Siyavuş Novruzov: Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malik layihədir
31.10.2017 [09:59]
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu həm iqtisadi, həm də siyasi baxımdan çox əhəmiyyətli bir layihədir.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, BTQ beynəlxalq əhəmiyyətli bir layihədir: “Bunun siyasi və beynəlxalq əhəmiyyəti iqtisadi əhəmiyyətindən daha böyükdür. Yəni iqtisadi baxımdan başqa sahələrdən də ölkə üçün gəlir əldə etmək olur. Amma siyasi və beynəlxalq baxımdan bu layihə çox mühüm bir addımdır. BTQ-nin açılış mərasimində də Orta Asiya ölkələrinin iştirakı onu göstərir ki, bu, tarixi əhəmiyyətə malik bir layihədir. Bu layihənin müəllifi Ümummilli lider Heydər Əliyevdir. İstər Bakı-Tbilisi-Ceyhan layihəsi, istər Cənub Qaz Dəhlizi və digər layihələrin müəllifi Ümummilli lider Heydər Əliyevdir və Onun uzaqgörən siyasəti nəticəsində bu addımlar atılıb və Prezident İlham Əliyevin iradəsi nəticəsində bu layihələr reallaşıb”.
Deputat əlavə edib ki, BTQ layihəsi region ölkələrinin birliyi, təhlükəsizliyi və əməkdaşlığına xidmət edən mühüm bir addımdır: “Hesab edirəm ki, keçmiş sovet məkanından da bu layihələrə qoşulanlar olacaq. Bu dəmir yolunun iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Həm yük, həm də sərnişin daşımaları ilə bağlı ölkəmiz gəlir əldə edəcək. Bu layihə həmçinin turizm potensialının genişlənməsinə xidmət edəcək”.
S.Novruzov hesab edir ki, BTQ-nin açılışından sonra Azərbaycanı istəməyən qüvvələr tərəfindən müəyyən qarayaxma, böhtan kampaniyasının da olacağı, o cümlədən Azərbaycan daxilində olan müxalifətin bu kampaniyaya qoşulacağı gözlənilir: “Bu layihənin açılış mərasiminə bir neçə gün qalmış mitinqin keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu qədər böyük iş görür, Ermənistanı tamamilə blokadaya alır, ancaq müxalifət erməni lobbisinin təhriki ilə müxtəlif şüarlar altında mitinq keçirir. Amma buna baxmayaraq, ölkə Prezidentinin cəsarəti, iradəsi və ölkə başçısı ilə xalqın birliyi gələcəkdə də bu cür layihələrin həyata keçirilməsinə dəstək verəcək”.
Deputat vurğulayıb ki, BTQ Avropa İttifaqı ilə sazişin yenilənməsi ərəfəsində açılıb: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Avropanın diqqətini cəlb edən ən mühüm layihələrdən biridir”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

