Eldar İbrahimov: Prezident İlham Əliyev konkret faktlarla Sarkisyanı susdurdu
23.09.2017 [10:47]
“Dövlətimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün resurslarından səmərəli istifadə etməkdə və hücum diplomatiyası həyata keçirməkdədir. Məhz bunun nəticəsidir ki, bu yöndə Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənir. Bütün dünya dövlətləri birmənalı olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. İşğalçı Ermənistan isə müxtəlif təxribat və böhtanlarla münaqişənin sülh yolu ilə həllini uzatmağa çalışır. BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev konkret faktlarla Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, işğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca Sarkisyan rejimi öz işğalçı siyasətini davam etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında vurğulandığı kimi, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz işğal siyasətini bundan sonra da davam etdirə bilərlər.
“Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən Dağlıq Qarabağ problemi hələ də öz həllini tapa bilmir. Danışıqlar prosesinin müəyyən vaxtlarında işğalçı dövlətin sülh prosesini pozması dəfələrlə baş verib. Rəsmi Yerevan bu mövqeyini yenə də davam etdirməkdədir. Münaqişənin sülh yolu ilə öz həllini tapmasına daima çalışan ölkəmiz son illərdə əldə etdiyi siyasi-iqtisadi üstünlüklərdən, beynəlxalq hüququn verdiyi imkanlardan da istifadə edə bilər. Bölgənin ən aparıcı dövləti sayılan Azərbaycan həm hərbi, həm də iqtisadi sahədə inkişaf baxımından Ermənistandan qat-qat öndədir. Beynəlxalq hüquq normaları Azərbaycana hər an hərbi əməliyyatlara başlamağa əsas yaradır. Bununla yanaşı, Azərbaycan yenə də sülh danışıqları əsasında problemin həllini tapmasında maraqlı olduğunu beynəlxalq birliyə nümayiş etdirir. Prezident İlham Əliyev BMT-nin ali tribunasından çıxış edərkən Azərbaycanın sülh danışıqlarına sadiq olduğunu bir daha bəyan edib. Bununla yanaşı, dövlətimizin başçısı ikili standartlara son qoyulmasını tələb edərək BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin icra olunmasının vacibliyini vurğulayıb. Cənab Prezidentimiz bu ali tribunadan Ermənistanın indiki dövlət rəhbərinin Xocalı soyqırımının törədilməsində iştirak etdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İşğalçı Ermənistanın prezidenti Sarkisyan isə çıxışında həmişəki kimi beynəlxalq birliyi aldatmağa çalışdı və Azərbaycana qarşı şər, böhtan səsləndirdi. Amma Prezident İlham Əliyev konkret faktlarla Sarkisyanı susdurdu. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı milli maraqlarımızın müdafiəsi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından tarixi hadisədir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

