/ / Kamaləddin Qafarov: Uğurların qazanılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır
Kamaləddin Qafarov: Uğurların qazanılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır
26.08.2017 [10:09]
“Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox prioritet sahələr üzrə möhtəşəm uğurlar əldə edib. Bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və təşkilatçılığının da böyük rolu vardır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Eurovision” müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri vardır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K.Qafarov bildirib ki, bütün bu xidmətlərini, ölkədə böyük nüfuzunu nəzərə alaraq Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımızın və dövlətimizin daha da inkişafı naminə, respublikamızın istər daxili, istər xarici siyasətində, istərsə də mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə şərait yaratdı. Onun son dövrlərdə keçirdiyi görüş və müşavirələr, iştirak etdiyi açılışlar, həmçinin müvafiq dövlət qurumlarına verdiyi tapşırıqlar da bu qənaəti bir daha təsdiqləyir.
“Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk olaraq baş çəkdiyi, açılışında iştirak etdiyi yerlər sırasında Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının olması, onun səhiyyə sahəsinə hərtərəfli diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Son illərdə ölkədə səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsinə çox ciddi diqqət yetirilir. Bakıda və regionlarda mövcud tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin inşasında, Bakı qəsəbələrinin inkişafına dair proqram üzrə sosial obyektlərin tikilib istifadəyə verilməsində də Mehriban xanımın xüsusi rolu olmuşdur. Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı” və digər proqramlar çərçivəsində diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığının qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması da deyilənlərə sübutdur. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə diabetli xəstə uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1400 uşağın ölkə daxilində müalicəsinə, bir qisminin isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı olunmasına köməklik göstərilmişdir. Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində görülən əvəzsiz işdir. Klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir.
Mehriban xanımın Birinci vitse-prezident statusunda vəzifəyə başlayandan sonra keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkünlərə həsr etməsi, bundan sonra hərbçilərin problemləri ilə maraqlanması dövlətimizin bu sahələrə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir. Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ölkəmizin dinamik inkişafı, əhalinin sosial rifahının yaxşılaşması, respublikamızın beynəlxalq imicinin möhkəmləndirilməsi sahəsində ciddi strateji planlarının reallaşdırılması yolundakı siyasi fəaliyyətində müvəffəqiyyətlər arzulayırıq”, - deyə K.Qafarov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

