Avropa Parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
23.05.2017 [10:11]
Mayın 22-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, hazırda Azərbaycanla Avropa Parlamenti arasında münasibətlərin yaxşı istiqamətdə inkişaf etdiyini vurğulayan birinci vitse-spiker Devid MakAlisterin böyük nümayəndə heyəti ilə ölkəmizə səfərindən məmnunluq ifadə edib, deputatların qarşılıqlı səfərlərini müsbət dəyərləndirib. Ziyafət Əsgərov Azərbaycanın Cənubi Qafqazdakı öncül mövqeyi barədə məlumat verib.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlister bildirib ki, başçılıq etdiyi nümayəndə heyəti altı gün Cənubi Qafqazda olacaq, üç ölkədə görüşlər keçirəcək. Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentində təmsil olunan müxtəlif siyasi qrupların üzvləri daxildir. Səfərin məqsədi Azərbaycandakı vəziyyətlə yaxından tanış olmaqdır.
Bu gün səhər Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olduqlarını deyən qonaq həmin görüşdən çox zəngin təəssüratla ayrıldıqlarını vurğulayıb. O, Milli Məclislə Avropa Parlamenti, həmçinin Avronest Parlament Assambleyası arasında əlaqələrin davamlı inkişafına ümidvar olduğunu bildirib.
Görüşdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatların öz dəstəyini gücləndirməsinin vacibliyi vurğulanıb.
* * *
Həmin gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, Avropa İttifaqı ilə əməkdaşlığın mövcud durumundan söz açıb. O, Azərbaycanın regionda böyük nüfuza sahib dövlət olduğunu, ölkəmizin bir sıra məsələlərdə bütün dünya üçün nümunə olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün hər zaman açıq fikir mübadiləsi aparmağa hazırdır.
Devid MakAlister ölkəmizdə İslam Həmrəyliyi Oyunları çərçivəsində qonaqlar üçün yaradılan şəraitdən, göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, Azərbaycanda keçirdikləri görüşlərin əməkdaşlığımızın dərinləşməsində xüsusi əhəmiyyəti olacağını diqqətə çatdırıb. Qonaq parlamentlərarası münasibətlərin dərinləşməsinin yaxşı nəticələri olacağına, bu münasibətlərin xalqlarımızın ümumi maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

