“Washington Post” qəzetinin söz diktatorluğu, yaxud transmilli medianın tiranı
30.11.-0001 [00:00]
Sözü “yumşaq güc”ə və manipulyasiya vasitəsinə çevirmək transmilli medianın bəzi nümunələrinin ən səciyyəvi xüsusiyyətidir. Bu gün söz qlobal ictimai rəyə təsir edən ən mühüm vasitə kimi çıxış etməklə, əslində, ictimai əhval-ruhiyyəni də müəyyənləşdirir. Sözün qiymətinin artdığı bir vaxtda və informasiya məkanının qloballaşdığı belə bir mühüm mərhələdə öz tarixi ənənəsi olan mətbuat orqanları daha çox media əxlaqına və etikasına, peşə dəyərlərinə söykənərək nüfuz qazana bilərlər. Amma çox təəssüf ki, əksər hallarda biz bunun tamamilə əksinin şahidi oluruq. Bəzən “yumşaq güc” o qədər idarəolunmaz hala gəlir ki, öz ölkəsinin siyasətçiləri tərəfindən belə tənqid olunmaqla feyk xəbərlər mənbəyi kimi səciyyələndirilir. Belə transmilli media orqanlarından biri də “Washington Post” qəzetidir.
Feyk xəbərlər üzrə ixtisaslaşmış qəzet
Təsadüfi deyil ki, ABŞ Prezidenti Donald Tramp bir neçə dəfə “Washington Post” qəzetini yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif qaranlıq siyasi mərkəzlərin maraqlarına xidmət göstərməkdə və feyk xəbərlər üzrə ixtisaslaşmaqda ittiham edib. “Washington Post” qəzetinin qərəzli mövqeyi ABŞ prezidentinin “twitter” səhifəsindən dünyaya yayılıb. Əslində, sadəcə, bu fakt kifayət idi ki, “Washington Post” qəzetinin xəbərlərinin, yazılarının etibarsız və qeyri-ciddi olması haqqında düşünək və orada yazılanlara cavab verməyək. Ancaq hər halda məsələ elədir ki, bu mətbu orqanı hələ də qlobal informasiya məkanında diqqət çəkən xəbər mənbələrindən biri kimi çıxış edir. Ancaq bu dəfə “Washington Post” media ənənələrindən, obyektiv və tərəfsiz olmaqdan daha çox ABŞ-dakı bəzi monopolist dairələrin maraqlarına xidmət edən, hətta öz dövlət başçısının fəaliyyətinə böhtan atan bir vasitəyə çevrilir. Eyni zamanda, transmilli media kimi də ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, təzyiq vasitəsi missiyasını yerinə yetirməklə diqqəti cəlb edir.
Qaranlıq marginal qrupların şər tribunası
Müasir beynəlxalq münasibətlər sistemində ayrı-ayrı beynəlxalq təşkilatlar və qlobal imperializmə xidmət edən müxtəlif media orqanlarının fəaliyyəti o qədər qərəzli və qeyri-obyektivdir ki, bunu kənardan müşahidə etmək heç də çətin deyil. Bu, bir həqiqətdir ki, milli dövlətləri şantaj etmək tendensiyası adətən milli dövlətlər və onların liderlərinin həyata keçirdikləri müstəqil siyasətlə bağlıdır. Əgər beynəlxalq münasibətlərin müstəqil aktoru olan hər hansı bir ölkənin başçısı öz dövlətinin və xalqının maraqlarını müdafiə edirsə, dərhal transmilli mediada və beynəlxalq təşkilatlarda koordinasiya edilmiş sistemli hücuma məruz qalır. Bu, əsas etibarilə, qlobal imperializmin XXI əsrdə başlıca silahı olan və “yumşaq güc” kimi xarakterizə olunan “insan hüquqları” və “demokratik dəyərlər” üzərindən təşkil edilir. Hazırkı mərhələdə ayrı-ayrı imperialist mərkəzlər hər hansı bir ölkədə öz maraqlarını təmin etmək üçün ilk növbədə orada müxtəlif vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları adı altında təşklatlanmalar yaradırlar, onları maliyyələşdirirlər, himayə edirlər və öz strateji maraqları naminə onlardan istifadə edirlər. Burada maliyyə və ideoloji formada təzahür edən iki aspektə xüsusi diqqət yetirmək lazımdır. İlk növbədə, müstəqil dövlətlərin vətəndaşlarını əqli və idraki cəhətdən, informasiya vasitəsilə manipulyasiyaya məruz qoymaqla onları Qərb mədəniyyətinin, Qərb dəyərlərinin, “insan hüquqları”nın, “demokratiya”nın aludəçisi kimi “tərbiyə edirlər”. Bu tərbiyə yeni keyfiyyətdə insanı formalaşdırır və onun adı homoinformatikusdur. Bu homoinformatikuslar hələ ötən əsrin 90-cı illərində Qırğız yazıçısı Çingiz Aytmatovun yaratdığı manqurt obrazı ilə identifikasiya oluna bilər. Əgər qədim dövrlərdə bir insanın beynini qurudub onu öz anasına düşmən etmək üçün xüsusi fiziki vasitələrdən istifadə edirdilərsə, müasir dövrdə transmilli media bunu manipulyativ informasiya ilə insanların şüuraltı yaddaşını yükləyərək onu “müasir manqurt”a çevirmək yolu ilə edirlər. Beləliklə, qlobal imperializm manqurtlar vasitəsilə dövlətlərə təzyiq göstərməyə, öz maraqlarını təmin etməyə çalışır. İkincisi isə, maliyyə məsələsidir ki, bu da xüsusi effektiv vasitə kimi qarşımıza çıxır. Ayrı-ayrı marginal qruplar bu və ya digər şəkildə maliyyə vəsaiti ilə həvəsləndirilərək öz dövlətinə, onun maraqlarına qarşı təzyiq alətinə çevrilir. Milli dövlət öz maraqları naminə həmin marginal qrupların fəaliyyətini nəzarətə götürən zaman isə beynəlxalq imperializmin təzyiq və şantaj vasitələri işə düşür.
Azərbaycanın müstəqilliyini məhdudlaşdırmağa çalışan siyasi şantaj mərkəzləri
Son bir ayda baş verən hadisələrə nəzər yetirsək, görəcəyik ki, belə islamofob və ksenofob mərkəzlər sistemli şəkildə vahid bir ansambl kimi çıxış etməyi bacarırlar. “The Guardian” və “Washington Post” qəzetlərində bir müddət bundan öncə dərc olunan yazılar, bununla yanaşı, bu günlərdə Avropa Şurasının Baş katibi T.Yaqlandın Azərbaycanı ittiham etməsi, ardınca Kris Smitin Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı yaydığı bəyanatlara diqqət yetirsək, görəcəyik ki, transmilli media və ayrı-ayrı təşkilatlar Qərb imperializminin silahı kimi hücuma keçibdir. Həm informasiya ilə, həm də beynəlxalq təşkilatlardan ixrac olunan “dəyərlər” ilə manipulyasiya etməklə Azərbaycanı küncə sıxışdırmağa çalışırlar. Bunun səbəbi odur ki, Azərbaycan milli maraqlara söykənən xarici siyasət həyata keçirir. Ölkəmiz gələcəkdə öz müstəqil siyasətini davam etdirmək üçün elə sentyabr ayının 14-də yenilənmiş “Azəri-Çıraq-Günəşli” Sazişini imzalayaraq müstəqil siyasətinin yeni iqtisadi əsaslarını formalaşdırdı. Məsələ ondadır ki, bütün bunlar Azərbaycanın hərbi-siyasi qüdrətini artırmaqla onun ərazi bütövlüyünü təmin etməsini şərtləndirən vasitələrə çevirir. Bu həm də Azərbaycanın milli gücü kimi səciyyələndirilir, ölkəmizin siyasi müstəqilliyi təmin edilir. Təsadüfi deyil ki, sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bir daha Azərbaycanın müstəqilliyini vurğulayaraq qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir və əgər status-kvo saxlanılarsa, Aprel hadisələri təkrarlana bilər. Prezidentin qətiyyətli mövqeyi və milli maraqlarla bağlı hər hansı bir güzəştə getməməsi imperialist mərkəzlər tərəfindən narahatlıqla qarşılandı. “Washington Post” qəzetində dərc olunan yazıda Azərbaycan Prezidentinə qarşı ittihamların ifadə olunması bunun bariz nümunəsidir.
“Washington Post” xalqları lidersizləşdirmək və dövlətsizləşdirmək siyasətinin informasiya təminatçısı rolunda
XXI əsrdə müasir beynəlxalq münasibətlərin xarakteristikasını müəyyənləşdirən əsas paradiqmalardan biri xalqların lidersizləşdirilməsi və dövlətsizləşdirilməsidir. Biz bu prosesi uzun müddətdir ki, bir çox müsəlman ölkələrinin timsalında müşahidə edirik. “Washington Post” qəzeti kimi qlobal imperializmin bu cür əxlaqsız və mənəviyyatsız məqsədlərini həyata keçirən transmilli media orqanları nəzərə almalıdırlar ki, Azərbaycana yönəlik bu cür cəhdlər heç bir nəticə verməyəcək.
Media əxlaqından və peşə etikasından uzaq düşən media nümunəsi
“Washington Post” qəzeti bu dəfə bütün əxlaq normaları və media etikasını pozaraq Azərbaycan Prezidenti haqqında qeyri-etik fikirlər səsləndirib. Əslində, bu, “Washington Post” qəzetindən maşa kimi istifadə edən mənəviyyatsız mərkəzlərin əxlaqlarının və mədəniyyətinin göstəricisidir. Əks halda, demokratik, hüquqi dövlət olan Azərbaycanın Prezidenti haqqında bu cür ittiham xarakterli yazı dərc etməzdilər. Qeyri-etik sözlər elə peşə dəyərləri və media etikasını pozan “Washington Post” qəzetinin özünə yaraşır. Bu qəzet söz diktatoru və media tiranı kimi çıxış etməklə böhtan xarakterli məlumatları qlobal informasiya məkanında həqiqət kimi təqdim etməyə çalışır. Bu faktın özü bəhs olunan qəzetdə çalışan vicdanlı jurnalistlərdə də ikrah hissi yaradır.
Azərbaycan milli maraqlara söykənən müstəqil siyasət həyata keçirən müstəqil, demokratik ölkədir
Bütün hallarda bu cür cəhdlər Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz. İstər imperializmin struktur vahidləri kimi çıxış edən beynəlxalq təşkilatlar, istərsə də “yumşaq güc” kimi təzyiq vasitəsinə çevrilən ayrı-ayrı transmili media orqanları, eləcə də “Washington Post” qəzeti Azərbaycanın müstəqil siyasətinə və qətiyyətli mövqeyinə təsir etmək gücündə deyillər. Çünki Azərbaycan cəmiyyəti kifayət qədər intellektualdır, ölkəmizdə tolerant mühit mövcuddur, insan hüquqları və azadlıqları təmin edilib. “Washington Post” qəzeti bu cür manipulyativ cəhdlər ilə Azərbaycan cəmiyyətini aldadacağını zənn edirsə, yanılır. Bu qəzet Azərbaycanın beynəlxalq imicinə təsir edəcəyini düşünürsə, tamamilə yanlış fikirdədir. Çünki Azərbaycanın beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir və 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi bunun bariz nümunəsidir. “Washington Post” qəzeti yalançı informasiyalarla hətta Amerika oxucusunu aldadacağını düşünürsə, yenə də yanılır. Çünki elə bu qəzetin yalan mənbəyi olması ABŞ Prezidenti Tramp tərəfindən birmənalı şəkildə bəyan edilib.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 15:29

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27
