Azərbaycan-Ukrayna münasibətlərinin dərinləşməsində parlamentlər mühüm rol oynayır
04.10.2017 [09:39]
Oktyabrın 3-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycan və Ukrayna xalqlarının ənənəvi dostluq əlaqələrindən bəhs edən Oqtay Əsədov bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Qeyd olunub ki, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dövlət başçılarının görüşləri, aparılan danışıqlar münasibətlərin gələcəyinə böyük ümidlərlə baxmağa imkan verir. “Bu gün müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir. Biz Ukrayna ilə əlaqələrimizin inkişafını xalqlarımızın rifahı naminə hər iki tərəf üçün önəmli hesab edirik”, - deyə Oqtay Əsədov vurğulayıb.
Sədr diqqətə çatdırıb ki, iki ölkə arasında əlaqələrin dərinləşməsində parlamentlər mühüm rol oynayır. Bu baxımdan deputatlarımızın qarşılıqlı səfərləri və nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparmaları təqdirəlayiqdir. O deyib: “Bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri, o cümlədən Ukraynanın qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə fəaliyyətin genişlənməsi ümumi işin xeyrinə olardı”.
Söhbət zamanı sədr iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlayıb.
Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ölkəmizə məsul vəzifədə ilk səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söyləyib. Bildirilib ki, Ukrayna Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrini dərinləşdirmək niyyətindədir. Nazir ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin rolunun əhəmiyyətini qeyd edib, qanunvericilik orqanları arasında münasibətlərin genişləndirilməsinin önəmini vurğulayıb. Bildirilib ki, bu, əlaqələrin inkişafı baxımından həyatın digər sahələrinə də öz müsbət təsirini göstərər.
Qəbulda tərəfləri maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58

