Avstriya, Polşa və Makedoniya ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna qoşulub
05.10.2017 [10:10]
Beləliklə, qrupa üzv ölkələrin sayı 20-yə çatıb
Oktyabrın 4-də Andorrada ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun ilk iclası keçirilib.
Bu barədə AZƏRTAC-a qrupun katibi Mirkamal Əlizadə məlumat verib.
İclası açan qrupun rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, bu il iyulun 8-də Minskdə keçirilən təsis yığıncağından sonra görülən işlərlə bağlı məlumat verib. Üzv ölkələr İpək Yoluna Dəstək Qrupunun Əsasnaməsinə əlavə və dəyişikliyin yalnız konsensus yolu ilə edilməsi haqqında razılığa gəliblər. Bundan başqa, Avstriya, Polşa və Makedoniyanın ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupuna üzvlüyü haqqında müraciətlərinə baxılıb və yekdilliklə həmin ölkələr qrupun üzvlüyünə qəbul edilib.
İclasda Azərbaycanın və Çinin birgə təşkilatçılığı ilə Bakıda “Bir kəmər, bir yol” layihəsinə həsr olunan beynəlxalq konfransın keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirin tarixi, gündəliyi və iştirakçıları barədə məlumatın qısa müddət ərzində hazırlanıb üzv ölkələrə göndərilməsi qrupun katibliyinə tapşırılıb. Bundan başqa, Gürcüstan nümayəndə heyətinin üzvü Corc Tseritelinin İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirinin Gürcüstanda hökumət nümayəndələrinin iştirakı ilə keçirilməsi haqqında irəli sürdüyü təşəbbüs də dəstəklənib.
İclasda çıxış edən Milli Məclisin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə həyətinin rəhbəri Bahar Muradova “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Bakıda keçiriləcək konfransın əhəmiyyətini vurğulayıb və iştirakçıları Azərbaycan parlamenti adından tədbirin yüksək səviyyədə təşkil olunacağına əmin edib.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi Asəf Hacıyev təmsil etdiyi qurumun İpək Yoluna Dəstək Qrupu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib və 2018-ci ildə İstanbulda birgə tədbirin keçirilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Sonda İpək Yoluna Dəstək Qrupunun loqosu, saytı, Tvitter hesabı və videoçarxı nümayiş etdirilib.
Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu bu il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb.
Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.
Xəbər lenti
Hamısına baxElm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32

