Fəttah Heydərov: Biz istəyirik ki, dünyada, o cümlədən ölkəmizdə sülh və əmin-amanlıq olsun
10.06.2017 [10:29]
“Azərbaycan dövləti İslam həmrəyliyinin təmin olunması üçün fəal təşəbbüslərlə çıxış edir. Bu gün bir sıra müsəlman ölkələrində mürəkkəb proseslərin baş verdiyi şəraitdə həmrəyliyin təmin olunmasının nə qədər zəruri olduğu dünyanın sağlam cəmiyyətləri tərəfindən aydın şəkildə dərk edilir”. Bu fikirləri www.yap.org.az. saytına Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib.
F.Heydərov bildirib ki, hazırda ölkəmizdə “İslam Həmrəyliyi İli” çərçivəsində mühüm tədbirlər keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev Heydər Əliyev yolu ilə gedərək bütün dünyada sülhün təşəbbüskarı kimi çıxış edir.
“Prezident İlham Əliyev öz siyasətində digər ölkələr, xalqlar arasında normal əməkdaşlığı və həmrəyliyi əsas götürür. Bilirsiniz ki, xalqımızın ən böyük problemi torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasıdır. Ötən dövr ərzində Azərbaycan inkişaf edib, iqtisadiyyatımız güclənib və bu gün qüdrətli ordumuz var. Heç kimdə şübhə yoxdur ki, dövlətimiz istəsə hərbi yolla qısa müddətdə nəinki işğal olunmuş Dağlıq Qarabağı və onun ətrafındakı rayonlarımızı azad edə bilər, hətta tarixi torpaqlarımız olan İrəvan da həqiqi sahibinə qaytarıla bilər. Amma bizim Prezidentimiz səbir nümayiş etdirir, münaqişənin diplomatik yolla həllini qəbul edir. Dövlətimizin başçısı çalışır ki, işğal olunmuş torpaqlarımız sülh yolu ilə azad olunsun. Ölkəmiz münaqişənin beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır. Biz istəyirik ki, dünyada, o cümlədən ölkəmizdə sülh və əmin-amanlıq olsun. Azərbaycan Prezidentinin bu mövqeyi qarşılıqlı ziddiyyətdə olan dövlətlər, qanlı toqquşmaların baş verdiyi ölkələr üçün bir nümunədir”.
Ümumiyyətlə, bütün münaqişələri sülh yolu ilə həll etməyin vacibliyinə diqqət çəkən millət vəkili deyib ki, dünyaya, insanlara müharibə yox, sülh lazımdır. “Hər bir insan ayrıca fərddir və heç kəs heç kəsin əvəzi deyil. Hörmətli Prezidentimiz öz mövqeyi ilə nümayiş etdirir ki, bütün dünyada, o cümlədən müsəlman aləmində həmrəylik təmin olunmalıdır. Azərbaycan ərazi baxımdan kiçik dövlət olsa da, bütün dünya üçün gözəl nümunələr təqdim edir. Bu nümunələrdən biri də dünyadakı qanlı toqquşmaların dayandırılması, günahsız insanların ölümünün qarşısının alınması yönündə fəal təşəbbüslərdir. Bütün bunların timsalında Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması qlobal məna daşıyır və dünyada sülh, əmin-amanlıq və insanların dinc yaşaması naminə böyük bir mesajdır”, - deyə Ağsaqqallar Şurasının sədri vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

