“Azərbaycan dünyaya günəş kimi doğacaq”
15.06.2017 [10:47]
YAP-ın təşkilatçılığı ilə bu mövzuda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib
Əli Əhmədov: Milli qurtuluş Azərbaycanın inkişafının etibarlı dayağıdır və uzun illər Azərbaycana xidmət edəcək
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan dünyaya günəş kimi doğacaq” mövzusunda konfrans keçirilib. Tədbirdə əvvəlcə 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar film nümayiş olunub. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilib.
Konfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Əli Əhmədov bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan Ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil: “Şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. O Azərbaycan indi bizim üçün dəyərli olan, bizim hər birimizin qürur duyduğumuz Azərbaycandan fərqlənmiş olacaqdı. Ona görə də biz tam məsuliyyətlə Azərbaycanın müasir tarixinin iki fundamental əsasını qeyd edə bilərik. Bunun biri Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsidirsə, ikincisi Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışı və Onun Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Günüdür”.
YAP Sədrinin müavini qeyd edib ki, xalqımız tərəfindən 15 İyun - Milli Qurtuluş Günü müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Çünki Azərbaycanın müasir tarixində, hər bir vətəndaşın həyatında baş verən müsbət dəyişikliklər, ilk növbədə, Heydər Əliyevin möhtəşəm qayıdışı və bu qayıdışın yaratdığı qurtuluş məfkurəsi ilə birbaşa bağlıdır. YAP Sədrinin müavini deyib ki, qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur: “Ölkəmizin tarixinin ən həssas dövründə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın mövcudluğunun, müstəqilliyinin və gələcək inkişafının yeganə və həlledici səbəbi kimi qavranılır. Bu gün o dövrə qayıdarkən və Azərbaycanın indiki reallıqlarını göz önünə gətirib müqayisə apararkən Heydər Əliyevin möhtəşəm qayıdışının Azərbaycanın müasir tarixində və hər bir vətəndaşın həyatında nə qədər önəmli bir hadisə olduğunu dəyərləndirmək çətin olmaz. Heydər Əliyevin tarixi qayıdışı Azərbaycanın müstəqilliyinin xilası idi. Bu qayıdışın əsasını qurtuluş məfkurəsi təşkil edir. Qurtuluşun digər mənası Azərbaycanın siyasi təlatümlərdən xilas edilməsi ilə bağlıdır. O dövrü xatırlayanlar bunun nə demək olduğunu aydın şəkildə təsəvvür edirlər. Qurtuluş, eyni zamanda, iqtisadi tənəzzülün qarşısını aldı. Bu da Heydər Əliyevin böyük qayıdışını əks etdirən çox vacib məqamlardan biridir. Eyni zamanda, bir məqam da odur ki, qurtuluş Azərbaycanı o zaman düçar olduğu beynəlxalq təcriddən xilas etdi. Ümumiləşmə apararaq demək olar ki, qurtuluş məfkurəsi Azərbaycanın mənəvi böhrandan, mənəvi aşınmadan xilas olması mənasını daşıyır. Qayıdış, əslində, Azərbaycanı bütün istiqamətlər üzrə bürümüş böhrandan xilas etdi. Bu, Heydər Əliyevin xilaskarlıq missiyasını özündə ehtiva edirdi. 1990-cı illərin əvvəlində Azərbaycan təlatümlü anlarını yaşayanda xalqın qəlbində əsas kök salan istəklər hər şeydən əvvəl Azərbaycanın məhv olmaqdan xilas olunması ilə bağlı idi. Bu xilası da Ümummilli lider Heydər Əliyevin adı ilə əlaqələndirirdilər. Heydər Əliyevin atdığı qətiyyətli addımlar insanların bu gözləntilərini tamamilə doğrultdu”.
Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, republikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib. Baş nazirin müavini qeyd edib ki, Ulu öndərin işləyib hazırladığı müasir müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycanın uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın, misli görünməmiş uğurların əsasını qoyub.
Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığını vurğulayan Əli Əhmədov həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Milli qurtuluşun Azərbaycanın müasir tarixində böyük bir dövrü əhatə etdiyini deyən Baş nazirin müavini bildirib ki, Azərbaycan öz inkişafına görə XX əsrin sonunda müstəqilliyinə qovuşan respublikalardan açıq şəkildə seçilir. Son 13 il ərzində Azərbaycan iqtisadiyyatının 3,5 dəfə artması, əhalinin rifah halının xeyli yaxşılaşması bu inkişafın əsas göstəriciləridir. “Qurtuluşdan başlanan tarixi yol bu gün də davam etdirilir. Ölkəmizin bugünkü tərəqqisi, Prezident İlham Əliyevin siyasəti qurtuluşdan qaynaqlanır və ondan güc alır. Qurtuluşdan danışarkən bugünkü reallıqları göz önünə gətirmək kifayət edir ki, ölkəmiz nə qədər nailiyyətlər qazanıb. Beləliklə, qurtuluş qısa müddətdə ölkəmizin böyük inkişaf mərhələsinin əsası olub və bundan sonrakı dövr üçün də etibarlı əsaslar yaradıb”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni iqtisadi transformasiya mərhələsini yaşamaqdadır: “Azərbaycan Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində elə bir ölkəyə çevrilib ki, o inkişafını hardasa məhdudlaşdırmaq haqqında nəinki düşünmür, öz inkişafını uğurla davam etdirir. Bu siyasət Azərbaycan xalqına xidmət edir”.
Əli Əhmədov qeyd edib ki, yeni iqtisadi transformasiyanın əsas səbəbi ölkənin hərtərəfli inkişafını sürətləndirmək, iqtisadiyyatı daha da gücləndirmək, insanların rifahını daha da yüksəltməkdirsə, digər tərəfdən bütün bu istəkləri həyata keçirmək üçün yeni üsulların tətbiq olunmasıdır. Onun sözlərinə görə, həyat inkişaf etdikcə müəyyən təbii resurslar tükənir. Ölkəmizin yeni inkişaf strategiyasında isə hədəf tükənməyən resurslara əsaslanan iqtisadiyyatın yaradılması və genişləndirilməsidir. Bu yöndə də siyasət uğurla həyata keçirilir.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırkı iqtisadi islahatlar hər şeydən əvvəl iqtisadiyyatın şaxələndirilməsi, insan amilindən və resurslarından istifadə edərək iqtisadiyyatın daha da gücləndirilməsi və bütün bunların sayəsində Azərbaycanın yeni mərhələdə daha sürətlə inkişafını təmin etmək və əhalinin rifahını daha da yüksəltməkdir. İnanıram ki, birinci mərhələdə həyatımızı fundamental şəkildə dəyişdirməyə nail olduğumuz kimi hazırda da uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatımız öz inkişafında yeni mərhələyə yüksələcək. Bu da insanların rifahını yüksəltmək üçün imkanlar qazandırır. Çünki Prezidentimizin vurğuladığı kimi, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan dayanır”, - deyə Baş nazirin müavini vurğulayıb.
Əli Əhmədov bildirib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti məhz ölkəmizin daha da güclənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir: “İnanırıq ki, qurtuluş məfkurəsi öz möcüzəsini bir dəfə göstərdiyi kimi bundan sonra da göstərəcək. Qurtuluş elə bir sönməyən enerjidir ki, uzun dövrlər Azərbaycan xalqına xidmət edəcək”.
Əli Əhmədov məmnunluq hissi ilə qeyd edib ki, qurtuluş məfkurəsinin həyata keçirilməsində, bu gün ölkəmizdə yeni mərhələdə həyata keçirilən islahatlarda və bu islahatların uğurla nəticələnməsi işində YAP və onun çoxsaylı üzvləri yaxından iştirak edirlər: “Partiyanın hər bir üzvü ölkənin inkişafına öz töhfələrini verməyə çalışır. Azərbaycan tarixində qürurverici hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması, gücünün günbəgün artması və ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli və özünəməxsus yer tutmasıdır. Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 ili tamam olur. Bir neçə aydan sonra bu tarixi günü qeyd edəcəyik. YAP-ın hər bir üzvü fəxr edir ki, Ümummilli lider Heydər Əliyevin yaratdığı partiyada təmsil olunur. Həm də fəxr edirlər ki, partiyamıza üzv olmaqla ölkəmizin inkişafı siyasətində iştirak edirlər. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeniləşməsi, müasirləşməsi və inkişafının daha da yüksəlməsinə yönəlmiş siyasətin gerçəkləşməsinə öz töhfələrini verirlər. Partiyamızın üzvlərinin sayı 700 min nəfərə yaxınlaşıb. Bu, Heydər Əliyev ideyaları ilə silahlanmış, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqa xidmət edən möhtəşəm ordudur. Bu ordunun əsas silahı Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsində iştirak etməsidir. İnanıram ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə qurtuluşun Azərbaycana verdiyi töhfələrin daha da artmasında xidmətlər göstərəcək”.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxışında bildirib ki, 15 İyun - Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə xüsusi yer tutur. Onun sözlərinə görə, 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, lakin iki il sonra xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyin boğulması təhlükəsini reallaşdırırdı. A.Əsgərov qeyd edib ki, 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində bu təhlükə sovuşdu, Azərbaycan özünün əsl müstəqilliyini əldə etdi. Əgər 15 İyun - Milli Qurtuluş Günü olmasaydı, ölkəmizi Azərbaycan Xalq Cümhuriyyətinin taleyi gözləyirdi. Natiq bildirib ki, Ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi bərpa edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Onun sözlərinə görə, bu gün Azərbaycan güclü dövlətdir və Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.
İnkişaf siyasəti nəticəsində respbulikamızın hər yerində quruculuq işlərinin həyata keçirildiyini deyən natiqin sözlərinə görə, bütün bunların nəticəsində ölkəmizin siması əhəmiyyətli dərəcədə dəyişib. A.Əsgərov quruculuq işlərinin digər yerlərdə olduğu kimi, Nəsimi rayonunda da uğurla davam etdirildiyini qeyd edib.
Tədbirdə Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova çıxış edərək Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunduğunu bildirib. O deyib ki, Ulu öndərin qayıdışından sonra hər bir sahənin inkişaf strategiyası müəyyənləşdirilib həyata keçirildi. Ölkəmizdə uğurlu gender siyasətinin də Ulu öndərimiz tərəfindən müəyyənləşdirildiyini deyən A.Sabitova bu gün ölkəmizdə gender bərabərliyinin tam təmin olunduğunu qeyd edib.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Elnurə Cəfərzadə çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki rolu və əhəmiyyəti haqqında fikirlərini bildirib. O deyib ki, Azərbaycanın milli qurtuluşdan başlanan inkişaf və tərəqqisi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. E.Cəfərzadənin sözlərinə görə, bütün Azərbaycan vətəndaşları, o cümlədən gənclər müstəqil Azərbaycanın daha da inkişafı və güclənməsi üçün dövlət başçısının ətrafında sıx birləşiblər: “Müasir Azərbaycan gəncliyi də qurtuluş məfkurəsinin bəhrəsidir. Əgər qurtuluş olmasaydı, bugünkü xoşbəxt Azərbaycan gəncliyindən söhbət gedə bilməzdi. Biz özümüzü xoşbəxt hesab edirik ki, güclü Azərbaycan dövlətində yaşayırıq. Dövlətimiz gəncliyin inkişafı üçün bütün imkanları yaradıb. Öz növbəsində gənclərimiz də müstəqil dövlətimizi qorumalı, Azərbaycanı gözü götürməyən qüvvələrə tutarlı cavab verməlidir. Sevindirici haldır ki, Azərbaycanda məhz belə bir vətənpərvər, intellektual gənclik formalaşıb”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27

