/ / Xarici İşlər Nazirliyi: Kanada deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır
Xarici İşlər Nazirliyi: Kanada deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır
01.09.2017 [20:29]
Kanada parlamentinin üzvü Toni Klemanın Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri Ermənistanın növbəti siyasi təxribatıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
Hikmət Hacıyev deyib ki, Toni Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib. Dəfələrlə rüşvətxorluq və korrupsiya əməllərində adı hallanan bu şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə maddi maraq müqabilində səfər edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü və qanlı etnik təmizləmə siyasətini pərdələməyə və ona bəraət qazandırmağa cəhd göstərir.
O, həmçinin göstərdiyi bu xidmət müqabilində gələcək seçkilərdə Kanada erməni lobbisinin maddi dəstəyini qazanmağa çalışır.
Onun Azərbaycan Respublikasının qanunlarının, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması ilə müşayiət olunan və mənəvi-etik və humanist dəyərlərdən kənar bu əməlləri ilk növbədə Kanadanın parlamentarizm ənənələrinə və seçicilərinə qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir. Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaqdır.
Toni Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan Xarici İşlər Nazirliyi propaqanda məqsədilə qəsdən onu da Kanada parlamentinin üzvü kimi təqdim edir.
Dini azlıqların hüquqları məsələsi ilə məşğul olan Məjid Əl-Şəfini Ermənistanın dünyada yeganə mono-etnik dövlətə çevrilməsi, Ermənistanda 300 mindən artıq köklü müsəlman Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, bu ölkədə yəzidilər, asorilər, molokan rusların təqiblərlə üzləşməsi, erməni qriqoryan kilsəsindən başqa digər xristian kilsə və icmaların fəaliyyətinə qarşı dözümsüzlük, Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin talan edilməsi hallarına diqqət yetirməyə çağırırıq.
Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdırılıb.
Onların adları arzuedilməz şəxslər siyahısına daxil ediləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00

