“Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimatı olub
13.10.2017 [10:17]
Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Müsəlman ermənilər. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, SAM-ın daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun müəllifi olduğu etnosiyasi oçerklər toplusunun təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli çıxış edərək, maraq doğuran bir sıra məsələlərə diqqət çəkib. Bildirib ki, yeni minillik informasiya dövrüdür. Bu dövrdə mübarizənin artıq yeni formaları yaranıb. Azərbaycan Ermənistanla müharibə şəraitində olduğu üçün bu mübarizədə də fəallıq nümayiş etdirir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, informasiya mübarizəsinin əsas məqsədi düşmənə daxildən zərbə vurmaqdır. Azərbaycan bu istiqamətdə səyləri daha da artırmalıdır. Çünki ölkəmizin inkişafını gözü götürməyən qüvvələr, xüsusən də düşmən Ermənistan Azərbaycana qarşı daim yalan və iftiralarla dolu informasiyalar yayır və əlbəttə ki, layiqli cavablarını alırlar.
Ərəstü Həbibbəyli təqdim olunan kitabın informasiya mübarizəsində, erməni yalanlarının ifşasında çox dəyərli mənbə olduğunu bildirib. Əlavə edib ki, kitabda “Soros Fondu”nun ermənilərə dəstəyi peşəkarlıqla ifşa olunub.
Milli Məclisin deputatı, professor Musa Qasımlı, kitabın elmi məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, tarix üzrə elmlər doktoru, professor Məhəbbət Paşayeva və müəllif özü çıxış edərək bildiriblər ki, əsaslı tədqiqatlar nəticəsində ərsəyə gələn bu sanballı əsərdə elmi əsaslarla, tarixi sənədlərlə ortaya qoyulan həqiqətlər erməni yalanları ilə mübarizədə vacib mənbədir. Ermənilər ölkəmiz və xalqımız haqqında dünyaya yanlış məlumatlar çatdırmağa çalışırlar. Buna görə də qarşımızda çox mühüm vəzifə - erməni yalanlarını ifşa edərək əsl həqiqətləri dünyaya çatdırmaq dayanır. Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı” tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarına xidmət edən yeni iştirakçılardan - müsəlman ermənilərdən və “erməni” kimi təqdim etdikləri həmşinlilərdən istifadə cəhdlərindən bəhs olunur. Diqqətə çatdırılıb ki, tədqiqat işi yeni bir sahəni əhatə edir. Kitabda əksini tapmış süni etnosiyasi problemlər, Ermənistanın və bəzi dövlətlərin Azərbaycanın, Türkiyənin, Gürcüstanın ərazi bütövlüyünə, etnik və dini sabitliyinə qarşı yönəldilmiş təhdidləri barədə məlumat verilir. Əsər belə mənfi halların qarşısının alınması üçün məqsədyönlü təbliğat işində böyük əhəmiyyətə malikdir. Vurğulanıb ki, ermənilərin Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdikləri məkrli siyasət, soyqırımları, xəyanət və təcavüz barəsində məlumatların dünya ictimaiyyətinə çatdırılmasında da bu kitabın mühüm əhəmiyyəti var.
Tədbir müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxSiyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50

