Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yaxşı təcrübə platformasıdır
31.10.2017 [09:56]
Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Sofiyada keçirilən növbəti iclasında 6-cı Konqresə hazırlıq məsələləri müzakirə olunub
Oktyabrın 30-da Bolqarıstanın BTA agentliyinin təşkilatçılığı ilə Sofiyada Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası olub. İclasda 2019-cu ildə Sofiya şəhərində keçiriləcək Dünya Xəbər Agentliklərinin 6-cı Konqresinə hazırlıq məsələləri müzakirə olunub, təşkilati işlərə baxılıb.
İclasda Şuranın üzvü olan AZƏRTAC, Böyük Britaniyanın Press Association, ABŞ-ın Associated Press, Rusiyanın TASS, İspaniyanın EFE, Bolqarıstanın BTA agentliklərinin rəhbərləri və nümayəndələri, həmçinin Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) və Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibləri iştirak ediblər.
AZƏRTAC-ın baş direktoru, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov iclasda məruzə edərək təşkilatın təkmilləşdirilməsinin, onun nizamnaməsində dəyişikliklər olunmasının, BMT və YUNESKO-da qeydiyyatdan keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, təşkilat üzv agentliklər arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində fəaliyyətini gücləndirməlidir. Eyni zamanda, Dünya Xəbər Agentliklərinin ötən ilin noyabrında Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən 5-ci Konqresinin yaxşı təcrübə platformasına çevrildiyi diqqətə çatdırılıb.
İclasda Şuranın sədri Klayv Marşal, Konqresin baş katibi Maksim Minçev, FANA-nın baş katibi Fərid Əyyar və başqaları təşkilatın fəaliyyəti ilə əlaqədar görülən işlər barədə məlumat verib, 6-cı Konqreslə bağlı fikirlərini bölüşüblər.
Şura üzvləri TASS-ın təklifi ilə növbəti iclasın 2018-ci ildə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilməsini qərara alıblar.
Xatırladaq ki, Dünya Xəbər Agentliklərinin 5-ci Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçirilib. Hazırda AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinin sədridir. 2019-cu ildə sədrlik AZƏRTAC-dan Bolqarıstanın BTA agentliyinə keçəcək.
Xəbər lenti
Hamısına baxElm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32

