Azərbaycan jurnalistləri sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıblar
22.08.2017 [09:58]
Bir qrup Azərbaycan jurnalisti sosial şəbəkələrdə yeni təşəbbüslə çıxış edib. Onlar “İlham Əliyevin dostları” səhifəsini yaradıblar. “Facebook” və “İnstagram”da, eyni zamanda, “Twitter”dəki hesablarda Azərbaycan Prezidentinin jurnalistlərlə görüşləri, kütləvi informasiya vasitələri işçilərinin sosial müdafiəsini yaxşılaşdırmaq üçün görülən işlər, eləcə də dövlətimizin başçısı barədə jurnalistlərin qələmə aldıqları yazılar yerləşdirilir.
Azərbaycan Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, səhifələrin əsas məqsədi Prezident İlham Əliyevin media sahəsindəki strategiyasını təbliğ etmək, ümumən mövcud istiqamətdəki dövlət siyasəti ilə bağlı ortaq informasiya platforması yaratmaqdan ibarətdir.
Fəaliyyət göstərdiyi qısa müddətdə “İlham Əliyevin dostları” “Facebook” səhifəsini bu sosial şəbəkənin minlərlə istifadəçisi ziyarət edib və bəyənib. “Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin dostu olmaqla yanaşı, ölkədə söz və ifadə azadlığının qorunmasının ən böyük təminatçısıdır”, - deyə səhifənin təqdimat bölümündə bildirilir.
“Prezidentimizi sevmək, dövlətə və dövlətçiliyə sədaqət göstərmək ümdə borcumuzdur”, “Dövlət başçısının jurnalistlərin dostu olması mətbuatın ən böyük uduşudur”, “Dost olmaq da ayrı bir qürurdur!” - səhifənin dəyərləndirmələr bölməsində jurnalistlər Azərbaycan Prezidentini medianın dostu seçilməsini belə şərh edirlər.
Digər bir jurnalist isə öz fikirlərini belə ifadə edir: “Xalqını sevən, ölkəsini qürurla təmsil etməkdən usanmayan, millətinə düşmənlik edən daxili və xarici ünsürlərin gözlərini oymağa hər an hazır olan, 7-dən 77-yə hər bir şəxsin qayğısına qalan və bundan xüsusi zövq alan, Azərbaycanın əleyhinə atılan addımlara mükəmməl siyasi biliyi ilə cavab verib düzü-düz, əyrini-əyri şəkildə başa salan, dünyanın iqtisadi cəhətdən əziyyət çəkdiyi və gerilədiyi bir vaxtda alternativ proqramlarla Azərbaycanın yüksək inkişafına nail olan bir Prezident - Azərbaycan Prezidenti İlham Əliyev mənim də DOSTUMDUR! Bundan gözəl nə ola bilər ki?!”.
Səhifədə, həmçinin dövlətimizin başçısının fəaliyyətini əks etdirən fotoalbomlar və müxtəlif KİV-lərdə dərc edilmiş materiallar da yer alıb. Təşəbbüsçülər öz həmkarlarını mövcud səhifənin konsepsiyasına zidd olmayan materiallar paylaşmağa, şərhlər yazmağa, diskussiyalara qatılmağa dəvət edirlər. Səhifədə artıq Prezidentin rəsmi saytına istinadən məktublar, sənədlər, müxtəlif KİV-lərdə dərc olunmuş və mətbuata dövlət qayğısını əks etdirən yazılar da yerləşdirilib.
Azərbaycan Mətbuat Şurası ölkə mediasının və ictimaiyyətinin nümayəndələrini jurnalistlərin bu təşəbbüsünə qoşulmağa, səhifələrdə fəal şəkildə öz fikirlərini bildirməyə, Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin media siyasətini dəstəkləməyə çağırır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14

