ABŞ səfiri Moskva Dövlət Universitetinin Bakı filialının qonağı olub
14.07.2017 [10:12]
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali təhsil ocağının rektoru akademik Nərgiz Paşayevanın iyulun 12-də ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşü olub.
Filialdan AZƏRTAC-a bildiriblər ki, rektor akademik Nərgiz Paşayeva universitetin fəaliyyəti, fakültə və ixtisaslar, həmçinin burada yaradılmış tədris laboratoriyaları haqqında qonağa ətraflı məlumat verib, Filialın gələcək inkişafı və yaxın illərdə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə edib.
Görüşdə Filialın nüfuzlu xarici universitetlərlə hazırkı əlaqələri və gələcək planları ilə bağlı, o cümlədən Böyük Britaniyanın Oksford Universiteti ilə əməkdaşlıq məsələlərinə toxunulub.
Akademik Nərgiz Paşayeva 2013-cü ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti haqqında danışıb.
Qeyd olunub ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Azərbaycanın mədəniyyəti və tarixi irsi ilə bağlı ciddi və əhəmiyyətli elmi-tədqiqat layihələri həyata keçirir, müxtəlif beynəlxalq elmi konfranslar və seminarlar təşkil edir.
Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bərdədə qazıntılar aparan alim və mütəxəssislərindən ibarət arxeoloji ekspedisiyanın fəaliyyəti haqqında səfirə ətraflı məlumat verib.
Bu il iyunun 5-də Londonda Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasiminin keçirildiyini diqqətə çatdıran M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru həmin kitabın bir nüsxəsini qonağa təqdim edib.
Səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya təşəkkür edərək bildirib ki, Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzinin fəaliyyəti və orada görülən işlər onda böyük maraq doğurub.
Nizami Gəncəvi adına Elmi Mərkəzin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayan səfir, bu Mərkəzin gələcəkdə daha böyük layihələr həyata keçirəcəyinə əmin olduğunu deyib və akademik Nərgiz Paşayevaya uğurlar arzulayıb.
Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və layihə haqqında söhbət açıblar. Akademik Nərgiz Paşayeva bu yaxınlarda Böyük Britaniyada yaradılmış və rəsmi qeydiyyatdan keçmiş “Britaniya Fondu” haqqında da səfir R.Sekutaya məlumat verib.
Səfir Robert Sekuta İngiltərədə yeni yaradılmış “Britaniya Fondu”nun Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu deyib və bu cür qurumların, xüsusilə də humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında önəmli rolunu qeyd edib.
Görüşün sonunda səfir Robert Sekuta akademik Nərgiz Paşayevaya səmimi görüşə, maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bir çox sahələrdə əlaqələr dinamik şəkildə inkişaf edir və genişlənir. Səfir Filialda görülən işləri yüksək qiymətləndirərək, gələcəkdə ABŞ-ın elm və təhsil strukturlarının Moskva Dövlət Universitetinin Bakı filialı ilə sıx əməkdaşlıqda maraqlı olacaqlarına əminliyini bildirib.
MDU-nun Bakı filialının rektoru akademik Nərgiz Paşayeva da rəhbəri olduğu ali təhsil ocağına gəldiyinə, gələcək əməkdaşlıqda maraqlı olduğuna və Filialın ünvanına söylədiyi xoş sözlərə görə səfir Robert Sekutaya minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

