Serj Sarkisyan indi də erməniləri çörəklə sınağa çəkir
31.08.2017 [10:27]
Ermənistanda sanitar pasportun tətbiqi ilə bağlı qərarın qəbulu işğalçı ölkədə çörəyin qiymətində daha 20 dram artıma səbəb olacaq
Məlum olduğu kimi, Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkməməsi Ermənistanı bütün strateji layihələrdən kənarda qoyub və işğalçı ölkənin iqtisadiyyatı tənəzzül vəziyyətindədir. İqtisadiyyatın tənəzzülə uğraması təcavüzkar ölkədə əhalinin sosial durumunun getdikcə daha da ağırlaşmasında birbaşa rol oynayır. Son zamanlar Ermənistanda etiraz aksiyalarının davamlı xarakter alması isə Sarkisyan hakimiyyəti ilə xalq arasında uçurumu bir qədər də dərinləşdirir.
Ümumiyyətlə, bu gün Ermənistandakı insanlar çətin şərtlər altında həyatlarını davam etdirirlər. İşğalçı ölkənin ən böyük problemi daha çox sosial təminatla bağlıdır. Belə ki, dövlətdən heç bir yardım və güzəşt əldə edə bilməyən sadə erməni ailələri, əksinə, addımbaşı maneə və çətinliklərlə qarşılaşırlar. Bu gün böhran Ermənistanın bütün sahələrinə sirayət etməkdədir. Məsələn, ötən gün İrəvan Ağsaqqallar Şurası qarşısında çıxış edən “Əriklər ölkəsi” partiyasının üzvü Sona Aqekyan ölkə paytaxtındakı məktəbəqədər təhsil müəssisələrinin fəlakətli vəziyyəti barədə danışıb. Partiya rəsmisinin sözlərinə görə, bu gün təkcə İrəvanda 30 mindən artıq uşaq bağçaya getmək üçün növbə gözləyir. Onun etirafına görə, hazırkı şəraitdə bu uşaqların yalnız 12 minini uşaq bağçalarına yerləşdirmək olar: “Baxmayaraq ki, elə Sovetlər dövründən qalma uşaq bağçaları mövcud olsa da, bu gün onların əksəriyyəti müxtəlif məqsədlər üçün icarəyə verilib. Bu, İrəvan üçün vacib məsələdir, xüsusilə Ermənistanın paytaxtındakı məktəbəqədər təhsil sahəsi ağır, fəlakətli vəziyyətdədir. Bu gün təqdim edilən hesabatlarda biz tamamilə fərqli bir mənzərə görürük. Əslində isə reallıq budur ki, ölkənin əksər uşaqları uşaq bağçalarına getmək və məktəbəqədər təhsil almaq imkanına malik deyillər”, - deyə S.Aqekyan bildirib.
Ekspert və siyasilərin həyəcan təbili çalmasına baxmayaraq İrəvandakı kriminal rejim ölkəni böhrandan çıxarmaq üçün hər hansı addım atmaq iqtidarında deyil. Əksinə, son günlərdə Ermənistanda dollar, avro və rublun məzənnələrində baş vermiş yüksəliş işğalçı ölkəni daha çətin duruma salmaqdadır. Hökumətin qəbul etdiyi qərarlar isə onsuz da ağır olan iqtisadi vəziyyəti və əhalinin güzəranını daha da çətinləşdirir. Hazırda Serj Sarkisyan erməniləri çörək qıtlığı ilə sınağa çəkməkdədir. Belə ki, yerli KİV-in məlumatına görə, hökumətin ölkədə sanitar pasportun tətbiqinə başlanılması ilə bağlı qərarı işğalçı ölkədə çörəyin qiymətinin artmasına səbəb olacaq. Bu barədə “Joxovurd” nəşri məlumat verib. Nəşrin yazdığına görə, yaxın günlərdə Ermənistanda çörəyin qiymətində daha 20 dram artım olacağı ehtimal olunur. Ölkədəki çörək istehsalçıları əks halda çörəyin çəkisini azaldacaqlarını bildiriblər: “Kənd Təsərrüfatı Nazirliyinin ərzaq təhlükəsizliyi xidmətinin rəhbəri İskəndər Karapetyanın qərarına əsasən sentyabrın 1-dən etibarən ölkəyə taxıl və ət məhsulları realizə edəcək sahibkarlardan sanitar pasport tələb olunacaq. Sanitar pasporta malik olmayanları isə 300 min drama qədər cərimə gözləyir”.
Qeyd edək ki, Ermənistanda belə bir pasport almaq üçün əlavə maliyyə resursları lazımdır. Ölkəyə gələn hər bir maşının müayinə qiymətinin 15 min dram olduğu və maşının tutum göstəricisinə görə bu qiymətin hətta 100 min drama qalxa biləcəyi də bildirilir. Bu da təbii ki, ölkənin çörək istehsalçılarını ya çörəyin qiymətini artırmaq, ya da çörəyin çəkisini azaltmaq kimi seçim qarşısında qoyub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

