/ / Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri ölkəmizi daha da gücləndirir
Azərbaycanın iştirak etdiyi və təşəbbüskarı olduğu qlobal enerji və nəqliyyat layihələri ölkəmizi daha da gücləndirir
13.10.2017 [10:09]
Prezident İlham Əliyev: Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib
Yerləşdiyi coğrafiyanın lider dövləti, əsas geosiyasi aktoru olan müstəqil Azərbaycan regionda bir sıra qlobal əhəmiyyət daşıyan layihələrin təşəbbüskarı və moderatoru rolunda çıxış edib. Bu sırada enerji layihələrini xüsusi qeyd etmək lazımdır. Ərsəyə gəlməsində ölkəmizin həm siyasi dəstək, həm də investisiya təminatı baxımından mühüm rol oynadığı “Əsrin kontraktı” layihəsi çərçivəsində bütün öhdəliklər yüksək səviyyədə yerinə yetirilir, həmçinin Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kəmərləri uğurla istismar olunur.
Respublikamız, eyni zamanda, əlverişli coğrafi mövqeyinə əsaslanaraq özünün tranzit imkanlarından maksimum dərəcədə faydalanmaq istəyir və bu məqsədlə regionda yeni nəqliyyat dəhlizlərinin yaradılmasında fəal iştirak edir. Bu məqsədlə respublikamızın ərazisində müasir yol-nəqliyyat və logistika infrastrukturu qurulur. Azərbaycan indiyədək istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərinin yaradılması, o cümlədən də qədim İpək Yolunun bərpası istiqamətində üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Oktyabrın 9-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində dövlət başçısı regionda Azərbaycanın yaxından iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələrinin önəminə diqqət çəkərək vurğulayıb: “Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir. Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi, biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik”.
“Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni Saziş Azərbaycan üçün daha sərfəli şərtlərlə imzalanıb
Bu gün müstəqil Azərbaycanın müasir reallıqlarının yaranmasında Ulu öndər Heydər Əliyevin çox böyük uzaqgörənliyi, müdrikliyi və cəsarəti sayəsində 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin kontraktı”nın müstəsna rolu vardır. “Əsrin kontraktı”nın imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb. Ölkəmizdə neft-qaz sənayesinin “Əsrin kontraktı” ilə başlayan sürətli inkişafı milli iqtisadiyyatımızın və bütövlükdə, ölkənin inkişafının əsas mənbəyi rolunda çıxış edib. Ötən 23 il ərzində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından 436 milyon ton neft hasil edilib. Neft gəlirlərindən səmərəli istifadə edilməsi sayəsində respublikamızda bütün sahələrdə müsbət reallıqlar yaranıb. “Əsrin kontraktı” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması sayəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, ölkəmiz xarici partnyorlarla uğurlu və kifayət qədər səmərəli əməkdaşlıq modelinə malikdir. Əlamətdar haldır ki, bu gün SOCAR beynəlxalq səviyyəli şirkətə çevrilib. “Əsrin kontraktı” və digər kontraktlar çərçivəsində ölkəmizə gələn neft gəlirləri gələcək inkişaf baxımından prioritet sayılan sahələrə, o cümlədən də iqtisadiyyatın diversifikasiya edilməsinə, ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna istiqamətləndirilməsinə yönəldilir ki, bütün bunlar da son nəticədə respublikanın dinamik sosial-iqtisadi inkişafında öz əksini tapır.
Cari il sentyabrın 14-də isə müstəqil Azərbaycanın həyatında daha bir əlamətdar hadisə baş verib. Həmin tarixdə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Onu da qeyd edək ki, “Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Sözügedən Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın.
Əvvəla, yeni Sazişin imzalanması tərəfdaşları arasında ölkəmizə qarşı böyük inam formalaşdığını təsdiqləyir. “Əsrin kontraktı”nın icra müddəti tamamlandıqdan sonra tərəfdaşların bir-birləri qarşısında hər hansı öhdəlikləri qalmayacaqdı və onlar yeni partnyorlar, yeni əməkdaşlıq məkanları tapmaqda sərbəst olacaqdılar. Lakin Azərbaycana olan inam BP və digər şirkətləri respublikamızla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra daha da irəli aparmağa sövq edib. BP-nin respublikamızla əməkdaşlığının 23 illik tarixi var. Bu şirkət ölkəmizdə reallaşdırılan “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, “Cənub Qaz Dəhlizi” kimi enerji layihələrində əsas investor kimi iştirak edib. Uzun illər ərzində yaranan qarşılıqlı inam yeni Sazişin imzalanması üçün də fundamental amil rolunda çıxış edib.
Yeni Saziş çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Sadalanan parametrlər yeni Sazişin əsas şərtləridir. Deyilənlərdən də göründüyü kimi, Azərbaycanın gələcək inkişafı baxımından bəhs olunan Sazişin böyük önəmi var. Yeni müqavilənin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev bildirib ki, “Əsrin kontraktı”nın uzadılması, yeni kontraktın imzalanması tarixi hadisədir. Dövlət başçısı vurğulayıb ki, yeni Saziş respublikamız üçün daha əlverişli şərtlərlə imzalanıb: “Bu il neft-qaz sektorunda çox əlamətdar hadisələr baş verib. Xüsusilə, neft sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt bizim üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Baxmayaraq ki, “Əsrin kontraktı” da Azərbaycana çox böyük faydalar gətirdi. O vaxt üçün mümkün qədər ən gözəl şərtlər təmin edilmişdir. Ancaq indiki şərtlər bizim üçün daha əlverişlidir, daha da yaxşıdır”.
“Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra olunur
Hazırda Azərbaycanın fəal iştirakı ilə daha bir qlobal layihə - “Cənub Qaz Dəhlizi” icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan “Cənub Qaz Dəhlizi” 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. “Cənub Qaz Dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Layihənin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Yeni enerji dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. “Cənub Qaz Dəhlizi” layihəsi dörd hissədən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir.
Azərbaycanın təşəbbüskarı olduğu “Cənub Qaz Dəhlizi” layihəsinin region dövlətlərinin və Avropa İttifaqı məkanı ölkələrinin enerji təhlükəsizliyi baxımından strateji önəmi son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslər, meydana çıxan yeni reallıqlar fonunda xüsusilə diqqəti cəlb edir. Yeni qaz dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həyata keçirilən bu layihə Avropa ölkələrinə özlərinin qaz tədarükü mənbələrini şaxələndirmələrinə imkan verəcək. Qeyd edək ki, bir sıra hallarda enerji marşrutlarından istehsalçı və istehlakçı tərəflərə yönəlmiş təzyiq vasitəsi qismində istifadə olunmasının günümüzün reallığına çevrildiyi indiki dövrdə bu amil ölkələrin təhlükəsizliyi baxımından olduqca vacibdir
Artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya “Cənub Qaz Dəhlizi”nin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində tərəfdaşlar sırasına qoşulacaq.
Azərbaycanın enerji sektorunda əvvəlki layihələrlə təməli qoyulan uğurlu beynəlxalq əməkdaşlığı “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də inamla davam etdirilir. 2012-ci ildə İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında “Cənub Qaz Dəhlizi”nin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinə (TANAP) dair tarixi müqavilə imzalanıb. 2015-ci ilin mart ayında Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Layihə çərçivəsində nəzərdə tutulan işlər koordinasiya olunmuş beynəlxalq əməkdaşlıq sayəsində müxtəlif ölkələrdə həyata keçirilir. Ayrı-ayrı dövlətlər, müxtəlif transmilli şirkətlər və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi “Cənub Qaz Dəhlizi”nin uğurla həyata keçirilməsini şərtləndirən əsas amillər qismində çıxış edir. Layihənin reallaşdırılmasına beynəlxalq komandanın bütün üzvləri tərəfindən güclü siyasi iradə göstərilir. Prezident İlham Əliyev layihə çərçivəsində işlərin yaxşı getməsindən məmnunluğunu ifadə edərək deyib: “Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu istiqamətdə də işlər yaxşı gedir. “Şahdəniz-2” layihəsinin icrası 96 faiz səviyyəsindədir. Cənubi Qafqaz kəməri, hansı ki, qazımızı Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində icra edilibdir. TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilibdir. Bu rəqəmlər əslində göstərir ki, kontraktın uğurlu icrası təmin edilir”.
Respublikamızın fəal iştirakı ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi başa çatıb
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan müasir yol-nəqliyyat-logistika infrastrukturu yaratmaqla özünün tranzit imkanlarını genişləndirməyi hədəfləyib. Son illərdə istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizləri üzrə reallaşdırılan yeni layihələr də məhz bu strateji məqsədə xidmət edir. Deyilənlər baxımından respublikamızın təşəbbüsü ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin obrazlı şəkildə dəmir ipək yolu adlandırılması təsadüfi deyil. Yeni dəmir yolu xəttinin, həmçinin Bosfor boğazında dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edəcək. Yeni nəqliyyat dəhlizi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına təkan verəcək. İqtisadi baxımdan səmərəli, dayanıqlı, təhlükəsiz və ekoloji normalara tam uyğun olan bu dəmir yolu bağlantısı regionda nəqliyyatın inkişafında yeni mərhələnin başlanması deməkdir. Bəhs olunan dəmir yolu multimodal nəqliyyat imkanlarını genişləndirəcək, eləcə də sərnişin və yük daşımalarının həcminin artmasını təmin edəcək.
İndiyədək yeni nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində respublikamızda böyük iş həcmi yerinə yetirilib. Belə ki, Azərbaycan dəmir yolunun Bakı-Gürcüstan sərhədi istiqamətində 347 kilometri yenidən qurulub, Kür çayı üzərində ikinci yeni Poylu körpüsü inşa edilib və ikiistiqamətli hərəkət təmin olunub. Əsaslı təmir edilən xətlərdə maksimal sürətin saatda 140 kilometrə çatdırılması nəzərdə tutulur. Qonşu Gürcüstanın və Türkiyənin ərazisində də yeni dəmir yolunun tikintisi ilə bağlı işlər uğurla aparılıb. Prezident İlham Əliyev yeni dəmir yolu xəttinin inşasının artıq tamamlandığını məmnuniyyətlə diqqətə çatdıraraq vurğulayıb: “Digər vacib olan sahələrdə də yaxşı nəticələr var. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, demək olar ki, başa çatıb. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir”.
Azərbaycanın siyasi çəkisi, regional müstəvidə rolu getdikcə artır
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət, o cümlədən də qlobal miqyaslı layihələrin uğurla reallaşdırılması respublikamıza həm siyasi, həm də iqtisadi cəhətdən böyük dividendlər qazandırır. Hazırda müstəqil Azərbaycan bütün dünya miqyasında qlobal əməkdaşlığın dərinləşməsinə çalışan, buna öz dəyərli töhfələrini verən, eyni zamanda, milli maraqlarının keşiyində qətiyyətlə dayanan, müstəqil siyasət həyata keçirən dövlət kimi tanınır. Ölkəmizin öz siyasətində davamlı olaraq milli və qlobal maraqlardan çıxış etməsi, bu iki fundamental məqamı uğurla uzlaşdırması beynəlxalq miqyasda respublikamıza böyük hörmət və inam qazandırıb. Azərbaycanın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi deyilənləri əyani şəkildə təsdiqləyir.
O cümlədən Azərbaycan qlobal xarakterli enerji və nəqliyyat layihələrinin reallaşdırılmasında da bütün iştirakçı tərəflərin maraqlarının qorunmasının və nəzərə alınmasının tərəfdarıdır. Ölkəmiz zəngin enerji resurslarına, geniş tranzit imkanlarına malik olmasını heç vaxt özünün üstünlüyü kimi şərt qismində təqdim etmir. Respublikamız o mövqedən çıxış edir ki, enerji amili və digər üstünlüklər heç vaxt qarşı tərəfə təzyiq vasitəsinə çevrilməməlidir.
Belə konstruktiv mövqe sərgiləməsi regionda qlobal xarakterli layihələrin icrasına cəlb olunan transmilli şirkətlərdə və tərəfdaş ölkələrdə ölkəmizə qarşı böyük inam formalaşdırıb. Hazırda ölkəmizin mövqeyi o dərəcədə möhkəmlənib, siyasi çəkisi o səviyyədə artıb ki, regionda hər hansı irimiqyaslı layihəni və yaxud siyasi təşəbbüsü Azərbaycanın iştirakı olmadan reallaşdırmaq mümkün deyil. Prezident İlham Əliyev əminliyini ifadə edərək vurğulayıb ki, gələcəkdə ölkəmizin qüdrəti daha da artacaq: “Bu gün bizim iştirakımız olmadan bu regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan bu gün dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib. Əlbəttə ki, bu, bizim hamımızı çox sevindirir. Növbəti illərdə ölkəmizin qüdrəti daha da artacaq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

