: “Ona görə də hər zaman mövqeyimizi açıq şəkildə ifadə edirik. Məhz bu səbəbdən də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndəliyi qurumun Daimi Şurasında öz mövqeyini kəskin şəkildə bir daha ortaya qoyub”.
Vitse-spiker vurğulayıb ki, istər İraqdakı kürd muxtariyyəti, istərsə də Kataloniyada baş verən hadisələrdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aktuallığı bir daha diqqət çəkir: “Ümumiyyətlə, 25 ildən artıq bu prosesi uzatmaq kimlərə və niyə sərf edir?! Hesab edirəm ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndəliyi haqlı olaraq kəskin mövqeyini ortaya qoyaraq, Minsk qrupunun həmsədrlərindən dəyişiklik tələb etməkdə haqlıdır. Nəzərə alsaq ki, həmsədrlər bu yaxınlarda bölgədə səfərdə olublar, prezidentlərin görüşünü keçiriblər və xarici işlər nazirlərinin növbəti görüşünü hazırlayırlar, hesab edirəm ki, Kataloniyada və kürd muxtariyyəti ilə bağlı son hadisələr bu görüşlərin məzmununda müəyyən dəyişikliyə səbəb olmalıdır. Münaqişənin həllinə ikili standartlarla yanaşmağa son qoyulmalı və separatizmin hansı ölkədə baş verməsindən asılı olmayaraq, münasibətlər beynəlxalq hüququn prinsipləri çərçivəsində göstərilməlidir. Dəyişiklik dedikdə, Azərbaycan bu istiqamətdə dəyişiklikləri nəzərdə tutur”.
Qeyd edək ki, ATƏT-in Daimi Şurasının 1163-cü iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyanat verib. Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması məqsədi ilə əməli addımların atılmasını gözlədiyi qeyd olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58

