Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rasim Musabəyov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti geosiyasi cəhətdən çox əhəmiyyətlidir

Rasim Musabəyov: Bakı-Tbilisi-Qars dəmir yolu xətti geosiyasi cəhətdən çox əhəmiyyətlidir

01.11.2017 [10:21]

Bakı-Tbilisi-Qars dəmir yolu xətti geosiyasi cəhətdən çox əhəmiyyətlidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Rasim Musabəyov bildirib ki, Cənubi Qafqaz regionu geostrateji körpü rolunu oynayır. Qara dəniz və Xəzər dənizi hövzələri arasında, Şərq və Qərb arasında bu rolu həyata keçirmək üçün müəyyən kommunikasiyalara ehtiyac var. Azərbaycan bu kommunikasiyaların çəkilməsində aparıcı rol oynayır. Bunlara misal kimi, Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini, “Cənub Qaz Dəhlizi” layihəsini və nəhayət, Bakı-Tbilisi-Qars dəmir yolunu xüsusi qeyd etmək olar. Bu layihələrin gerçəkləşməsi Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyətini artırır. Bütün bu layihələrin arxasında Azərbaycan dayanır. Bu layihələr məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşir. Bununla da Azərbaycanın strateji əhəmiyyəti daha da artır.

Paylaş:
Baxılıb: 517 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30