Rusiyanın işğalçı Ermənistanın hərbi potensialını gücləndirməyə çalışması yolverilməzdir
17.10.2017 [10:17]
ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın təcavüzkar ölkəni ruhlandıran bu addımı onun bitərəflik tələbinə əməl etmədiyini və beynəlxalq hüquq normalarını pozduğunu göstərir
Azərbaycanın xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Təsadüfi deyil ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər.
Digər tərəfdən, Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı zəruri qətnamələr qəbul edilib. Lakin Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə mane olmağa çalışır. Üstəlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Ermənistanın işğalçı siyasətinə qarşı loyal münasibət sərgiləməsi, hətta bəzi hallarda işğalçını dəstəkləməsi təcavüzkar ölkəni ruhlandırır. Məhz Rusiyanın Ermənistanı müasir silahlarla təchiz etməsi, təcavüzkar və işğalçı dövlətin hərbi potensialını gücləndirməyə çalışması da bu qəbildən olan nümunələr sırasındadır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Həmin vəsaitə Ermənistan “Smerç” reaktiv sistemləri, “İqla-S” zenit raket kompleksləri, “Avtobaza-M” radiotexniki kəşfiyyat kompleksləri, TOC-1A “Solnsepyok” ağır odsaçan sistemləri və digər sursatlar alacaq.
Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində faəliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu addımı yolverilməzdir. Çünki bununla Rusiya öz öhdəliklərini pozur, münaqişə tərəflərinin birinə hərtərəfli yardım göstərməklə bitərəflik tələbinə əməl etmədiyini açıq göstərir. Bu, həm də beynəlxalq hüquq normalarına zidd olmaqla Ermənistanın maraqlarına xidmət etmək, işğalçını qeyri-konstruktiv mövqedən çıxış etməyə həvəsləndirmək deməkdir.
Eyni zamanda, bu addım strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin mahiyyətinə - ruhuna ziddir. Ümumiyyətlə, son zamanlar Rusiya ölkəmizlə olan dostluq və tərəfdaşlıq münasibətlərinin mahiyyətinə zidd olan anlaşılmaz addımlar atır. Belə hallar ÜAK-ın fəaliyyətinin dayandırılmasında, bu ölkənin Xarici İşlər Nazirliyinin ziddiyyətli bəyanatlarında daha çox özünü göstərir.
O da qeyd edilməlidir ki, Rusiyanın Ermənistanı silahlandırması regional təhlükəsizliyə qarşı ciddi təhdidlər yaradır və gərginliyin artmasına səbəb olur. Çünki işğalçı Ermənistanın təcavüzkar mövqeyinin güclənməsi sabitlik və təhlükəsizliyi aşkar şəkildə təhdid edir. Regionda təhlükəsizliyin təmin olunması məhz Ermənistanın təcavüzkar siyasətinə son qoyulması və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü, yəni beynəlxalq hüquq normaları əsasında həll olunmasından asılıdır. Bu, Rusiya tərəfindən birmənalı şəkildə nəzərə alınmalıdır. Eyni zamanda, bu, Rusiyanın özünün strateji maraqlarına və təhlükəsizliyinə uyğundur.
Bütövlükdə isə, Azərbaycan dövləti və ictimaiyyətinin Rusiyadan gözləntisi konkretdir. Bu ölkə işğalçı Ermənistana yardımlarını dayandırmalıdır və ATƏT-in Minsk qrupunun həmsədri kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24

