Bolqarıstanın vitse-prezidenti Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb
01.11.2017 [10:15]
AZƏRTAC Dünya Xəbər Agentliklərinin VI Konqresinin Sofiyada uğurla keçirilməsi üçün BTA agentliyinə lazımi dəstək göstərəcək
Bolqarıstanın vitse-prezidenti İliana Yotova Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə 2019-cu ildə Sofiyada keçiriləcək Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıq, müasir medianın cəmiyyətdə rolu, yalan xəbərlərlə mübarizə kimi məsələlər diqqət mərkəzində olub. “Mən çox istərdim ki, media qabaqcıl, qərəzsiz və obyektiv olsun. İndiki dövrdə həqiqəti əks etdirən xəbərlərə böyük ehtiyac var. Yalan xəbərlər bütün cəmiyyətə, iqtisadiyyata, sosial həyata mənfi təsir göstərə bilər”, - deyə İliana Yotova qeyd edib.
O bildirib ki, Dünya Xəbər Agentlikləri Konqresi media sahəsində əlamətdar hadisələrdən biridir və Bolqarıstan hökumətinin diqqətindədir.
BTA agentliyinin baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Maksim Minçev 2019-cu ildə Sofiyada keçiriləcək VI Konqres haqqında məlumat verib, bu böyük media tədbirində dünyanın hər yerindən informasiya agentliklərinin iştirak edəcəyini deyib.
AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov bildirib ki, V Konqres ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC tərəfindən Bakıda təşkil edilib. O, AZƏRTAC-ın VI Konqresin Sofiyada uğurla keçirilməsi üçün BTA agentliyinə lazımi dəstək göstərəcəyini vurğulayıb.
Eyni zamanda, baş direktor qeyd edib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq getdikcə genişlənir. Bolqarıstan Prezidenti Rumen Radevin Bakıya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü, dövlət başçılarının səsləndirdiyi bəyanatlar ikitərəfli əlaqələrin daha da möhkəmləndiyini göstərir.
Görüşdə, həmçinin jurnalistlərin təhlükəsizliyi, müəllif hüquqları, sosial media ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, oktyabrın 30-da Sofiyada Dünya Xəbər Agentlikləri Konqresinin növbəti Şura iclası keçirilib. İclasda VI Konqresə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

