/ / Siyavuş Novruzov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadiyyatımızı gücləndirəcək, turizmin inkişafına təkan verəcək
Siyavuş Novruzov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadiyyatımızı gücləndirəcək, turizmin inkişafına təkan verəcək
01.11.2017 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qlobal layihələrin uğurla həyata keçirilməsi istiqamətində qətiyyətli siyasət yürüdür. Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi bunun daha bir bariz nümunəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, bu, çox böyük layihədir, Avropa İttifaqına daxil olan ölkələrin heç birində bu cür layihələr hələ həyata keçirilməyib. Azərbaycanın Avropa İttifaqının üzvü olmamasına baxmayaraq, bu cür qlobal layihələrdə fəal şəkildə iştirak edir və onu reallaşdırır. Bu da Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artmasına mühüm təsir göstərir. Azərbaycan artıq dünyada öz sözünə əməl edən bir dövlət kimi tanınır.
Milli Məclisin komitə sədri qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması həm iqtisadi, həm də siyasi cəhətdən çox əhəmiyyətlidir. Siyasi cəhəti iqtisadi cəhətindən daha çoxdur. Bu layihənin reallaşması qədim İpək Yolunun bərpasıdır. Bu, Çindən başlayaraq Avropaya qədər gedən yoldur. Həmçinin Orta Asiya ölkələrinin həmin layihəyə qoşulmasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Digər tərəfdən, bu, həm təhlükəsizlik baxımından, həm də müstəqilliyin qarantı baxımından çox vacib layihələrdən biridir. Ermənistanın bu layihəyə qoşulmaması bir daha onun çökməsinə və yaşadığı iqtisadi böhranın daha da dərinləşməsinə gətirib çıxaracaq. Çünki Ermənistanın ətrafında olan bütün dövlətlər bu layihədə iştirak edir və bundan istifadə edirlər. Burada həm yüklərin, həm də insanların daşınması ölkəmizə kifayət qədər vəsait gətirəcək, o cümlədən turizmin inkişafına da təkan verəcək. Turistlər Azərbaycanın infrastrukturundan istifadə edəcəklər. Bununla da müəyyən vəsait Azərbaycana sərf olunacaq ki, bu da bizim iqtisadiyyatımızın inkişafına öz töhfəsini verəcək.
“Bakı-Tbilisi-Qars dəmir yolu qlobal bir layihədir. Bu, Azərbaycanın daha bir böyük uğurudur. Bu münasibətlə dövlətimizi və xalqımızı təbrik edirəm”, - deyə S.Novruzov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10

