Dövlət Komitəsinin sədri Avstriya Parlamentinin deputatları ilə görüşüb
08.07.2017 [13:16]
İyulun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avstriya parlamentinin ölkəmizdə səfərdə olan deputatları ilə görüşüb.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən M.Qurbanlı Azərbaycan-Avstriya əməkdaşlığının bir çox sahələrdə sürətlə genişləndiyini qeyd edib. Torpaqlarımızın 20 faizinin işğal altında olduğunu deyən Komitə sədri iyulun 4-də Füzuli rayonunun Alıxanlı kəndində törədilən qanlı hadisə nəticəsində dünya ictimaiyyətinin növbəti dəfə erməni vandallığının şahidi olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, işğalçı ölkə beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəbul etdikləri qətnamələrin tələblərini yerinə yetirməyərək mənfur siyasətini davam etdirir.
Komitənin fəaliyyəti barədə avstriyalı deputatlara ətraflı məlumat verən M.Qurbanlı deyib ki, ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların öz əqidə formasını sərbəst seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması Ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini nəzərə çatdıran sədr ölkəmizdə məscidlərin sayının 2246-a çatdığını, 14 kilsə, 7 sinaqoqun fəaliyyət göstərdiyini bildirib. O, dinə dövlət qayğısının təzahürü olaraq, Prezident İlham Əliyev tərəfindən mütəmadi qaydada müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımı ayrıldığını vurğulayıb.
M.Qurbanlı ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün yüksək mədəni dəyərə çevrildiyini, milli-mənəvi və dini dəyərlərimizə bağlılığın təzahürü olaraq ölkəmizdə keçən ilin “Multikulturalizm İli”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qonaqların diqqətinə çatdırıb.
Avstriya parlamentinin deputatı Yohanes Hübner Azərbaycana səfər çərçivəsində çoxsaylı görüş keçirdiklərini bildirərək bu müddət ərzində ölkəmizi yaxından tanıdıqlarını deyib. Qonaq Azərbaycanın multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Sonda Mübariz Qurbanlı Dövlət Komitəsinin nəşri olan ingilis və Azərbaycan dillərində yayımlanan “Azərbaycanın seçilmiş İslam abidələri”, “İşğal altındakı tarixi-dini abidələrimiz”, “Azərbaycanda dini müxtəliflik” kitablarını qonaqlara təqdim edib.
Görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Gündüz İsmayılov, deputat Çingiz Qənizadə və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36

