/ / Elçin Mirzəbəyli: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir
Elçin Mirzəbəyli: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir
01.11.2017 [10:17]
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi Azərbaycanın tarixi uğuru olmaqla yanaşı, regional və qlobal nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və təhlükəsizliyi baxımından da olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli bildirib.
Elçin Mirzəbəyli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ən önəmli cəhəti qlobal nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi və çoxfunksiyalılığıdır. Məhz bu amil Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istər Cənub-Qərb, istərsə də Şimal-Cənub və digər transmilli nəqliyyat dəhlizləri üçün cazibədarlığını və önəmini artırır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yer aldığı nəqliyyat dəhlizlərinə münasibətdə nəqliyyat dəhlizləri ilə bağlı klassik siniflərə bölmə ənənəsi də öz əhəmiyyətini itirir. Çünki BTQ-nin mühüm və əvəzedilməz ötürücü funksiyasını yerinə yetirdiyi nəqliyyat dəhlizləri Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə gerçəkləşən bu layihə sayəsində həm lenbric, həm minibric, həm də mikrobric funksiyasını yerinə yetirmək kimi çoxfunksiyalı imkanlar əldə edirlər. Yəni, quru daşımaları öz yerini su yolu ilə daşımalara verir. Və yaxud əksinə...
Elçin Mirzəbəyli qeyd edib ki, bütün dövrlərdə olduğu kimi, bu gün də nəqliyyat istənilən ölkənin, bütövlükdə isə dünyanın ağırlıq mərkəzidir. Geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik amilinə çevrilirlər.
Məhz bu baxımdan da nəqliyyat dəhlizlərinə yatırılan sərmayələrin miqdarı ildən-ilə artır. İqtisadi Əməkdaşlıq Təşkilatının ekspertlərinin hesablamalarına görə, 2030-cu ilədək ümumdünya nəqliyyat sisteminə yatırılacaq vəsaitlərin miqdarı 11 trilyon dollar təşkil edəcək. Bunun 5 trilyonu isə dəmir yollarının payına düşəcək. Yerdə qalan 6 trilyon dollar avtomobil yollarının, logistik mərkəzlərin və limanların inşasına sərf olunacaq.
Hazırda yük daşınmalarının 62 faizi su nəqliyyatının payına düşsə də, dəmir yollarının inşasına yatırılması nəzərdə tutulan vəsait üstünlük təşkil edir. Bu isə beynəlxalq nəqliyyat dəhlizləri sistemində dəmir yolunun çəkisinin getdikcə daha da artacağını göstərir. Bu müstəvidə, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin nə qədər strateji önəm daşıdığını söyləsək, düşünürəm ki, mübaliğəli görünməz.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən digər layihələr kimi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti də ölkəmizlə yanaşı, digər region dövlətlərinin - Türkiyə və Gürcüstanın da geosiyasi önəmini artırır, eyni zamanda, Mərkəzi Asiya ölkələrinin yalnız bir geosiyasi qütbdən asılı olmamalarına, real və təhlükəsiz alternativlər əldə etmələrinə imkan verir.
Əgər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası ilə bağlı ilkin ideyaların səsləndirildiyi, müzakirələrin aparıldığı və layihənin həyata keçirilməsi ilə bağlı real addımların atıldığı zaman kəsiyinə diqqət etsək, bu müddət ərzində regionda və dünyada mühüm geosiyasi, geoiqtisadi dəyişikliklərin, qlobal maliyyə böhranlarının, kəskin qarşıdurmaların baş verdiyini nəzərə alsaq, Azərbaycanın bu layihənin həyata keçirilməsi üçün nə qədər böyük güc və enerji sərf etdiyini müəyyənləşdirə bilərik. Mübaliğəsiz şəkildə deyə bilərik ki, layihənin reallığa çevrilməsi məhz Azərbaycan Prezidentinin siyasi iradəsi, qətiyyətli mövqeyi və böyük əməyi sayəsində mümkün olub.
Siyasi şərhçi vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan dövlətinin gələcək nəsillərə daha bir töhfəsidir. BTQ Azərbaycanın gələcəyinə yatırılan dəmir sərmayədir. Çünki qlobal əhəmiyyət daşıyan nəqliyyat və kommunikasiya sistemləri və bu sistemləri qoynuna almış coğrafi mövqe daimidir. Azərbaycanın nəqliyyat dəhlizləri layihələrinə xüsusi önəm verməsi, bu prosesdə əksər hallarda təşəbbüsçü və birləşdirici amil kimi çıxış etməsi də məhz buradan qaynaqlanır.
Xəbər lenti
Hamısına baxHadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05

